Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil

Vidadi Muradovun müsadirə edilən 30 milyonluq əmlakının siyahısı - Bir küçədə 22 mənzil10 aylıq həbs həyatından sonra ev dustaqlığında vəfat edən "Azərxalça"nın sabiq sədri Vidadi Muradovun 30 milyonluq əmlakının müsadirə olunmasına qərar verilib.

Milli.Az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, Vidadi Muradov 21,6 milyon manat pulu mənimsəməkdə, 640 min manatlıq vergi borcunda ittiham edilib. Ötən ilin yanvar ayında həbs edildikdən sonra oktyabrın 30-da ev dustaqlığına buraxılıb və noyabrın 5-də xəstəlikdən vəfat edib.

Onun dövlətə vurduğu zərərin ödənilməsi üçün istintaq zamanı 30 milyonluq əmlakı üzərinə həbs qoyulub. Məhkəmə bu gün həmin əmlakların müsadirə edilməsi barədə qərar çıxarıb.

"Kriminalqafqaz" V.Muradovun müsadirə edilən əmlaklarının siyahısını əldə edib. Məlum olub ki, Vidadi Muradovun Bakının Xətai rayonundakı Gəncə prospektində yanaşı binalarda 22 mənzili var imiş. Həmçinin, Vidadi Muradova məxsus "Azər-İlmə" MMC-nin səhm paylarının da müsadirəsinə qərar verilib.

Həmin siyahını təqdim edirik:

1. Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov küçəsi 2A-da yerləşən 0.01071 ha torpaq sahəsi.

2. Həmin torpaq sahəsində tikilən 268.3 kv.m olan yerləşən qeyri-yaşayış binası.

3. Bakı şəhəri, Nərimanov rayonu, 2-ci Sülh döngəsi, 4 nömrəli ev.
4. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C saylı evlərin 4 nömrəli mənzili.

5. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 17a/32 nömrəli bağ sahəsi.

6. Quba şəhəri, Qəçrəş yolunda yerləşən 0,20 ha torpaq sahəsi.

7. Bakı şəhəri, Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində yerləşən 103 nömrəli ev.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Vidadi Muradovun törətdiyi əməllər sübuta yetirildiyi və onun artıq vəfat etdiyi üçün barəsində bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3505   Tarix: 28 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?

Azərbaycanda sovet dövründən qalma binaların enerji səmərəliliyinin artırılması üçün yeni tələblərin tətbiqi nəzərdə tutulur. Uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyasına əsasən, 2060-cı ilə qədər həm mövcud, həm də yeni binaların optimal istilik izolyasiyasına malik olması gözlənilir. Bu prose

25 oktyabr
.

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur. Bu barədə "Report"a Azərbaycan Dövlət Turizm Agentliyindən məlumat verilib. Almaniyadan gələn turistlərin say

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR

Azərbaycanda bir sıra internet provayderlərinin təklif etdiyi minimum aylıq paketlərin qiyməti 25 manat təşkil edir. sabit internet tarifləri ilə bağlı bir neçə provayderlə əlaqə saxlayıb. "CityNet" şirkətindən bildirilib ki, aylıq 100 Mbit/s sürətli internet paketinin qiyməti 25 manatdan başlayır

25 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Bakıda güclü qar, şaxta… - Milyonluq HAZIRLIQ BAŞLADI

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi 2026-2027-ci illərin payız-qış mövsümünə hazırlıq işlərinə başlayıb. Belə ki, qurum yolların buzlanmasına qarşı istifadə ediləcək emal edilməmiş texniki duzun satın alınması ilə bağlı irimiqyaslı işlər həyat

24 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr