Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgi

Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiLent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan "Şəhid əmanəti" layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Fətullayev Nurəddin Məhəmmədəli oğlu haqqındadır.

Fətullayev Nurəddin Məhəmmədəli oğlu 1973-cü il iyunun 30-da Cəbrayıl rayonunda anadan olub. Orta məktəbi Cəbrayıl rayonu Maksim Qorki adına məktəbdə başa vurub. Gəncədə peşə məktəbində təhsil alan Nurəddin müharibə başlayan kimi Gəncədən Cəbrayıla qayıdıb və iyirmi yaşında könüllü olaraq cəbhəyə yollanıb. Nurəddin Cəbrayılda gedən ağır döyüşlərdə qəhrəmanlıqla iştirak edir. Ancaq Sur döyüşləri zamanı şəhid olur. Rayon mərkəzi ermənilər tərəfindən davamlı atəşə tutulduğundan onun nəşi 15 avqust 1993-cü il, gecə saat on ikidə maşın faralarının zəif işığı altında ata-baba məzarlığında dəfn olunur.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiİş saatının ən gərgin vaxtında telefonuma zəng gəlir. Əvvəl açmaq istəmirəm, sonra Azər Telmanın adını görüb cavab verirəm. Azərlə iki, üç yaş fərqimiz var. Bir rayondanıq. Xətrini istədiyim yaxşı insanlardan biridir. Həm də bir az qardaşıma oxşayır.
Aytən əlləri ilə qardaşının məzarındakı torpağı xışmalayır, üz gözünə sürtür, başını qardaşının soyuq, hənirsiz məzarına qoyur, onu səsləyir. O, ehtiyatla məzarın baş tərəfini sığallayır. Elə bil torpağı yox, qardaşının üzünü oxşayıb, ona tumar çəkir. Gövhər ana kənardakı bir daşın üstünə əyləşib astadan heysiz-heysiz inildəyir, amma Aytən susmur. Elə hey dil deyib ağlayır. Niyaməddin kənara qoyduğu beli götürüb məzarın ətrafını səliqəyə salır. Niyaməddin məzarı səliqəyə salır. Dəmirdən hazırlatdığı çərçivəni məzarın baş tərəfində bərkidir. Az keçmir, Nurəddinin gülümsər, yaraşıqlı çöhrəsi torpağından boylanır. Sinəsi üzərinə sərilən üç rəngli bayraq asta-asta xışıldayır.
Azər bir az ehtiyatla zənginin səbəbini deyir:

- Samirə, sən cəbrayıllı jurnalistlərdən, bizə bir köynək yaxınsan. Bir məsələ var, bəlkə kömək edəsən.

İstəyinin nə olduğunu xəbər alıram. Məlum olur ki, Cəbrayıl işğal olunan ərəfədə şəhid olan Nurəddin Fətullayevin ailəsi, anası və bacısı otuz ildən sonra onun qəbrini ziyarət etmək istəyirlər.

Bununla bağlı necə kömək edəcəyim barədə çox baş sındırmıram. APA tv-nin rəhbəri Orxan Məmmədli ilə əlaqə saxlayıram. Bəzi məsləhətləşmələrdən sonra Nurəddinin məzarını ziyarət etmək üçün səfər hazırlığı baş tutur.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiNurəddinin anasıgil yaşayan evə səhər saat altıda dan yeri ağaranda çatıram. Cəbrayıla Nurəddinin anası Gövhər xanım, qardaşı Niyaməddin, bacısı Aytənlə yola düşəcəyik. Evə girəndə, ailənin həyəcanlı və təlaşlı olduğunu görürəm. Operatorumuz Ceyhun Mustafayev kameranı və işıqları quraşdırana qədər mən Gövhər xala ilə danışmağa çalışıram. Həyəcanlı ana əlindəki dəsmalı, dərmanı hara qoyacağını bilmir. Tez-tez Aytəni, Niyaməddini səsləyir:

- Az mənim təzyiq dərmanım nejoldu? Jiletimin cibindən dəsmalımı gətir.

Sonra mənə baxıb deyir, mən nə danışajam, heç bilmirəm. Ürəyim doludu e, dolu. Nurəddinin torpağını görməyə gedirəm. Deyirlər erməni orda daşı daş üstündə qoymayıb. Ömrümə nə qədər qalıb bilmirəm. Heç olmasa, gedim balamın qəbrini görüm.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiYolboyu Aytən qardaşı haqqında danışır, anasının yadında qalmayanları da xatırlayıb bizə nəql edirdi. Qardaşının torpağını, məzarını görməyə getdiyi üçün sevindiyi qədər, həm də 9 il əvvəl dünyasını dəyişən atasının bu günü görə bilməməsi üçün məyus olurdu:

- Atam, bu günü görmədi. O, dünyasını dəyişəndə, evdə onun yanında bircə mən idi. Qardaşım həkim ardınca, anam da aptekə getmişdi. Atam yarıaçıq gözlərlə mənə baxırdı. Hiss edirdim ki, nə isə istəyir, amma deyə bilmir. Sonra o, baxışlarını məndən yayındırıb Nurunun divara vurulan şəklinə baxdı. Onda anladım ki, o, Nuru ilə vidalaşmaq istəyir. Divardakı şəkli açıb onun sinəsinə qoydum. Əllərini çarpazladı, şəkli qucaqladı. Gördüm atamın gözlərindən iki damla yaş axıb boynuna düşdü. Elə şəkli papamın sinəsinin üstünə qoyandan sonra o, canını tapşırdı.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiŞükürbəyli kəndinə çatırıq, oradan rayona ən gec məsafə on beş, iyirmi dəqiqədir. Hamı susqun, kədərli, illərin yorğunu kimi yollara, dağılıb, uçurulmuş evlərə baxır. Qarşımızda hər iki tərəfi düşmən tərəfindən xarabalığı çevrilmiş, otuz il öz sakinlərini, insanlarını gözləmiş evlər var.

Aytənin gözlərindən yaş süzülür, ana göz yaşlarını gizlətmək üçün pəncərədən çölə baxır. Aytən deyir ki, qəribə taleli, ömrü yarımçıq, yaraşıqlı Nurəddin orta məktəbdə oxuyanda sinif yoldaşı ilə bir-birlərini sevirlər. Nurəddin məktəbi bitirib Gəncəyə təhsilini davam etdirmək üçün gələndə ailəsi onun sevdiyi qızı başqasına verir. Dillərə dastan olan sevgi bu qırılır, yarımçıq qalır.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiSonralar Nurəddin Gəncədə məhsəti türkü olan bir başqa qızla tanış olur, ona bağlanır. Amma nə o, Elnurəni unudur, nə də Elnurə onu. Aytən qardaşının sevdiyi qızla bir az mesajlaşandan sonra sanki toxtayıb danışır:

- Sən indi bilsən ki, mən kiminlə yazışıram, inanmazsan. Elnurə mənə yazıb. Nurunun sevdiyi qız. Mənə deyir, get, mənim də ürəyimdə ona deyiləcək o qədər söz var ki...

Aytən söhbətinə davam edir:

- Nurəddin şəhid olan gün Elnurənin bir qızı olur. Bu xəbəri heç kim ona verməyə cürət etmir, Elnurə Nurunun ölümü bir həftədən sonra bilir. Əli heç yerə çatmır. Qızına mənim adımı qoyur. Sonralar mənə deyirdi ki, hər dəfə qızıma Aytən deyəndə elə bilirəm, Nurunu çağırıram.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiRayonun girəcəyinə çatıb maşınlardan düşürük. Niyaməddin bizi əmin edir ki, məzarlığı da, qardaşının məzarını da gözüyumulu taparam. Onun yaddaşına güvənirik, yenidən maşınlara əyləşib Niyaməddinin olduğu maşını təqib edirik. Kənardan köhnəlmiş sarımtıl başdaşları dikələn məzarlıq görsənir. Aytən maşından düşüb özünü irəli atır. Həyəcanlı ana, hönkürtü ilə ağlayır. Niyaməddin hər kəsdən irəlidə, heç kimə əhəmiyyət vermədən düz qardaşının məzarına doğru addımlayır. Ağlayan Aytəni saxlayıram. Ondan bir az toxtayıb, sakitləşməsini xahiş edirəm:

- Dayan, belə olmaz. Bir az toxta, uzaqdan bax, hazırlaş. Onsuz da çatmışıq, indi məzarın yanına gedəcəksən. Ürəyin istədiyin qədər təmkinlə ağlayıb, sakitləşərsən.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiAytən sözlərimi dinləyir, sakitləşməyə çalışır. Ancaq göz yaşları dinmir. Bulaq kimi üz gözünü isladır. Onun qoluna girirəm, yavaş-yavaş məzara tərəf aparıram. Məzara çatmağa az qalmış qolumdan çıxıb özünü 28 illik həsrətinin üstünə atır.

Üç ildən xeyli vaxtdır şəhid ailələri ilə görüşən, onların hər dərdini səbirlə, dözümlə dinləyib yazan biri kimi mən bu dəfə Aytənin ah-naləsinə dözə bilmirəm.

- Gəldim, ay Nuru, gəldim. Körpə balam, illərlə bizi gözlədin. Gələ bilmədik ay Nuru, gələ bilmədik. Atam sənin bir köynəyinlə bu dünyadan getdi ay Nuru, ay Nuru...
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiÖmrü boyu əziyyətdə olan, müharibənin ən qızğın vaxtlarında belə tibb bacısı işləyən, cəbhədən gətirilən əsgərlərin yaralarına məlhəm olan Gövhər ana 28 ildən sonra balasının məzarı başında dayanır. Oğlunu körpə uşaq kimi bayatılayıb, ağlayan ananın səsi içi mən qarışıq hamımızı ağladır:

Dağlar başı ala qar,
Ala çiskin, ala qar,
Sən yadıma düşəndə,
Başımda saçım ağlar
İyirmi yaşlı körpə balam laylay.
Nuru balam can laylay.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiAytən əlləri ilə qardaşının məzarındakı torpağı xışmalayır, üz gözünə sürtür, başını qardaşının soyuq, hənirsiz məzarına qoyur, onu səsləyir. O, ehtiyatla məzarın baş tərəfini sığallayır. Elə bil torpağı yox, qardaşının üzünü oxşayıb, ona tumar çəkir. Gövhər ana kənardakı bir daşın üstünə əyləşib astadan heysiz-heysiz inildəyir, amma Aytən susmur. Elə hey dil deyib ağlayır. Niyaməddin kənara qoyduğu beli götürüb məzarın ətrafını səliqəyə salır. Niyaməddin məzarı səliqəyə salır. Dəmirdən hazırlatdığı çərçivəni məzarın baş tərəfində bərkidir. Az keçmir, Nurəddinin gülümsər, yaraşıqlı çöhrəsi torpağından boylanır. Sinəsi üzərinə sərilən üç rəngli bayraq asta-asta xışıldayır.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiNurəddini, uğrunda şəhid olduğu torpağına və bayrağına tapşırıb geri qayıdırıq.

Bakıya gələndən sonra bu reportajı yazarkən ağlımdan yalnız bir fikir keçir. Görəsən Nurəddinin sevdiyi xanımla əlaqə qura bilərəmmi, mənimlə danışıb keçmişindən, Nurəddindən danışarmı?

Elnurənin əlaqə nömrəsini Aytəndən alıb ona zəng vururam. Dəstəyin o başından sakit, təmkinli, ilıq qadın səsi gəlir:

- Nurəddin haqqında danışmağa həmişə hazıram. Torpaqlarımız alınanda hər şeydən çox Nurəddin üçün sevindim. Ona görə ki, o, bu torpaq uğrunda can qoyanlardan idi. İkinci Qarabağ müharibəsində qazanılan qələbədə mənim şəhid qəhrəmanımın da payı vardı.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiNurəddinlə mən eyni sinifdə oxumuşuq, hətta eyni partada əyləşirdik. Qəribədir ki, onunla həm daxilən, həm də zahirən bir-birimizə oxşayırdıq. O zaman sevgili kimi yox, sinif yoldaşı kimi çox istəyirdik. Bir gün Nurəddin gəlib mənə dedi ki, Aytən səni görmək istəyir. Mən fikirləşdim ki, yəqin ki, məktəb qızlarımızdan biri olan Aytən məni çağırır. Getdim onun yanına, dedim, eşidirəm, nə sözün var. Aytən mənə dedi ki, mən səni çağırmamışam. Qayıtdım Nurəddinin yanına dedim, axı Aytən məni çağırmayıb. Onda Nurəddin utana-utana dedi ki, o Aytən yox, mənim bacım Aytən. Mən onda başa düşdüm ki, Nurəddinin məndən xoşu gəlir. O vaxt bilmirəm bu sevgi idi, ya hədsiz dərəcədə uşaqlı istəyi. Hər nə idisə, bu hiss bizim üçün çox xoş idi. On birinci sinfi qurtarana qədər bizim bir-birimizdən heç bir sirrimiz, sözümüz olmadı. İndinin özündə belə mən hansısa əhvalatı, hadisəni danışanda Nurəddinin yaxınları məndən soruşur ki, bunu sən haradan bilirsən, ancaq ailə üzvlərimiz bilirdi.

Yadıma gəlir, bizi müəllimlərimiz həmişə bir-birimizdən ayırırdılar. Amma biz gedib sözü bir yerə qoyurduq, oturduğumu yeni parta yoldaşımızla dalaşırdıq. Bizi təzədən qaytarıb birlikdə otururduq. Son sinfə qədər biz birlikdə oturduq.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgi- Bəs bir-birinizə bu qədər yaxın olduğunuz halda niyə ayrıldınız?

- Bizim ayrılma səbəbimizi mən bircə kəlmə ilə vurğulayım. Nurəddin dost üçün sevdiyi qızdan, vətən üçün canından keçən oğlan idi. O, öz sevgisini dostu üçün öldürdü. Yəni o, dostunu çox sevirdi, vətənini də həmçinin. O, müharibəyə getməyə də bilərdi. Arxa cəbhədə qalardı. Amma özü istədiyi üçün getdi. Nurəddin doğurdan da bizim sinfin gözü idi, heç kimin xətrinə dəyməzdi. O yaşda, o dövrdə elə saf, elə mərd oğlan az-az olardı. Hamıya sevgi ilə, hörmətlə yanaşırdı.

Beləliklə taleyi Nurəddinlə birləşməyən Elnurə başqa ailə həyatı qurur, Cəbrayıldan başqa şəhərə köçür. Həmin ərəfədə isə Nurəddin şəhid olur. Onun şəhid olma xəbərini Elnurəyə heç kim demir. O, özü də Nurəddinin ölümünü ağlına belə gətirmir:

- Mən çox tez ailə qurdum. Ana olana qədər Nurəddinin şəhid olma xəbərini bilmədim. Yəni haradasa üç il məlumatsız qaldım. Ailəmdə qısqanclıq olduğundan mən də Nurəddin haqqında çox maraqlana bilmirdim. Amma arada imkan tapan kimi bacılarımdan, anamda soruşurdum ki, Nurəddin hanı, niyə ondan bir xəbər yoxdur? Həmişə hiss edirdim ki, məni yayındırırlar, gah deyirlər yəqin Gəncədədir, gah da müharibədə olduğunu söyləyirdilər.

Bir gün anam mənə dedi ki, sənə bir deyim. Sən bunu onsuz da nə vaxtsa, kimdənsə eşidəcəksən. Ondansa, elə məndən eşit. Biz rayondan çıxan günü Nurəddin şəhid oldu. Biz onu rayonda dəfn edib gəldik. Bu xəbər mənə çox pis təsir etdi. Sonralar mən xarici ölkəyə köçdüm, orada yaşadım. Ordan-burdan ölümünün təfərrüatlarını öyrəndim. İnan ki, onun ölümü mənə çox pis təsir elədi. Bu günə qədər də nə mən onun özünü, nə də şəhid olma xəbərinin məndə yaratdığı əhvalı unuda bilmirəm.
Dostu üçün sevgisindən, vətən üçün canından keçən Nurəddin - 30 ildən sonra danışan sevgiİndi sosial şəbəkələr var, adamlar bir-birini rahatlıqla axtarıb tapa bilir. Amma o zamanlar belə deyil. Ona görə də mən onun bacısı Aytəni çox axtardım. Onu tapan gün bir gecə səhərə qədər ağladım.

Sizin onun ailəsi ilə Cəbrayıla, onun məzarını ziyarət etməyə getmək xəbərinizi eşidəndə, mən çox kövrəldim. Əslində Cəbrayıl işğaldan azad olunanda, hərbçi tanışlarımız Nurəddinin qəbrinin şəklini, videosunu çəkib mənə atmışdılar. Amma Nurəddinin anasının illərlə ora getmək istəyini bilirdim və ən çox onun getməsinə ağladım. Bir şəhid anası üçün bu özünüz bilirsiniz nə deməkdir. İnşallah, bir gün mən də gedib, şəhid qəhrəmanımın məzarını görərəm.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2018   Tarix: 27 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Xanımlar getdikcə bir-birinə bənzəyir: Estetik əməliyyat etdirənlərin sayı niyə artır? - Açıqlama

Əvvəllər çox nadir insanlar estetik əməliyyat edərdi. İndi isə estetik əməliyyat edən şəəxslərin sayı olduqca artıb. Bir çox insan xarici görünüşünü bəyənməyərək plastik əməliyyata üz tutur. Son zamanalr qadınlarla yanaşı, estetik əməliyyat etdirən kişilərə də tez-tez rast gəlinir. Bəzən hətta plasti

25 aprel
.

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb - FOTO

Lənkəranda yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi "Mercedes" markalı

25 aprel
.

Xalq artisti: "Anam məni dünyaya gətirmək istəmirmiş" - VİDEO

"Arzuolunmaz övlad olmuşam, anam məni dünyaya gətirmək istəmirdi". Bu fikirləri Xalq artisti Məleykə Əsədova ATV-də yayımlanan "Günaylı Gün" verilişində səsləndirib. O bildirib ki, özündən böyük iki bacısı var:. "Anam həkim idi, qızı olacağını bilirdi, lakin oğlan istəyirdilər"

24 aprel
.

Açıq havada satılan yeməklərdə DİQQƏTLİ OLAQ! Sağlamlığımıza hansı təsirləri var? - AÇIQLAMA

Açıq havada çoxlu mikroblar var və onlar tozla birləşərək asanlıqla yayılmağa başlayırlar. Xüsusilə havalar isindikcə epidemiyaya səbəb olan açıq qidalara nəqliyyat vasitələrinin çoxluğu və insanların sığlığı səbəbindən mikrob daha tez keçir. Xüsusilə çöldə satılan simit, peraşkı, dönər və qutab kim

25 aprel
.

Sabiq baş pediatrın intiharı ilə bağlı CİNAYƏT İŞİ AÇILDI - YENİLƏNİB

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin intiharı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq intihar etməsi faktı il

24 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel