DƏHŞƏT: Zarafatlaşan tibb işçiləri xəstəni öldürdülər - FOTO-VİDEO
Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanalardan birində faciə baş verib.
Sonxeber.az-ın "Ahaber"ə istinadən məlumatına görə, reanimasiya şöbəsində çalışan tibb işçiləri arasındakı qələm zarafatı ölümlə nəticələnib.
Belə ki, biotibbi texnik olan Əkrəm K. zarafat məqsədilə iş yoldaşı Fatih K.-nin cibindən qələmini götürüb. Bundan qıcıqlanan Əkrəm Fatihə "Qələmimi gətir, yoxsa reanimasiyanın oksigen əlaqəsini kəsərəm" deyib.
Lakin Əkrəm qələmi verməyib, Fatih isə onun inadına öz dediyini edib və reanimasiyada olan xəstələrin oksigen qapağını bağlayaraq bir neçə dəqiqə qapalı saxlayıb.
Nəticədə, oksigeni kəsilən xəstələrdən 56 yaşlı Yusuf Sanin dünyasını dəyişib.
Prokurorluq biotibbi texnik Fatih K.-ya qarşı "Qəsdən ölümə səbəb olmaq" maddəsi ilə cinayət işi açıb.
Fatih K.-nı 9 ilə qədər həbs cəzası gözləyir. O, 1-ci Cəza Məhkəməsində hakim qarşısına çıxacaq.

Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1636 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Kartdan-karta" ödəniş edənlərə VACİB XƏBƏRDARLIQ
Son dövrlər pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan-karta" köçürmə yolu ilə aparılması halları geniş yayılıb. Belə ki, vətəndaşlar bildirirlər ki, bəzi hallarda onlara bank kartı ilə rəsmi ödəniş etmək imkanı yaradılmır, yalnı
9 mayYeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı "Bak
9 mayBakı metrosunda qəribə qadağa gündəmdə - "Ayaqlarınız uzundursa…"
Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən "xırda xuliqanlıq" maddəsi ilə cərimə oluna və ya 15 günədə
9 mayİlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO
"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm
9 may"Xarı Bülbül"ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi
Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi il
9 may