Axtarışa verilən saxta polkovnikin Roza Zərgərli ilə görüntüsü yayıldı - FOTO
Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin Bakıda görüntüləri yayılıb.
Milli.Az xəbər verir ki, saxta polkovnik ötən gün Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edənlər arasında olub. Onun xiyabanda müğənni Roza Zərgərli ilə görüntüsü diqqətdən qaçmayıb.
Milli.Az məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxlamağa çalışıb. Zəngə Rozanın köməkçisi cavab verib:
"Dəqiq kimliyini bilmirəm, amma deyəsən bəli, o şəxs Rasim Əhmədlidir. O, bizim qazilərimizdəndir. Səhv etmirəmsə, İkinci Qarabağ müharibəsinin qazilərindəndir. Adı da səhv etmirəmsə, Rasimdir, dəqiq yadımda deyil".
Sonra həmin görüntü ilə bağlı məsələni dəqiqləşdirmək üçün müğənni Roza Zərgərlinin də fikirlərini öyrənə bildik:
"Şəhidlər Xiyabanında nə qədər adam mənlə şəkil çəkdirdi. Onlar deyəsən qazidirlər. Gəldilər yanımızda durdular, şəkil çəkdirdilər. Mən tanımıram o insanı. Dedilər Qarabağ müharibəsi veteranıyam, məncə hamısı veteranlardır".
Qeyd edək ki, özünü FHN polkovniki kimi və II Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edərək Türkiyədə bir neçə məmuru aldatdığı deyilən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.
Özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş şəxs kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı da üzə çıxıb. Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.
Xatırladaq ki, təxminən iki həfrə əvvəl saxta polkovnikin Türkiyə mediasında yayılan sözügedən kadrlarla bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev maraqlı şərhi ilə diqqət çəkib: "Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib" - deyə qurum rəsmisi bildirmişdi.
Əlavə edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlamışdı.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5286 Tarix: 21 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose
25 oktyabrXƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrNaibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin
23 oktyabrBakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat
24 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabr