"Bundan sonra "COVID-19" infeksiyası həmişə..." - İnfeksionistdən AÇIQLAMA
""COVID-19" ilkin yayıldığı dövrdə olduğu kimi güclü təsirə malik deyil".
Bunu infeksionist Vüqar Cavadzadə Sonxeber.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, "COVID" infeksiyasının gücü azalmaqdadır, virus getdikcə mutasiyaya uğrayır və ölüm hallarında da azalma müşahidə olunur.
Əvvəl karantin müddəti 14-21 idisə, son tədqiqatların nəticələri göstərir ki, xəstəliyin həm inkubasiya dövrü, həm də yoluxdurma müddəti 6-7 gün çəkir.
İnfeksinonist xatırladıb ki, 2020-ci ildə İtaliyada gün ərzində 3-4 min ölüm halı qeydə alınırdı, reanimasiyalarda, xəstəxanalarda yer tapmaq olmurdu:
"Hazırda Fransada yoluxma sayı 100 000-dən çoxdur, amma görürük ki, reanimasiyalarda əvvəlki illərdə olduğu kimi yüklənmə yoxdur. İlk dalğa zamanı ölüm sayı gün ərzində 3000-3500 idisə, hazırda bu rəqəmlər yoxdur. Deməli, belə nəticəyə gəlmək olur ki, "COVID" virusu öz gücünü itirməkdədir və xəstəlik daha yüngül formada keçir.
Çox güman ki, yaxın illərdə koronavirus pandemiyası bitəcək. Amma bu o demək deyil ki, "COVİD"dən canımızı qurtaracağıq. Koronavirus infeksiyası getdikcə gücünü zəiflədir, xəstəliyin davam etmə müddəti azalır və özünü adi qripə bənzədir. Bundan sonra yaşadığımız müddətdə "COVID" infeksiyası adi qrip infeksiyası kimi həmişə cəmiyyətdə müşahidə olunacaq".
Qeyd edək ki, Azərbaycanda bu gündən test nəticəsi "müsbət" olan şəxslərin və onlarla sıx təmasda olanların təcrid (karantin) müddəti 14 gündən 7 günə azaldılıb.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 2222 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara
17 sentyabr 2021Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Yaponiyalı həkimlər "Pfizer" peyvəndində yad cisimlər aşkar ediblər
Yaponiyalı mütəxəssislər "Pfizer"BioNTech" şirkətlərinin birgə istehsalı olan koronavirusa qarşı vaksinin tərkibində yad cisimlər aşkar ediblər. Ölkə üzrə üç fərqli vaksinasiya məntqəsində istifadə edilən 18 doza peyvəndin içində ağ toz şəkilli kənar elementlər müşahidə olunub. Həkimlə
15 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
14 sentyabr 2021Arpa suyu - süd artıran vasitə
Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır
8 sentyabr 2021Koronavirusun simptomları dəyişdi
Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən
14 sentyabr 2021Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI
Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı
16 sentyabr 2021Azərbaycanda daha 34 nəfər vəfat etdi - Koronavirusla bağlı SON VƏZİYYƏT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 211 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib. İndiyədə
11 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021