Polis heykəltəraşdan 2000 manat tələb edib? - DİN rəhbərliyi məsələni nəzarətə götürdü
Heykəltəraş Rəşid Məhərrəmov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarından şikayətçidir.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, hadisə yanvarın 22-də baş verib:
"Tanışım olan bir xanımla özümüzə məxsus maşında Xırdalandan qayıdırdıq. Bu zaman xanım mənə zəng vuraraq halının birdən pisləşdiyini dedi. Mən də maşını qırağa çəkib saxlamağını istədim. "Ekologiya" postunu (Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji Nəzarət üzrə Yol-Patrul Xidməti Bölüyü) keçəndən sonra, avtovağzala çatmamış xanımla birgə avtomobillərimizi saxladıq. Su götürüb, xanımın maşınına əyləşərək, onu sakitləşdirməyə çalışdım. Maşını 7-8 dəqiqə orada saxlamışdıq.
Düşəndə onun üzündən öpüb, sağollaşdım, maşını asta sürməsini, diqqətli olmasını dedim. Bu zaman 99-YP-687 nömrəli yol patrul maşınından polislər düşərək özlərini təqdim etmədən, üstümə hücum çəkərək, qışqıra-qışqıra qanunsuz işlərlə məşğul olduğumu bildirdilər. Dedilər ki, sən nalayiq işlər görürsən. Baş verənləri danışdım.
Onlardan biri dedi ki, sizi çəkmişəm, dana bilməzsən, telefonumda sübutum var. Qışqırıb sənədləri istədilər. Daha sonra sənədləri ciblərinə qoyub, "Ekologiya" postuna getməyimizi tələb etdilər. Səbəbini soruşduqda, dedi ki, yuxarıdan tapşırıq verilib ki, onların ikisini də gətirin bura. Dedim ki, maşındakı xanımımdır, istəmirəm posta getsin.
Dedi ki, 2000 manat ver, həll edək, nə xanım getsin posta, nə də sən. Xanımın posta getməməsi üçün məcbur qalıb razılaşdım. Dedim, 2000-ə gücüm yoxdur. Sonda 1500 manat tələb etdilər, dedilər haradan istəyirsən tap. Bir saata pulu gətir, sənədləri apar".
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev "oxu.az"-a bildirib ki, məsələ artıq Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürüb:
"Tərəfimizdən araşdırma aparılır. Məsələyə hüquqi qiymət veriləcək".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1086 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabr