Müharibədə iştirak edənlərə ŞAD XƏBƏR - SMS göndəriləcək
Vətən müharibəsi iştirakçılarına "Müharibə veteranı" adı və Prezident təqaüdünün təyinatına başlanıb.
Bu barədə Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 29 dekabr 2021-ci il tarixli Sərəncamının icrası olaraq Vətən müharibəsinin iştirakçılarına "Müharibə veteranı" adı və Prezidentin aylıq təqaüdünün təyinatına başlanılıb.
İlkin olaraq Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Nazirlər Kabineti ilə razılaşdırılmış siyahı əsasında bu qurumların 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçularına "Müharibə veteranı" adı verilib.
DSX üzrə iştirakçılar barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Zəfər" altsisteminə daxil edilib.
Nazirlik tərəfindən isə altsistemə barələrində məlumat daxil edilmiş həmin hərbi qulluqçulara 2022-ci ilin 1 yanvarından Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) təyin edilib.
Təqaüdlərin təyinatı hərbi qulluqçuların müraciəti olmadan, heç bir sənəd təqdim edilmədən, e-sistem üzərindən proaktiv qaydada aparılır. Təyin edildiyi tarixdən asılı olmayaraq təyinat tarixi 2022-ci ilin 1 yanvarından rəsmiləşdirilərək ödənilir.
Hazırda digər qurumlar (Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və s.) üzrə də qeyd olunan adın verilməsi və təqaüd təyinatının aparılması üçün aidiyyəti işlər aparılır.
Vətən müharibəsinin bütün iştirakçılarına "Müharibə veteranı" adının verilməsi və Prezidentin aylıq təqaüdünün təyinatı prosesi yaxın günlərdə tam yekunlaşacaq.
Müharibə veteranı kimi Prezidentin aylıq təqaüdü təyin edildiyi andan şəxsin adında olan telefon nömrəsinə bu barədə, habelə təqaüd kartını hansı bankdan əldə edəcəyinə dair SMS göndəriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6886 Tarix: 01 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrYeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ
"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj
25 oktyabrGülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabrAzərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?
Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini
23 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrBu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK
Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar
25 oktyabrSağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI
İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl
23 oktyabr