Bu gündən Azərbaycanda karantinlə bağlı yenilik qüvvəyə minir - QAYDALAR
Bu gündən Azərbaycanda COVID-19 xəstələri ilə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi ilə bağlı yeni qayda qüvvəyə minib.
Sonxeber.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov yanvarın 22-də qərar imzalayıb.
Qərara əsasən "Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə qaydaları"na dəyişiklik edilib. Belə ki, karantin müddətində təmasda olan şəxsdə yoluxucu xəstəliyin simptomları aşkar edildikdə, həmin şəxs laboratoriya müayinəsindən keçiriləcək. Müayinənin nəticəsi pozitiv olduqda, həmin şəxs müalicəyə cəlb olunacaq.
Qərarla daha bir bənd isə ləğv edilib:
"Yaşadıqları və ya olduqları yerdə karantin nəzarətinə götürülmüş şəxslərin laboratoriya müayinəsi bu qaydaya uyğun olaraq həyata keçirilirdi. Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilirdi.
Karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağan idi".
Bu gündən həmçinin Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"ına dəyişikliyi qüvvəyə minib.
Dəyişikliyə əsasən, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.
Qeyd edək ki, indiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4731 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr