Sudanda hərbi idarəçiliyə qarşı etirazlarda bir nəfər ölüb

Sudanda hərbi idarəçiliyə qarşı etirazlarda bir nəfər ölübSudanın paytaxtında hərbi hakimiyyətə qarşı kütləvi etirazlar zamanı azı bir nəfər ölüb.

Sonxeber.az xəbər verir ki, bu barədə Sudanın Mərkəzi Həkimlər Komitəsi feysbuk səhifəsində məlumat yayıb.

Xartumda 27 yaşlı Məhəmməd Yusif İsmayıl sinəsindən aldığı ölümcül yara nəticəsində dünyasını dəyişib.

Yanvarın 30-da minlərlə sudanlı Xartum və ölkənin digər şəhərlərində mülki idarəetmə tələbi ilə yürüşə çıxıb. Etirazçıların bir hissəsi Sudanın paytaxtında yerləşən prezident sarayına doğru istiqamətlənib. Yerli polis nümayişçiləri dağıtmaq üçün səs-küylü qumbara və gözyaşardıcı qazdan istifadə edib.

Xatırladaq ki, oktyabrın 25-də ordunun hərbi müdaxiləsinə, noyabrın 21-də isə siyasi razılaşmaya qarşı çıxan minlərlə insan paytaxtın Bəhri və Umdurman rayonlarında, bəzi şəhərlərdə küçələrə axışıb. Aksiyalar zamanı polisin müdaxiləsi nəticəsində onlarla nümayişçi qazdan təsirlənib.

Ölkənin Baş naziri Abdullah Hamduq yanvarın 2-də istefaya gedib. Hökumət rəhbərinin istefaya getməsinə səbəb Sudanda davam edən siyasi böhrandır.

Sudanda etiraz aksiyaları 2021-ci ilin 25 oktyabrında başlayıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 764   Tarix: 30 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Bloomberg" ən zəngin insanların məşhur aktivini açıqladı

Son illərdə dinozavr skeletləri dünyanın ən varlı insanları üçün ən populyar aktivlərdən birinə çevrilib. "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, milyarderlər artıq Faberje yumurtaları və ya idman klubları kimi dəbdəbəli aktivlərlə yanaşı, dinozavr qalıqlarına da böyük maraq göstərirlər

19 iyul
.

Yaxın Şərqdə gərginlik artır: ABŞ öz vətəndaşlarına müraciət etdi

ABŞ Dövlət Departamenti dünyada, xüsusilə Yaxın Şərqdə yaşayan amerikalılara İranla bağlı yarana biləcək təhlükələr səbəbindən yüksək ehtiyatlılıq nümayiş etdirməyi tövsiyə edib. xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, Yaxın Şərqdə artan gərginli

19 iyul
.

"Titanik" fəlakətindən 4 gün əvvəl yazılmış məktub tapıldı: Nələrdən bəhs edilir?

İkinci sinif sərnişinin dostuna yazdığı məktub hərraca çıxarılacaq. Məktubun ilkin qiymətləndirməsi 47 min dollar təşkil edir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" yazıb. Henri Prays Hodces "Titanik"ə Sauthemptonda 250643 nömrəli, təxminən 17,5 dollarlıq biletl

22 iyul
.

"Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?

Enn Patçettin yeni "Whistler" romanı artıq bir neçə həftədir ki, "Amazon"un ən populyar kitabları arasında yer alır və ədəbi tənqidçilərdən yüksək qiymət alır. Qaynarinfo "Parade"yə istinadən xəbər verir ki, "Whistler" "Amazon"un ən populyar bədii kitablar

23 iyul
.

Arktikada buzların əriməsi yenidən sürətlənib (TƏDQİQAT)

Arktikada dəniz buzlarının əriməsinin son illərdə müşahidə olunan nisbi sabitləşmə dövrü başa çatıb. Yeni tədqiqat göstərib ki, buz örtüyünün sahəsi yenidən sürətlə azalmağa başlayıb. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb. Alimlər əvvəllər 2005-2024-cü illərdə Arktikad

22 iyul
.

Ankarada təlim helikopteri qəzaya düşdü - Yaralılar var

Türkiyənin paytaxtı Ankarada təlim helikopteri qəzaya uğrayıb. "Qafqazinfo" "Cumhuriyet"ə istinadən xəbər verir ki, nəticədə 2 nəfər yaralanıb. Hadisə yerinə çox sayda xilasedici cəlb olunub

22 iyul
.

Bu ölkədə temperatur 47 dərəcəyə çatacaq

İspaniya yay mövsümünün üçüncü isti hava dalğasına hazırlaşır. Sinoptiklər ölkənin bəzi bölgələrində havanın temperaturunun 47 dərəcəyə qədər yüksələ biləcəyini bildirirlər. "Qafqazinfo" xəbər verir ki, bu barədə İspaniya Dövlət Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. Bildirilib ki

23 iyul
.

Yaponlar isti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?

Yaponiyanın "SDRS" və "Trusco Nakayama" şirkətləri yüksək temperatur şəraitində çalışan insanların istidən qorunması üçün nəzərdə tutulmuş "Do Hiemon Box" adlı fərdi sərinlədici kabini təqdim ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb

21 iyul
.

Səudiyyədən rekord: Dünyanın ilk 1 kilometrdən hündür göydələni tikilir (FOTO)

Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərind

23 iyul