"Oğlanlarımdan birinin hələ 40-ı çıxmayıb..."
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illiyi münasibətilə onu "İstiqlal" ordeni ilə təltif edib.
"Qafqazinfo"nun məlumatına görə, modern.az 100 yaşını qeyd edən Fatma Səttarova ilə əlaqə saxlayaraq, onun yubiley təəssüratlarını öyrənib.
- Sizi yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm cansağlığı arzulayırıq. Bilmək istərdik, 100 illiyinizi necə qeyd edəcəksiniz?
- Təbrikə görə minnətdaram. Hər şey qaydasındadır. Yubileyimi sabah Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında kollektivimlə birgə qeyd edəcəyəm.
- Fatma xanım, ailə üzvləriniz doğum gününüzə necə hazırlaşır? 100 illik yubileyinizi ilk kim təbrik etdi?
- Mənim 4 övladım olub. Onlardan biri artıq 1 ildir ki, dünyadan köçüb. Digər oğlumun isə 40-ı hələ çıxmayıb. 11 nəvəm, 25 nəticəm var. Onlar da mənim üçün çox dəyərlidirlər.
- Bilmək istərdik, bu yaşınıza qədər aldığınız ən dəyərli hədiyyə nə olub?
- Bu yaşıma qədər aldığım ən gözəl hədiyyə cənab Prezident İlham Əliyevin məni təltif etdiyi "İstiqlal" ordeni oldu. Bundan gözəl, dəyərli heç nə ola bilməz. Bu ömür mənə Allah tərəfindən verildi, Prezidentimiz də gördüyüm işlərə görə yubileyim münasibətilə məni təltif etdi. Bu gün həyatımda ən dəyərli hədiyyəni aldım. Bundan gözəl hədiyyə ola bilməz.
- Geridə qalan illər ərzində xatirənizdən silinməyən hansı hadisələr olub? Hələ də unuda bilmədiyiniz məqamları yada salıb, keçmişə qayıdırsınızmı?
- Həyatımda o qədər hadisələr olub ki?! Ağır müharibələrin və zəfərin şahidi olmuşam. Ağır müharibə illərindən sonra iki universitet oxudum. Dörd balam dünyaya gəldi, onları böyütmüşəm, ali təhsil vermişəm. Vətənimin oğullarına, qızlarına xidmət etmişəm. Hər zaman çalışmışam ki, insanlara xeyrim dəysin, köməklik edim. Bu əməllərimlə gəlib 100 yaşıma çatmışam. Allah hamıya uzun ömür, cansağlığı nəsib eləsin. Həmişə xoş günlər yaşayaq, həyatımızın unudulmaz çağları yalnız xoş günlər olsun. Doğum günümü təbrik edən hər kəsə təşəkkür edirəm.
Qeyd edək ki, Fatma Səttarova 1922-ci ilin yanvar ayında Bakı şəhərində anadan olub. O, 1941-ci ildə - İkinci Dünya müharibəsi zamanı tibb bacısı kimi könüllü cəbhəyə yollanıb. Alman faşizminə qarşı döyüşlərdə şücaət göstərib. F.Səttarova uzun illər rəhbər vəzifələrdə çalışıb. O, xeyli müddət müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvü olub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin ötən il yanvarın 16-da keçirilən iclasında F.Səttarova təşkilatın sədri vəzifəsinə seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1543 Tarix: 26 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrMetronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrƏt bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
2027-ci ildə qlobal quş əti ixracının 3% artaraq 15,6 milyon tona çatacağı, mal əti ixracının isə 1% azalacağı, donuz əti tədarükünün isə 2026-cı ildəki 10,6 milyon ton səviyyəsində qalacağı gözlənilir. Bu proqnoz ABŞ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən açıqlanıb. "Agroexport"-un məlumatın
25 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrMəktəblərdə 5 gün dərs olmayacaq - TARİXLƏR
Noyabrın 16-dan dövlət ümumi təhsil müəssisələrində 2026/2027-ci tədris ili üzrə payız tətili başlayacaq. xəbər verir ki, payız tətili noyabrın 16-dan 20-dək davam edəcək. Qeyd edək ki, noyabrın 21-i və 22-si şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, şagirdlər üçün ilk dərs günü noyabrın 23-
25 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabr