Deputat: "Kişilərimiz hər şeyi bilmir"
"Azərbaycan ailəsinin çox maraqlı spesifik bir xüsusiyyəti var. Bilirik ki, ölkəmizdə normal ailələrdə kişilər qazanır və pullarının əksəriyyəti qadınlarında olur. Belə desək, evdə maliyyə məsələləri üzrə müşavir qadın olur".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət Həsənova deyib.
Deputat qeyd edib ki, uşaqlıqdan atalarımızın qazandığını, analarımızın isə onu idarə etdiyini görmüşük:
"Biz uşaq olanda atam nə qazanıbsa, onun hamısı anamda olub. Anam da idarə edirdi, kimə nə almaq lazımdır, kimə nə etmək lazımdır, bazarlığı necə etmək lazımdır və s. Yəni, bu dediyimə bir çoxları şahiddir. Düzdür, kişi qazanar, gəliri az, ya da çox olar, amma qadın ondan ev qurar. Bu, Azərbaycan ailəsinə məxsus spesifik xüsusiyyətdir".
Deputat Avropada olan hər bir şeyin Azərbaycan ailəsinə tətbiq edilməsinin düzgün olmadığını vurğulayıb:
"Avropada kişinin və qadının hər birinin pulu öz cibində olur. Deyərdim, bütün Avropa ölkələrinin hamısında bu belədir. Biri çörək alırsa, o biri deyir ki, get qənd al. Amma Azərbaycanda elə deyil axı. Azərbaycanda qadın kişinin pulunu istədiyi kimi xərcləyir. Düzdür, bəzi ailələr var ki, belə deyil. Bilirik ki, Azərbaycanda yüz illər boyu nənələrimiz evin dirəyi olub. Kişi qazanıb, qadın tikib. Biz bu dəyərlərimizi gənclərimiz arasında təbliğ etməliyik. Bəlkə də, bu sözüm kişilərimizin xətrinə dəyəcək. Kişilər axı, hər şeyi bilmir, yəni, bu məsələlərdə hər şeyi bilmir. Kişi gedir bazara hər şey alır, düzdür yaxşı şey alır. Amma qiymət endirimi etmir, qadın isə bu baxımdan qənaətcildir".
M.Həsənova Azərbaycan qadınının xarakteristikasının ev quran, qənaətcil olduğunu vurğulayıb:
"Kişilərə təbliğ etməliyik ki, ailənin vahid büdcəsi olmalıdır. Çünki ailəyə biz kiçik dövlət deyirik. Dövlətin də bir siyasəti, prioriteti olur. Ailənin prioriteti nədir? Təbii ki, uşaqları tərbiyəli, təhsilli böyütməkdir. Kişilər bilməlidir ki, ailənin hər bir şeyi bərabər bölünməlidir, maliyyə yaxşı şeylərə xərclənməlidir ki israfçılıq olmasın. Bu, dinimizdə də var. Qənaətcil olmalıdırlar, hər qəpiyin qədrini bilməlidirlər. Xatırlayırsınızsa, 2021-ci ildə möhtərəm prezidentimiz ilk çıxışında belə bir ifadə işlətdi: "Hər bir manatın qədrini bilməliyik". Bəli, həqiqətən də, elədir. Bu gün heç kəsin qapısına pul tullamırlar, hamı nə qədərsə əziyyət çəkir. Ona görə də, bu cür gözəl dəyərlərimiz var. Bu dəyərlərə hörmət etmək lazımdır, etməyənlərə isə təbliğat yoluyla, kiminsə hissiyyatına toxunmadan anlatmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1373 Tarix: 25 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək
Bəzi səhiyyə işçiləri əmək şəraitinin xüsusiyyətlərinə və gördükləri işin xarakterinə görə aylıq vəzifə maaşlarına 10, 15, 25, hətta 50 faiz əlavə haqq ala bilərlər. Trend-ə istinadən xəbər verir ki, bu ödənişlər xüsusi hospitallarda çalışan tibb işçilərindən tutmuş qiymətli metallarla işləyən diş texniklərin
24 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrYasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar
Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki
23 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb
Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ
23 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabr