Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?

Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Kulis.az müğənni Xədicə Abbasova haqqında maraqlı faktları təqdim edir.

Xədicə Abbasova 1957-ci il yanvarın 1-də Bakıda anadan olub. Orta məktəbi başa vurandan sonra 17 yaşında Rəşid Behbudovun dəvəti ilə Mahnı teatrına solist kimi dəvət olunub.
Hələ on yaşı olanda, məşhur bəstəkar Emin Sabitoğlunun "Dərələr" mahnısını eşidib, çox sevən Xədicə günlərin birində gözlənilmədən Mahnı teatrında Emin Sabitoğlu ilə rastlaşır. Ortaboylu, saçları dağınıq, bir az da tündməcaz olan Emin Sabitoğlu Xədicə ilə rastlaşanda, onun yanındaca Rəşid Behbudova deyir, "bu müğənniyə oxşamayan, qara-qura qızı hardan tapmısız?"
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Emin müğənniyə bənzəmədiyini deyən o qara qızla, illər sonra 1979-cu ildə vətəndən çox-çox uzaqlarda İsveçdə görüşür. Axşam konsertlərinin birində Emin Sabitoğlu Xədicəyə yaxınlaşır, Xədicə isə qəsdən onu tanımadığını deyir. Ətrafda olan hər kəs təəccüblənir ki, Emin Sabitoğlunu necə tanımamaq olar. Daha sonra Xədicə deyir, hə, siz mənə qara-qura qız deyən Emin Sabitoğlusunuz. Emin Sabitoğlu isə ona deyir, "1-1".

***

Daha sonra o, Gülarə Əliyevanın "Dan ulduzu" ansamblında oxumağa başlayır. Burada həm Emin müəllimlə, həm də digər bəstəkarlarla çalışır.
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Elə həmin ərəfədə Xədicə Abbasova "Səhər görüşləri" adlı bir verilişdə Emin Sabitoğlunun bəstələdiyi "Payız gəldi" mahnısını ifa edir. Bu mahnını oxuyandan sonra Xədicə bir gecəyə məşhurlaşır və Emin Sabitoğlu ilə daha sıx çalışaraq "Gəmiçi qardaş", "Sıravi Əhməd", "Hacıkəndə gedən yollar", "Gecə yağışı", "Mən sizə gələcəm", "Çiçək yağışı", "Aman ayrılıq", "Güllər" adlı mahnıları oxuyur.

***

1987-ci ildə 50 yaşlı Emin Sabitoğlu ailəli olsa da, 30 yaşı yenicə tamam olan Xədicəyə evlənmək təklif edir. Xədicə isə onun qarşısına şərt qoyur ki, həddi-buluğa çatmamış qızını toy edib köçürtsün, sonra evlənsinlər. Xədicə ilə Emin Sabitoğlu ailə qurandan sonra onları qınayanlar da çoxalmağa başlayır. Müğənni müsahibələrinin birində bu haqda deyir:
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?"1982-ci ildə Emin Sabitoğlunu Mərkəzi Komitəyə çağırıb dedilər ki, ya Xədicə, ya partiya bileti. O da bileti qaytarmışdı. Emin şanslı insan idi ki, onun həddi-buluğa çatmış övladı var idi. Onun balaca uşaqları olsaydı, heç vaxt ailə həyatı qurmazdım. Bizim aramızda 20 yaş fərq var idi. Mən heç bir zaman "yanımda yaşlı insan var" demədim, bunu nə anladım, nə də hiss etdim. O zamanlar bizi çox qınadılar. Emin müəllimin də, mənim də ailəmdən bu izdivaca narazı olanlar var idi. Ətrafdakı insanlar isə fikirləşirdilər ki, bu cavan qız necə oldu ki ona aşiq oldu? Hətta deyirdilər ki, mahnılarına, puluna, var-dövlətinə görə ona ərə gedir. Bizdə heç nə əvvəldən planlaşdırılmamışdı. Onunla gecə-gündüz işləməyimiz bizi bir-birimizə daha da yaxınlaşdırdı. Əlqərəz, bir gün dedi ki, "gəl birdəfəlik ailə həyatı quraq, mən sənsiz yaşaya bilmirəm". Atam bu izdivaca razılıq verməkdə çətinlik çəkirdi. Çünki Emin hələ ailəsindən ayrılmamışdı. Boşanma işləri bitəndən sonra biz ailə həyatı qurduq. Ortalıqda heç bir var-dövlətdən söhbət gedə bilməzdi. Biz ailə həyatı qurandan sonra "Razin" deyilən ərazidə uzun müddət kirayədə yaşadıq".
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Onlar ailə qurandan sonra Emin Sabitoğlunun anası İsmət xanım Xədicəni gəlin kimi qəbul etmir, onunla heç bir əlaqə qurmur. Əksinə oğlunun birinci xanımının yanına köçüb onunla yaşmağa başlayır. Ancaq zaman keçdikcə, o, Xədicənin oğluna yaxşı baxdığını, oğlunun da onunla xoşbəxt olduğunu görüb inadından əl çəkir.

***

Emin Sabitoğlu birinci xanımından ayrılsa da, Xədicənin təkidi ilə övladı Ceyrana baxır, qayğı göstərir. Birinci xanımı ilə isə ünsiyyətini məhdudlaşdırır. Bəstəkar Xədicənin təkidinə görə övladının anası ilə dünyasını dəyişməzdən iki il əvvəl barışır.
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Onların izdivacından Xədicənin iki dəfə ana olmaq şansı olur. Lakin o, övladının birini 1989-cu ildə hələ Bakıda olanda itirir. Digərini isə Türkiyəyə köçüb orada yaşadığı ərəfədə, 1993-cü ildə. Beləliklə, bundan sonra heç zaman ana olmayan Xədicə bütün mehrini Emin Sabitoğluna salır, uşaq kimi onun qayğısına qalır. O bu barədə müsahibələrinin birində deyir:

"O mənim həm atam, həm müəllimim, həm yoldaşım, həm də övladım idi. Mən iki oğlan övladı dünyaya gətirsəm də, onları sonuna qədər yaşada bilmədim. Bütün analıq hissimi Eminə vermişdim. Mənə deyirdilər ki, sən onu uşaq kimi saxlayırsan. Bəlkə də, yanımda Emin yox, başqası olsaydı, böyük depressiya yaşayardım. Demək ki, qismət deyildi... Allahın yazısına inanıram, buna görə heç üzülmürəm də".

***

Xədicənin uzun saçları olsa da, Emin onu qısqandığı üçün, elə onun təkidi ilə də saçlarını kəsməyə məcbur olur.
Ailəsinin razılığı olmadan ailə qurdu, hər iki övladını da itirdi - Emin Sabitoğludan necə qisas aldı?Emin Sabitoğlu 2000-ci il, noyabrın 2-də Türkiyədə ad gününü qeyd edir. Axşam qonaqlar gedəndən sonra Xədicəyə deyir ki, təzə mahnı yazmışam. Adı "Əlvida, bu son gecə, salamat qal, Xədicə"dir. Noyabrın 12-də Bakıya qonaq gələn bəstəkar, çatandan üç saat sonra dünyasını dəyişir.

***

Onun ölümündən sonra Xədicəni sevənlər və onunla evlənmək istəyənlər çox olsa da, müğənni heç kimlə ailə qurmur. Hətta rəfiqələrindən biri ona qardaşı ilə evlənməyi təklif etsə də, Xədicə israrla bu təklifi rədd edir. Özü isə təkbaşına və böyük ehtiyac içində yaşayır, Emin Sabitoğlunun royalını satır. Ancaq sonradan o, toparlanaraq musiqidən uzaqlaşıb, biznes sahəsində fəaliyyətə başlayır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3632   Tarix: 28 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin sakinlərlə səmimi dialoqu - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı sakinlərlə söhbət aparılıb. "Bir neçə gün bundan əvvəl kənd təsərrüfatı sərgisində idim. Orada da maraqlanırdım

9 may
.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə

10 may
.

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah

10 may
.

Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - RƏSMİ AÇIQLAMA

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayı üçün pensiyaların ödəniş tarixi açıqlanıb. Məlumata görə, qeyd olunan ərazilərdə pensiyalar bu ayın 14-də vətəndaşların bank kartlarına köçürüləcək. Pensiya əhalinin sosial təminatı ilə bağlı vacib addım olduğundan, dövlət sözügedən məsələyə olduqc

10 may
.

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib. -ın məlumatına görə, müraciətdə deyilir:. "Həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir. Xüsusilə turiz

9 may
.

Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial media hesabında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Heydər Əliyev - 103. Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir

10 may
.

UNEC-in əməkdaşı 55 yaşında vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşı Leyla Mustafazadə vəfat edib. xəbər verir ki, Leyla Mustafazadə 55 yaşında dünyasını dəyişib. O universitetin Xarici Dillərin Tədrisi Mərkəzinin icraçı assistenti olub. Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəsmi feysbuk hesabınd

8 may
.

Bu şəxslərin pensiyası İKİQAT ARTACAQ - ŞAD XƏBƏR!

"Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu prose

10 may
.

Mehriban Əliyeva Zəngilan rayonundan paylaşım edib - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan rayonundan fotolar paylaşıb. xəbər verir ki, paylaşımda deyilir:. "Zəngilan təbiətinin inanılmaz gözəlliyi"

9 may