Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: "Bunu qəhrəmanlıq hesab edirlər"
"Son günlər sosial şəbəkələrdə təhsil müəssisələrində şagirdlərin xoşagəlməz davranışlarını əks etdirən görüntülər məsələnin görünən tərəfidir. Bəlkə də oxşar hadisələr olur və bizim xəbərimiz olmur".
Oxu.Az xəbər verir ki, bunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, bu kimi hallara rast gəlinməsi təəssüf doğurur:
"Bəlkə də biz baş verən bənzər hallardan xəbərsizik. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır deyə ictimaiyyətə geniş şəkildə yayılmır. Bu gün informasiya əsridir. Məktəbyaşlı uşaqların eləcə də, yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Əlbəttə ki, ailənin, cəmiyyətin, məktəbin və müvafiq dövlət orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq. Baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq".
O qeyd edib ki, bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur:
"Biz də komitə olaraq səlahiyyətimiz çərçivəsində bu məsələyə töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 803 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım
9 mayUlu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO
Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə
10 mayAzərbaycan kəndlərində doludur: qramı 100 manata satılır
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah
10 mayYol polisi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. -ın məlumatına görə, müraciətdə deyilir:. "Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turiz
9 mayUNEC-in əməkdaşı 55 yaşında vəfat etdi
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd
8 mayBu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!
"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose
10 may