"Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi..." - Azərbaycanda şok olay

"Qaynım mənə lüt şəkillər göndərdi, mənim də şəkillərimi..." - Azərbaycanda şok olayGəncə şəhərində 1994-cü il təvəllüdlü Elvin şəxsi münasibətlər zəminində bacısının əri Valeh və onun qardaşı Mədətə (adlar şərti verilib - red.) xəsarət yetirib.

Sonxeber.az Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il martın 25-də axşam saat 22 radələrində Kəpəz rayonununda baş verib.

Elvin bacısı Nərminin əri Valeh və onun qardaşı Mədətlə mübahisə edib. Mübahisəyə səbəb Mədətin Elvinin bacısı Nərminə vatsap sosial şəbəkəsi vasitəsilə əxlaqsız yazı yazması, eləcə də əxlaqsız təkliflər etməsi olub.

Dava-dalaş zamanı Elvin bıçaqla ilk əvvəl Mədətin bədəninin sinə və çiyin nahiyələrinə zərbələr endirib. Həmin vaxt Elvin Valehə də xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Elvinin barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzr təqsirləndirilən şəxs qismində ifadə verən Elvin ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, martın 25-də axşam saat 21-22 radələrində bacısı Nərmin ona zəng edib və evə çağırıb: "Evə gedəndə səs-küy olduğunu gördüm. Valeh evimizdə ailə üzvlərimlə mübahisə edirdi. Nərmin qaynı Mədətin ona vatsapda əxlaqsız təkliflər etdiyini, özünün yarıçılpaq şəkillərini göndərdiyini dedi. Mədət isə Nərminin ona şər atdığını, mesajları Nərmini yoxlamaq üçün yazdığını bildirdi.

Valeh telefona baxdı, mesajları görəndə telefonu yerə çırparaq sındırdı, qardaşına şər atıldığını dedi. Valeh Nərmini aparmaq istəyəndə atam Sərdar ona mane oldu. Valeh atamı kəllə ilə vurdu və buna görə aramızda mübahisə yarandı. Valeh mənə "gözlə" dedi, sonra getdi. Mən də onun əlində bıçaqla gələcəyini fikirləşdiyimdən evdən çıxanda özümlə mətbəx bıçağı götürdüm.

Təxminən 15-20 dəqiqə sonra Valeh qardaşı Mədətlə yenidən binanın həyətində atamın üstünə gələrək onu vurdu. Bu zaman bıçaqla birinci Mədəti, sonra da Valehi vurdum".

Təqsirləndirilən şəxs deyib ki, bundan sonra törətdiyi əməlindən peşman olub: "Valeh və Mədətə xəsarət yetirdikdən sonra onlara yardım etdim".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Valehin sözlərinə görə, martın 25-də saat 21 radələrində qayınanası Nəcibə zəng edərək onu yaşadıqları evə çağırıb, qardaşı Mədətin Nərminə mesaj yazaraq əxlaqsız təkliflər etdiyini bildirib, mesajları ona göstərib: "Mesajların qurğu olduğunu, qardaşıma şər atdıqlarını dedim. Buna görə əsəbləşdim. Nərminin telefonunu masaya vuraraq sındırdım.

Nərmini yaşadığımız evə aparmaq istədim. Qaynanam və qayınatam mənə mane olduqlarından aramızda mübahisə yarandı. Qaynım Elvin məni evdən çıxardı. Sonra qardaşım Mədətə zəng etdim, onu çağırdım. Biz birlikdə qayınatamın evinin qarşısına gəldik.

Biz dalaşan zaman qaynım Elvin qardaşımı və məni bıçaqla vurdu. Sonra peşman olaraq bizə yardım etdi və xəstəxanaya yola saldı".

Digər zərərçəkmiş Mədət bildirib ki, qardaşı arvadı Nərminə vatsapla əxlaqsız təkliflər etməyib, mesajları o yazılmayıb.

Cinayət işi üzrə şahid qismində ifadə verən Nərminin sözlərinə görə, 2021-ci ilin martından başlayaraq qaynı Mədət ona mesaj yazıb: "Mənə əxlaqsız təkliflər etdi, yarıçılpaq qadın şəkilləri göndərdi. Sonra qaynım mənə öz çılpaq şəkillərimi göndərməyimi, yazdığı mesajları silməyimi istədi. Mən Mədətin yazdığı mesajları silmədim. Sübut kimi qalması üçün şəklini çəkərək qohumum Vəfaya göndərdim. Bu barədə anama danışdım. Anam Mədətə irad bildirdi.

Sonra Mədət mənə əxlaqsız təkliflər etmədiyini, mesajları məni yoxlamaq üçün yazdığını söylədi. Sonra Valehi çağırdım, Mədətin yazdığı mesajları ona göstərdik. O da mesajların qurğu olduğunu, qardaşına şər atdığımızı dedi, telefonu sındırdı".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Hökmdə qeyd olunub ki, Elvin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olub. O, həmin dövrdə Cəbrayıl və Qubadlı rayonlarının müdafiəsində iştirak edib. Bu səbəb onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilib.

Məhkəmə Elvinin barəsində Cinayət Məcəlləsinin 70.5-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Ona 3 il sınaq müddəti olmaqla 6 il şərti cəza təyin olunub.

Elvinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.

Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulub.

Elvinin davranışı üzərində nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6579   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ

1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamında nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərəncama uyğu

9 may
.

Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan rayonundan fotolar paylaşıb. xəbər verir ki, paylaşımda deyilir:. "Zəngilan təbiətinin inanılmaz gözəlliyi"

9 may
.

"Kartdan-karta" ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ

Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı

9 may
.

Emin Əmrullayevdən kiçik məktəblərin birləşməsi ilə bağlı AÇIQLAMA

"Məktəblərdə hər il uşaq sayı təhlil olunur. Burada bir məqsəd var ki, sistem rasionallaşsın və təhsilin keyfiyyəti artsın". xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev azsaylı şagirdi olan məktəblərin birləşdirilməsi məsələsindən danışarkən deyib

10 may
.

Ümummilli lider Heydər Əliyevin xatirəsi anılır - YENİLƏNİB+FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə hökumət və dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin xatirəsini anırlar. xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti və hərbi qulluqçuları Fəxri xiyabanda ulu öndərin əziz xatirəsini dərin ehtiraml

10 may
.

İşlədiyi bağçanın həyətindən meyiti tapıldı

Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırm

9 may
.

Göygöldə iki maşın toqquşdu - Qardaşlar yaralandı

Göygöldə qəza olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da ola

9 may
.

Ceyhun Bayramov: "İran Naxçıvana dron hücumunun araşdırılması ilə bağlı Azərbaycana vəd verib"

"İrandan Azərbaycana dron hücumu baş verəndən dərhal sonra Azərbaycan tərəfinin reaksiyası olub. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslar həyata keçirilib". xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov İranın Naxçıvana dron hücumunu şərh edərkə

10 may
.

Prezident İlham Əliyev: "Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm"

Azərbaycan Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə əlaqədar özünün X səhifəsində paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Əziz Robert, Azərbaycan haqqında söylədiyiniz həqiqi və dəyərli fikirlərə gör

10 may