Bu gün general-mayor Həzi Aslanovun doğum günüdür!

Bu gün general-mayor Həzi Aslanovun doğum günüdür!Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı general-mayor Həzi Aslanovun doğum günüdür.

Həzi Aslanov 1910-cu ildə Lənkəran şəhərində anadan olub. 13 yaşında atasını itirən H.Aslanov kərpic zavodunda fəhlə işləyib. Zaqafqaziya hərbi hazırlıq məktəbində, 1924-1930-cu illərdə Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. Sonra iki illik Leninqrad süvari məktəbini bitirib və Kotovsk adına III Bessarabiya süvari diviziyasında taqım komandiri kimi fəaliyyətə başlayıb.

İkinci dünya müharibəsi başlananda o, Ukraynada xidmət edib. 1940-cı ilin noyabrında ona vaxtından əvvəl mayor rütbəsi verilib.1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib.1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. O, öz döyüşçüləri ilə Donbas ətrafında düşmənin şiddətli hücumlarını düz beş ay dəf edib, onu ağır tələfata uğradıb. 1941-ci ilin dekabrında Moskva ətrafında vuruşmalarda qəhrəmanlığına görə Qırmızı Ulduz ordeninə layiq görülüb. Xarkov və Stalinqrad ətrafında gedən döyüşlərdə Həzinin başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. Aslanovun tankçıları vuruşa-vuruşa 40 km-dən artıq yol gedib Stalinqrad-Salsk dəmir yolunu tutub almanları Stalinqrad qruplaşmasının əsas magistralından məhrum ediblər. Tanklar düşmənin xeyli qüvvəsini və texnikasını sıradan çıxarıb.

H.Aslanovun döyüşçüləri Kotelnikovo yaxınlığında gedən döyüşlərdə böyük şücaət göstəriblər. Düşmənin 30 əks-hücumunu dəf ediblər, bir batalyon piyada qoşunu, 30 tankı, 50 avtomobili sıradan çıxarıblar. Bu döyüşdə göstərdiyi şücaətə görə podpolkovnik H.Aslanov 1942-ci il 22 dekabrda Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. O, daim öz hərbi biliyini artırmağa səy göstərib. 1943-cü il dekabrın 17-dən 1944-cü il aprelin 6-na kimi Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyib. Sonra yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb.

1944-cü il 13 martda ona tank qoşunları general mayoru adı verilib. 1944-cü il iyunun axırlarında Belorus və I Pribaltika cəbhəsinin qoşunları hücuma keçiblər. Belarusun iri şəhər və dəmiryollarını azad etdikdən sonra Aslanovun tankları Vilnüsə hücumları davam etdirib. Aslanovun briqadası iyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirib. Bu döyüşdəki qələbəyə görə 35-ci qvardiya tank briqadası Qırmızı bayraq ordeninə, general özü isə ikinci dərəcəli Suvorov ordeninə layiq görülüb.

Stalinqraddan Baltik sahillərinədək döyüş yolu keçən Həzi Aslanov 24 yanvar 1945-ci ildə Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə qəhrəmancasına həlak olub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 814   Tarix: 22 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:

9 may
.

Bakı sakinlərinə ŞAD XƏBƏR - 22 il sonra ilk yaşanır

"Bakı Metropoliteni" QSC-yə tramvay nəqliyyatının təşkili ilə bağlı səlahiyyət verilib. Bu addım paytaxtdakı tıxac probleminin həllinə necə təsir göstərəcək? Bakı küçələrinə qayıdacaq tramvaylardan sakinlər nə vaxt istifadə edə biləcək?. -a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildiri

10 may
.

Prezident İlham Əliyev Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib:. "Bu gün hər şey göz qabağındadır. Azərbaycanın beynəlxalq mövqeləri, beynəlxalq nüfuzu n

10 may
.

"Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib" - Emil Əkbərov

"Bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu gün hər bir azərbaycanlı ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır. Bütün həyatını xalqına həsr etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının şərəfli tarixind

10 may
.

Prezident: "Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır"

"Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşdə deyib. Dövlətimizin başçısı vurğulayıb ki, ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyin

10 may
.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB+FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiraml

10 may
.

Prezidentin sosial şəbəkə hesablarında Şükürbəyli kəndinə səfərlə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfəri ilə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

10 may
.

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. "Report"a istinadən xəbər verir ki, bu ölkəyə 16 vaqon (986 ton) dizel yanacağı göndərilib. Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 9 00 ton dizel, 979 ton "Aİ-92" benzini və 2 955 ton "Aİ-95"

10 may
.

Gəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq

Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı

10 may