Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...

Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...2021-ci ildə İlon Mask "Amazon"un qurucusu Ceff Bezosu geridə qoyaraq dünyanın ən varlı adamı oldu.

Bəs, İlon Mask kimdir ? Necə bu qədər varlana bildi ?

"İlon Mask kimdir?" sualın cavabı əslində olduqca uzundur. Bir mühəndis, xeyriyyəçi, dizayner kimi tanınan Mask, yalnızca "Tesla Motors" şirkətinin yaradılmasındakı iştirakına görə məşhur deyil. Bütün dünyanın hazırda istifadə etdiyi nəhəng elektron ödəniş xidməti olan "PayPal"un qurucusu kimi də tanınır.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Lent.az xarici KİV-ə istinadən 52 yaşlı milyarderin qısa həyat hekayəsini təqdim edir:

Kanadalı dieotoloq ana və britaniyalı mühəndis atanın oğlu olan İlon Mask 1971-ci ildə Cənubi Afrika Respublikasının paytaxtı Pretoriyada anadan olub. Onun özündən başqa bir qardaşı və bir bacısı var. Kiçik yaşlarında özünə qapalı uşaqlıq keçirən Mask hətta qardaşını da öz zəkası ilə qısqandırırdı.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Maskın ikinci evliliyi Britaniyalı aktrisa Talulah Riley ilə baş tutur.

Musiqiçi Grimes ilə 2020-də dünyaya gələn körpəsinə "X Æ A-12" adı verib. Bunu "Instagram" hesabından açıqlayan İlon uzun müddət gündəmdən düşmədi.

Erkən yaşlarında proqramlaşdırma öyrənmiş və 12 yaşı olanda özü yazdığı oyunu ("Blastar") 500 dollara satır. Valideynləri boşandıqdan sonra əsasən atası ilə birlikdə yaşamağa başlayır.

"Tesla Motors" İlon Maskın yeganə texnoloji şirkəti deyil və o, 2002-ci ildə yaradılan "Space-X" şirkəti də ona məxsusdur. İlon Maskın ideyaları bir çox ürəkləri fəth edir. Onu çox zaman Stiv Cobs ilə müqayisə edirlər.

17 yaşı tamam olduqda Kanadaya, 19 yaşı olduqda isə Pensilvaniya universitetində təhsil almağa gedir, biznes və fizikanı öyrənir.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Universiteti bitirdikdən sonra uzun müddət iş tapa bilməyən İlon gündəlik qazancını bu və ya digər yollarla çıxarır. Müsahibələrinin birində hətta bir mişar daşı zavodunda işləməsi barəsində danışıb. O, bu zavodda saatda 18 dollar qazanırmış.

Bir müddət sonra həyatını dəyişdirmək üçün mühüm addım atır. 24 yaşlı qardaşı Kimbal Mask ilə "Zip2" şirkətinin əsasını qoyur. 4 ildən sonra isə şirkət satılır. Mask buradan 7% səhm payı ilə 22 milyon dollar qazanır.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Budan sonra elektron ödənişlərlə məşğul olan "X.com" şirkətinin əsasını qoyur. 2000-ci ilin mart ayında "X.com Confinity" şirkətini əldə edir və onun əsasında PayPal adlı pul köçürmə sistemini yaradır. "PayPal"ın uğur qazanacağına inanan Mask "X.com" şirkətini "PayPal"a transformasiya etməyə başlayır.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...2002-ci ildə "PayPal Ebay" satılır. "Tesla Motors"-un gələcək təsisçisi bundan 165 milyon ABŞ dolları qazanır.
Əldə edilən gəlirlərlə isə İlon Musk "SpaceX" şirkətini yaradır və cəmi bir ildən sonra yeni "Tesla Motors" şirkəti (2003) peyda olur. "Tesla Motors" ilk avtomobilini 2008-ci ildə təqdim edir. Biz bu elektromobili "Tesla Roadster" adı ilə tanıyırıq.

Marsda şəhər salmaq arzusu olan İlon Mask deyir ki, Amerikanın kosmik proqramının kifayət qədər həyəcanverici olmadığı üçün "SpaceX" şirkətini yaradıb.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Zəkası və işləri ilə ön planda olan Mask, çox vaxt özəl həyatı ilə də gündəmə gəlir. İlon bu günə kimi 3 dəfə ailə həyatı qurub.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Mask Queen Universitetində oxuyarkən tanış olduğu Castina Mask ilə 8 illik evliliyindən 6 oğlu olur. Amma oğlanlarının birini 10 aylıq olarkən itirir.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Film sektorunda da böyük əhəmiyyətə sahib olan İlon Mask, indiyə qədər "Iron Man 2", "Why Him?" və "Men in Black" filmlərində çəkilib. "The Simpsons", "Big Bang Theory", "South Park" və "Rick and Morty" kimi seriallarda isə epizodik rollarda çıxış edib.

Qeyd edək ki, bu yaxınlarda amerikalı milyarderin anası, supermodel Mey Maskın Bakıda "Planla yaşayan qadın" adlı kitabı çap olunub.
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...O, şəxsi "Instagram" səhifəsində etdiyi paylaşımda belə qeyd yazıb: "Kitabımın Azərbaycan dilində çap olunmasından çox həyəcanlıyam. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm".
Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...Dünyanın ən varlı adamı: İşsiz qaldı, daş daşıdı, anasının Bakıda...


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2380   Tarix: 20 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

"Twitter"də yeni funksiya istifadəyə veriləcək

"Twitter" sosial şəbəkəsinin rəhbərliyi istifadəçilərin oxucu siyahısından çıxarılmasına imkan verəcək bir funksiyanı sınaqdan keçirir. Bu barədə sosial şəbəkənin rəsmi hesabında məlumat verilir. Qeyd olunur ki, digər insanları abunəlikdən çıxarma əvvəlcə yalnız "Twitter"in brauze

9 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə

16 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021