"Qazaxlarca da olmadıq" deyənlərə deputatdan CAVAB

"Qazaxlarca da olmadıq" deyənlərə deputatdan CAVAB"Qazaxıstan hadisələrindən sonra sosial şəbəkələrdə "Qazaxlarca da olmadıq", "eşq olsun Qazax xalqına", "Qazax xalqı öz hüquqlarını tələb edir" fikirlərinin geniş yayıldığının çoxumuz şahidi olduq. Hətta məsələnin mahiyyətindən tam agah olmayan müəyyən qruplar daha da irəli gedərək Azərbaycan xalqını qazaxlardan nümunə götürərək küçəyə çıxmağa çağırdı".

Sonxeber.az-ın məlumatına əsasən, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda az olmayan sayda insan siyasi təhlil və proqnozla məşğuldur:

"Bəlkə də, Azərbaycan qədər dünyada əhalisinin xeyli hissəsinin siyasətlə məşğul olduğu ikinci ölkə yoxdur. Demək olar ki, az olmayan sayda insan siyasi təhlil və proqnozla məşğuldur. Bir sıra hallarda bu qruplar qarşı tərəfi təhdid və təhqir etməkdən belə çəkinmirlər.

Qazaxıstanda baş verən hadisələrin artıq ilkin nəticələri göz qabağındadır. Bu da reallıqdır ki, Nursultan Nazarbayev Qazaxıstan dövləti üçün çox işlər görmüşdü.

Müsəlman ölkələrində baş verən hadisələrin hər biri ayrı-ayrılıqda ciddi təhlil edilməli, düzgün dərs çıxarılmalıdır. Təəssüf ki, hələ də İraq, Suriya, Liviya, Əfqanıstanda baş verən hadisələrdən müsəlman ölkələri lazımi nəticə çıxarmayıblar. Bu gün hələ də bu ölkələrdə istiqrar və sabitlik tam təmin olunmayıb.

Onu da unutmayaq ki, insanları küçəyə çıxmağa təhrik etmək işin ən asan tərəfidir. Bəs kütləni idarə etməyin asan olduğunu düşünənlər özləri bu kütləni idarə etməyə nə qədər hazırdırlar? Ümumiyyətlə idarəolunmaz həddə çatan kütləni idarə etmək mümkündürmü?

Ölkəmizə gəldikdə isə, Azərbaycan 30 ildə böyük inkişaf yolu keçib. Qarşıda müstəqilliyimizin daha da möhkəmləndirilməsi, dövlətçiliyimizin gücləndirilməsi kimi mühüm vəzifələr durur.

Ölkədə müəyyən problemlərin olmasını heç kim inkar etmir. Bu barədə dəfələrlə Prezident İlham Əliyev xalqla fikirlərini bölüşüb, dövlət məmurlarını sərt tənqid edib. Son illər fəaliyyətində neqativ hallara yol verən bir sıra məmurlar ciddi cəzalandırılıb. Hazırda Azərbaycanda ayrı-ayrı sahələrdə islahatlar davam edir.

Eyni zamanda nəzərə almalıyıq ki, hazırda Qarabağla bağlı məsələlərin ən həssas məqamlarından birindəyik. İndi bizə daha çox sabitlik, əmin-amanlıq, birlik və həmrəylik lazımdır.

Onu da qeyd edək ki, bu gün Azərbaycanın yerləşdiyi coğrafi ərazini digər ölkələrlə müqayisə etmək də yanlışdır. Azərbaycan çox ağır və həssas bölgədə yerləşir, Burada marağı olanlar az deyil.

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycan dövləti kifayət qədər güclüdür. Ölkəyə yönələn bütün təhdidlərin qarşısını almaq iqtidarındadır. Ölkəmizin güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi yalnız dövlətdən və dövlət məmurlarından asılı məsələ deyil. Biz hamımız bir gəmidəyik, bu gəminin sağ-salamat yola davam etməsi üçün hər birimiz çalışmalıyıq. Hər kəs üzərinə düşəni etməlidir".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 4688   Tarix: 08 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT lazımi səviyyəyə çatdıqdan sonra bu proseslər daha faydalı nəticələrə gətirib çıxara bilər

"Türk Dövlətləri Təşkilatı hələ yeni yaranıb. Əlbəttə ki, Azərbaycanın mərkəzdə yerləşməsi səbəbindən ölkənin potensialı digər dövlətlərlə müqayisədə daha qabarıq görünə bilər. Lakin bütün bu proseslərin həyata keçirilməsi üçün beynəlxalq şəraitin də buna imkan verməsi lazımdır". Bunu -a açıqlamasınd

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

Prezident İlham Əliyev dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Əfsuslar olsun ki, Azərbaycand

22 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr