"Yaxın bir neçə gündə vəziyyətin stabilləşəcəyi gözlənilir"
"Dost və qardaş Qazaxıstanda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşını narahat edir. Son günlər dövlət qurumlarının binaları dağıdılıb, dövlət əmlakına ciddi ziyan dəyib. Bütün bunlar özlüyündə ölkə iqtisadiyyatına və ölkədə sabitliyə ciddi təsir edən məsələlərdir"
Bunu Sonxeber.az-a açıqlamasında Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, əslində Qazaxıstan son illər müstəqilliyin və dövlətçiliyin gücləndirilməsi istiqamətində mühüm addımlar atıb:
"Qazaxıstan keçmiş MDB ölkələri arasında bir sıra sahələrdə mühüm uğurlara nail olmuş dövlətlərdən sayılır.
Proseslərin təhlili göstərir ki, baş verən hadisələrdə kənar amillərin də rolu var. Bir sıra ölkələrin ayrı-ayrı dövlətlərdə marağının olması məlum məsələdir. Bir sıra hallarda bu maraqların həyata keçirilməsi üçün müəyyən təzyiq vasitələrindən, istifadə edilir.
Artıq ölkə rəhbərliyi sabitliyin və ictimai asayişin təmin olunması istiqamətində ciddi addımlar atır. Yaxın bir neçə gündə vəziyyətin stabilləşəcəyi gözlənilir.
Son illər bir sıra müsəlman ölkələrində baş verən iğtişaş və qarşıdurmalar bu ölkələrdə yalnız sabitliyin pozulması və iqtisadi tənəzzüllə müşahidə olunub.
Qazaxıstanda baş verən hadisələrdən bir çox region dövlətləri nəticələr çıxarmalıdırlar. Bu onu göstərir ki, bölgədə marağı olan ayrı-ayrı dövlətlər zaman-zaman digər dövlətlərdə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışır və bu məqsədlə müxtəlif metodlardan istifadə edirlər.
Belə halların baş verməməsi üçün hamı çalışmalıdır. Hər kəs öz üzərinə düşəni etməlidir ki, belə vəziyyət heç bir ölkədə baş verməsin. Tezliklə dost və qardaş Qazaxıstanda sabitlik və istiqrarın tam bərpa olunmasını arzulayırıq".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR