Həkimdən həyəcan TƏBİLİ: "Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa..."

Həkimdən həyəcan TƏBİLİ: "Təngnəfəslik, havadan doymamaq hissi yaranırsa..."Pandemiya dövründə təngnəfəslik deyəndə ilk ağıla gələn "görəsən koronavirusa yoluxmuşam?" sualı olur. Lakin əslində bu simptom bir tək koronavirusla bağlı deyil. Bu sindrom orqanizmdə müxtəlif xəstəliklərin, problemlərin ilkin əlaməti ola bilər.

İstənilən xəstəliyin ilkin simptomlarını düzgün qiymətləndirib Həkimə müraciət etməklə sağlamlığımızın keşiyində dayana bilərik.

Bəs görəsən, əslində son dövrlər tez-tez rastlaşdığımız tənginəfəslik sindromu nədir?

Təngnəfəslik nədən yaranır? Bu psixoloji, stresdən yaranan haldır yoxsa necə? Onun qarşısını almaq üşçün nə etmək lazımdır?

Oxu.Az-ın bu və digər suallarını Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova cavablandırıb. O bildirib ki, norma çərçivəsində yetkin insanlarda dəqiqədə 8-12 tənəffüs hərəkəti olmalıdır:

"Onun tənəffüs həcmi isə 400-800 ml təşkil edir. Lakin, vərdiş etmədiyimiz fiziki işlə məşğul olduqdan sonra qısa müddət müşahidə edilən tənginəfəslik normal haldır. Lakin təngnəfəslik yaxud hava çatışmamazlığı kimi təsvir olunan şikayət uzun müddət davam edirsə, xüsusən də qəflətən səbəbsiz olaraq, bəzən yuxuda belə yaranırsa bu zaman orqanizmdə hər hansı ciddi potologiyanın əmələ gəlməsindən şübhələnmək olar".

Həkim qeyd edir ki, təngnəfəsliyin yaranma səbəbləri həm bronx-ağciyər sistemi ilə, həm də ürək-qan damar sistemi ilə əlaqəli ola bilər:

"Eyni zamanda ağciyər arteriyasinin tromboemboliyasi səbəbindən, artıq çəki, psixo-emosional gərginliklə və s.məqamlardan da təngnəfəslik yarana bilər. Hər birinin yaranma səbəbinin özünün xarakter əlamətləri və özünəməxsus kliniki gedişatı olur. Tənəffüs zamanı kənardan aydın eşidilən fitverici səslər adətən qırtlağın daralmasından yəni stenozdan xəbər verir. Laringit, allergik reaksiya, yad cisim və s. buna səbəb ola bilən məsələlərdəndir. Nəfəs vermə zamanı yaranan çətinliklər, boğulma, boğaz tutmalarının olması, öskürək, xışıltılı tənəffüs daha çox bronxial astma, ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxit və pnevmoniyalar üçün xarakterdir.

Pnevmoniyalar həmçinin bədən hərarətinin artması ilə də xarakterizə olunur. Pasient daha çox nəfəs almadan şikayət edərsə, uzanmış vəziyyətdə tənginəfəslik artıb, oturduqda azalırsa (buna ortopnoe deyilir-red.), yanaşı olaraq ödəmlər, sianoz (dəri və selikli qişalarin göyərməsi- red.), fiziki hərəkət zamanı tənginəfəslik artarsa və döş sümüyü arxası ağrılarla müşayiət olunarsa, problemin ürək qan damar sistemi ilə əlaqəli olunduğu düşünülə bilər.

Eyni zamanda mərkəzi sinir sisteminin zədələnmələri, insult, travma, beyin ödəmi, intoksikasiyalar qəflətən yaranan tənginefəsliyə gətirib çıxara bilər. Həmçinin diabetik koma zamanı asidoz, böyrək çatmamazlığı, geniş iltihabi proseslər də dispnoe yeni tənginəfəslik sindromuna yol açır. Ağciyərin hiperventilyasiyası deyilən bir hal daha çox qadınlarda psixo-emosional gərginlik keçirərkən, müxtəlif nevrotik pozğunluqlar zamanı özünü pasientdə havadan doymamaq hissi kimi, yaxud dərindən nəfəs ala bilməmək hissi kimi xarakterizə olunur. Bu hal psixonevroloqlar tərəfindən müalicə olunur".

"Təngnəfəslik ciddi hal olduğu üçün onu diqqətsiz qoymaq, yaxud xalq təbabəti ilə aradan qaldırmaq mümkün deyil. Bu kimi problemlər varsa, onun səbəbini araşdırmaq və vaxtında aradan qaldırmaq üçün mütləq həkimə müraciət etmək məsləhətdir", - deyə həkim qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3185   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr