Professordan şok açıqlama: "Gündəlik 8 min yoluxma olacaq" - Müsahibə
Milli.Az tibb professoru Ədalət Rüstəmin Telegraf-a verdiyi müsahibəni təqdim edir:
- Doktor, ölkədə yoluxma sayı yenidən kəskin artıb. Sizin gözləntiləriniz nələrdir?
- Say getdikcə artacaq. Əgər indi yoluxma sayı 5 minə çatırsa, yaxın günlərdə bu rəqəm gündə 7-8 min arasında dəyişəcək. Biz 10 gün əvvəl vəziyyətin belə olacağı barədə məlumat vermişdik. Artım davam edəcək, çünki insanlar virusa, demək olar ki, əhəmiyyət vermirlər. COVID-i adi qrip xəstəliyi kimi qəbul edirlər.
- Sizcə, virusun öldürücülüyü nə qədərdir?
- Azdır. 5 min yoluxma qeydə alınırsa, ölüm sayı 15-18 arasında dəyişir. İnsanların xəstəxanaya müraciəti ağırlaşma zamanı baş verir, ölüm də yalnız bu halda qeydə alınır.
- Omikron ştamından qoxmalıyıqmı?
- Bəli. Əgər virus öldürürsə, qorxmaq lazımdır. 3 il əvvəl adi qripdən ölüm sayı il ərzində 2 nəfər təşkil edirdi. Hesab edək ki, 5 nəfərdə də ağırlaşma olurdu. Amma indi ayda 20 nəfərdə ağırlaşma baş verir və onlar arasında ölüm riski daha yüksəkdir. Buna görə də insanlar gigiyenik qaydalara əməl etməlidirlər. Təəssüf ki, qaydalara əməl etmirlər, yenə də öpüşüb-qucaqlaşan adamlar var.
- Bəzi alimlər payızda virusun sonlanacağını desə də, bir müddət sonra bu proqnoz yaz fəsli ilə əvəzləndi...
- Alimlər fikirlərində qalırlar. Payız fəslində omikron variantı ilə pandemiyanın sonlanacağını deyənlər kənara çəkildilər. Amma pandemiyanın davam edəcəyini deyənlər hələ də öz fikirləri üzərindədirlər. Mən də hesab edirəm ki, COVID hələ uzun müddət davam edəcək.
- Təxmini tarix proqnozunuz var?
- Onu demək çətindir. Amma qarşıda azı 3-5 il COVID bizimlə olacaq. Təbii ki, virusun yeni mutasiyaları da qeydə alınacaq. Virus təhlükləsiz vəziyyətə gəldikdən sonra belə mutasiya keçirməyə davam edəcək. Tək COVID yox, bütün viruslar üçün bu hal xarakterikdir.
- Əgər pandemiya qarşıdakı 3-5 il ərzində davam edərsə, vaksinasiya prosesi də paralel davam edəcək?
- Mən buster dozanı vurdurmuşam. Üçüncü doza mütləqdir. Amma dördüncü doza qərarı hələ ki, heç bir ölkədə yoxdur. Dördüncü doza qərarı ehtimal ki, mart ayında qəbul edilə bilər. Tədqiqatlar aparılacaq. İkinci və üçüncü doza peyvənd olunan şəxslərdə anticismlər azalırsa, vaksin növbəti variantlardan qoruya bilmədiyi təqdirdə 4-cü dozaya qərar veriləcək. Hələ ki, tədqiqatlar tamamlanmayıb və bunun üçün vaxt lazımdır.
- Omikron variantı Cənubi Afrikada qeydə alındı... Həmin bölgədəki vaksinasiya statistikasının buna təsiri varmı?
- COVID-in mutasiyaları əsasən Afrika, Hindistan və Britaniya kimi ölkələrdə qeydə alındı. 2 variant Cənubi Afrikada meydana çıxdı. Bura da dünyanın ən inkişaf etmiş ölkələrindəndir. Cənubi Afrikanın vaksinasiya göstəricilərinin aşağı olacağını güman etmirəm.
Hindistanda da vaksinasiya yüksək səviyyədə aparılır. Amma əhalinin çoxluğu virusun yayılmasına şərait yaradır. Fikrimcə, vaksinasiyanın hansı səviyyədə aparılması önəmli deyil. Virus mutasiya keçirir və hər yeni variantda öldürücü müqavimət qeydə alınır.
- "Türkovac" vaksini barədə fikirləriniz necədir? Qeyd olunurdu ki, Azərbaycanda 3-cü faza sınaq mərhələləri aparılacaq...
- Əgər 3-cü faza mərhələləri uğurlu olarsa, "Türkovac"ın tətbiqinə icazə veriləcək. Təbii ki, tətbiqinə ilk başlayan ölkə Azərbaycan və Türkiyə olacaq. "Türkovac"dan istifadə vaksin xərclərini əhəmiyyətli dərəcədə azaldacaq. Ən azından Türkiyə və Azərbaycan üçün bu xərclər daha ucuz başa gələcək.
- Pandemiya başlayanda Azərbaycan vaksin hazırlayacağı deyilirdi. Sizcə, niyə 2 ildən çoxdur ki, Azərbaycan öz vaksinini istehsal edə bilməyib?
- Azərbaycan 3-4 ay əvvəl yerli vaksin hazırlayacağını açıqladı. Mən də o vaksinin adını "Azərivac" qoymuşam. Vaksinin hazırlanmasının təşəbbüskarı professor Adil Allahverdiyevdir.
Vaksin hələ hazırlanmayıb. Bunun üçün komanda lazımdır. Güman edirəm ki, Adil Allahverdiyev bu komandanı qura biləcək. Lakin iş təkcə heyətlə yekunlaşmır. Zəruri laboratoriyalar, bahalı avadanlıqlar lazımdır. Fikrimcə, Adil Allahverdiyevin zəkası milli vaksinimizi yaratmağa yetərli olacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Qızıl bazarında son vəziyyət
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...
XƏBƏRDARLIQ! Bakıya LEYSAN YAĞACAQ - Proqnoz verildi
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Böyük Qayıdış, quruculuq və dayanıqlı inkişaf perspektivləri