Vətəndaşlardan COVID-19 testi niyə iki dəfə götürülür? - RƏSMİ AÇIQLAMA

Vətəndaşlardan COVID-19 testi niyə iki dəfə götürülür? - RƏSMİ AÇIQLAMASəhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumat yayıb.

Məlumatda deyilir:

"Son günlər rəsmi səhiyyə qurumlarına bəzi özəl laboratoriyalarda COVID-19 testi üçün müraciət edən vətəndaşlara iki test götürülməsi təklif olunması barədə məlumatlar daxil olur.

Özəl laboratoriya əməkdaşları 1-ci testin vətəndaşın COVID-19 infeksiyasına yoluxub-yoluxmamasını, 2-ci testin isə aşkarlanan virusun SARS-CoV-2 21K "Omikron" variantı olub-olmamasını müəyyənləşdirmək üçün vacib olduğunu bildirirlər. Nəticədə müraciət edən şəxs əlavə test müayinəsinin ödənişini etməli olur.

Qeyd edək ki, koronavirusun mutasiyalarından asılı olmayaraq müalicə metodları eynidir. Təklif edilən ikinci test təyin olunacaq müalicə üçün heç bir diaqnostik və kliniki əhəmiyyət daşımır.

Yeni ştammın simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir və əsasən yuxarı tənəffüs yollarına təsir edir. Simptomları hiss etdikdə ilk növbədə ərazi üzrə poliklinikaya, ailə həkiminə (sahə həkimi-pediatrı, sahə həkimi-terapevti) müraciət edilməlidir.

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır.

Bu səbəbdən, səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştammdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra buster doza ilə peyvəndləməyə çağırır. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin "Peyvənd sertifikatı" fevralın 15-dən etibarlı hesab edilməyəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 953   Tarix: 01 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Yeni qaydalar hazırlanıb - YANVARIN 1-DƏN TƏTBİQ OLUNACAQ

"Yaşıl enerji" keçidində əsas məsələ həm də mövcud enerjidən mümkün qədər səmərəli istifadə etməkdir. Enerji səmərəliliyinin "birinci yanacaq" adlandırılması da bu yanaşmadan irəli gəlir. Çünki qənaət edilən enerji yeni istehsal güclərinə və infrastruktura tələbatı azaldır, enerj

25 oktyabr
.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Azərbaycanda bəzi ixrac rüsumları kəskin artırılır - NƏ DƏYİŞƏCƏK?

Azərbaycanda bəzi gömrük rüsumlarının 100 dəfəyədək artırılması idxal olunan məhsulların maya dəyərinə, sahibkarların xərclərinə və daxili bazardakı qiymətlərə təsirləri baxımından müzakirələrə səbəb olur. Rüsumların yüksəldilməsi idxaldan asılı olan sahələrdə əlavə xərc yarada və bu xərcin bir hissəsini

23 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Bu şəxslərə pulsuz TORPAQ VERİLƏCƏK

Azərbaycan Respublikasında torpaq sahələrinin mülkiyyətə veriliməsi, bir qayda olaraq, hərrac, müsabiqə və ya ödənişli özgəninkiləşdirmə yolu ilə həyata keçirilir. Lakin qanunvericilikdə (Torpaq Məcəlləsi, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun və müvafiq normative-hüquqi aktlar

25 oktyabr
.

Sağlığında özünə başdaşı hazırlatdırmaq günah sayılır? - İlahiyyatçı AÇIQLADI

İnsanların sağlığında özləri üçün başdaşı hazırlatdırması və ya qəbiristanlıqda əvvəlcədən məzar yeri ayırması bəzən dini və mənəvi baxımdan müzakirə olunan məsələlərdəndir. Bu addımın ölümə hazırlıq, şəxsi seçim və gələcək qayğılarla bağlı tərəfləri olduğu kimi, İslam dinində ölümə münasibət və dəfnl

23 oktyabr