Atatürk Azərbaycan naminə türk torpağından necə vaz keçdi? - FOTO

Atatürk Azərbaycan naminə türk torpağından necə vaz keçdi? - FOTOQan Turalı yazır...

Böyük zəfərdən sonra ən çox işlətdiyimiz toponim heç şübhəsiz ki, Zəngəzurdur. Hələ müharibənin gedişatında (4 oktyabr 2020) MHP lideri Bahçeli belə bir açıqlama vermişdi: "Naxçıvan Muxtar Respublikasının Azərbaycana birləşməsi şərtdir, tarixi zərurətdir və günün tələbidir". 10 Noyabr bəyanatının son bəndində Ermənistanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinə zəmanət verdiyi qeyd olunurdu. Ancaq Zəfər Günü 10 noyabrda təsis edilsə də, görünməmiş bir əhvalat baş verdi, fərman geri oxundu.10 noyabr Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölüm günü idi.

Və məqaləmiz də mövcud xəritənin formalaşmasında Atatürkün oynadığı misilsiz roldan bəhs edir. Bunun üçün bir az tarixə nəzər salaq. Məlum olduğu kimi Naxçıvan digər Şimali Azərbaycan torpaqları kimi Türkmənçaydan sonra Rusiya imperiyasının tərkibinə qatılmışdı. İmperiyanın süqutundan sonra Naxçıvanı çox ağır günlər, aylar gözləyirdi. 1918-ci ilin noyabrında Naxçıvanda Araz Türk Respublikası təsis edildi. Mərkəzi İğdır olan respublikanın əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə qatılmaq idi.

İngilislərin dəstəklədiyi ermənilər Naxçıvanı işğal etmək istəyir, qırğınlar törədirdilər. Türklərin əfsanəvi komandiri Kazım Qarabəkir paşanın ordusu Naxçıvana daxil olduqdan sonra vəziyyət nisbətən sabitləşdi. Ancaq Mudros müqaviləsindən sonra Türkiyə, daha doğrusu Osmanlı Naxçıvandan öz qoşunlarını çıxarmağa məcbur oldu. Yaranan yeni vəziyyətdə xalq cümhuriyyətinin dəstəklədiyi Naxçıvan Milli Komitəsi daşnakları qovub-çıxartdı.

1921-ci ildə Türkiyə ilə Rusiyanın sərhədlərini müəyyən edən Moskva müqaviləsi imzalandı. Qars və Ərdahan Türkiyəyə verildi, Batumi isə Gürcüstana qaldı. Müqavilənin III bəndində isə Naxçıvanın Azərbaycan tərkibində muxtar respublika kimi qalması razılaşdırıldı. Atatürk müqavilə üçün danışıqları aparan heyətə belə tapşırıq vermişdi: "Naxçıvan Türk qapısıdır. Bu məqamı nəzərə alaraq əlinizdən gələni edin". Bu müqavilə ilə milli istiqlal mübarizəsinə hazırlaşan Türkiyə Rusiyadan hərbi yardım alacaqdı, lakin bu vəziyyətdə belə Atatürk Naxçıvan məsələsində qətiyyət göstərdi. Beləliklə, Naxçıvan Azərbaycan SSR-nin tərkibində qaldı. 1921-ci ilin payızında imzalanan Qars müqaviləsi ilə hər üç Qafqaz respublikası Moskva müqaviləsinin şərtlərini tanıdı.
Atatürk Azərbaycan naminə türk torpağından necə vaz keçdi? - FOTOErmənilərin Qarabağ və Zəngəzura da iddiaları vardı, Paşinyanın məşhur "Kokeyşn buro"su (Qafqaz bürosu) Qarabağı Ermənistana versə də, Nərimanovun sərt etirazı nəticəsində qərar dəyişdirildi. Zəngəzur isə Ermənistana verildi... Bununla da Azərbaycan Naxçıvanla birbaşa quru əlaqəsini itirdi.

Məsələnin digər bir xüsusiyyəti vardı. Belə ki, Naxçıvanın Türkiyə ilə də sərhədi yox idi. Hazırkı sərhəd bölgəsi İran ərazisi idi. Ancaq Atatürk son həmləsini etməyə hazırlaşırdı. 1932-ci ildə Ankarada imzalanan müqavilə ilə İran və Türkiyənin sərhədləri müəyyən olundu. Atatürkün qətiyyəti ilə İran Naxçıvanla sərhəd olan ərazini Türkiyəyə verdi. Həmin ərazinin əvəzində Türkiyənin Vanın bir hissəsi İrana güzəştə gedildi (Tarixin amansız ironiyasına baxın: Səfəvi şahı ilə Osmanlı sultanı arasındakı baş verən Çaldıran ovalığı Türkiyənin verdiyi və aldığı iki ərazinin arasında yerləşir). Bununla da Türkiyə ilə Naxçıvan sərhədi yarandı. Bəli, o sərhədin açılmasına hələ 60 il vardı. Əsas o idi ki, artıq sərhəd özlüyündə mövcud idi. 1992-ci ildə "Ümid körpü"sü ilə Naxçıvanın Türkiyə ilə əlaqəsi yarandı.

İndi isə Zəngəzur vasitəsi ilə Azərbaycan Türkiyəyə qovuşacaq. Naxçıvanı Azərbaycan tabeçiliyinə vermək, ardınca onun Türkiyə ilə sərhədini yaratmaqla Atatürk yüz il sonra bəhrəsini verəcək möhtəşəm bir akta imza atdı. Böyük liderlərin işıqlı əməlləri yüz il keçsə belə, gözləri qamaşdırır. O elə buna görə Atatürkdür... Dahi Atatürk/Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1799   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan Türk dünyasının önəmli ölkələrindən biridir - AÇIQLAMA

"Hazırda geosiyasi böhran o səviyyəyə çatıb ki, bütün dövlətlər və xalqlar müxtəlif təhdidlərlə üz-üzədir. Hər bir dövlət geosiyasi proseslərdən mümkün qədər az itki ilə çıxmaq üçün təhlükəsizlik məsələlərini prioritet hesab edir. Bu baxımdan dövlətlərin ittifaqlar yaratması tamamilə təbii prosesdi

18 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) öz himayəsi altında keçirilən turnirlərin püşkatması zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib. "Report" bu barədə "The Athletic"ə istinadən xəbər verir. UEFA öz bəyanatında qeyd edib ki, hər bir vəziyyəti onun fərd

20 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Pasha Hospitality" şirkətinin baş icraçı direktoru Mehmet Balçi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr