BNA cəriməsindən sürücülərin canı nə vaxt qurtaracaq? - AÇIQLAMA
Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlər bitmək bilmir. Bəzi hallarda sürücülər maşını 2 dəqiqəlik tərk etməklərinə peşman olurlar. Çünki geri qayıtdıqda cərimə ilə üzləşirlər. Redaksiyamıza daxil olan məlumata əsasən, şirkət avtomobillərinin sürücüləri də bu haldan narazıdırlar. Onlar təklif edirlər ki, cərimə üçün müəyyən vaxt intervalı təyin edilsin. Bəs onların bu istəyi reallaşa bilərmi?
Məsələ ilə bağlı Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev açıqlama verib.
O, deyilənləri boş və yersiz bəhanə adlandırıb:
"Xahiş edirəm mövqeyi elə belə də qeyd edin. Dükan, market, supermarket, iri ticarət mərkəzləri tək Bakı şəhərində istifadə edilmir. Dünyanın bütün ölkələrində ticarət yerləri var. Çox xahiş və tövsiyə edərdim ki, market işlədənlər özləri də xarici təcrübəyə baxsınlar. Onlar logistikaları düzgün qursalar, bu problemlər yaşanmaz.
Əksər marketlərdə satılan məhsulların 99 faizini gecə saat 23:00 dan səhər 06:00-a qədər gətirmək olar.
Elə çörəyin özünü də səhər tezdən gətirmək mümkündür. Amma elə məhsullar var ki, çörək də daxil, onları bəzən günorta gətirmək lazımdır ki, təzə olsun. Təkcə çörək olsa, onu haradasa anlamaq olar. Amma məsələ çörəklə bitmir.
Tutaq ki, "Cola", "Snickers", şampun və başqa məhsulları səhər gətirirlər. O markət sahibləri gəlsin, biz də qəsdən marketlərinin qarşısında 10 dəqiqəlik bir maşın saxlayaq ki, güya mal düşürdülür. Görək, o küçənin vəziyyəti necə olcaq?!
Cəriməyə görə narahat olub sizə şikayət edirlərsə, onların yaratdığı vəziyyətə görə də mənə daha çox insan şikayət edir.
Məsələn, Ə. Əliyev küçəsində 2 market var və oraya mal gələndə bütün hərəkət dayanır.
Avtobus sürücüləri, avtomobildən istifadə edənlər, insanlar "yorğun-arğın" işdən çıxıb evə gedir, uşağını dərsə və ya dərsdən aparırlar, xəstəsi olanı var, tələsir. Onlar gözləyirlər ki, marketə mal təhvil verilsin və yol açılsın.
Kim harada gəldi aptek, market, kafe-restoran açıb. Lakin heç kim bunun nəqliyyat məsələsini fikirləşmir.
Deyirlər, 5 dəqiqəyə görə cərimə yazılmasın, amma o 5 dəqiqə tıxacda qalan adam üçün, bilirsiniz, nə böyük vaxtdır?!
Bakıda suni sıxlıq hallarının yaranmasının bir neçə səbəbi var. Onlardan biri də logistikanın düzgün qurulmamasıdır.
Logistika düzgün qurulsa, bu kimi problemlər olmayacaq. Onu qurmaq da həmin obyekti istifadə edən şəxslərin işidir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri