Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTO

Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOPrezident İlham Əliyev 2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən şəxslərə 2022-ci il Gənclər üçün Prezident mükafatları veriləcək.

Sonxeber.az "qafqazinfo"ya istinadən həmin gənclərlə bağlı məlumatı təqdim edir:
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOElm sahəsi üzrə bu mükafata AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) kiçik elmi işçisi Lalə Axundova layiq görülüb.

Qeyd edək ki, MBBİ-nin gənc mütəxəssislərindən olan Lalə Axundova 2014-cü ildə Bakı Dovlət Universitetinin Biologiya fakültəsini "Genetika" ixtisası üzrə bitirib. O, 2015-ci ildə Niderlandın Vageningen Universitetinin "Tibbi biologiya" ixtisası üzrə magistr proqramına, 2018-ci ildə isə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktoranturasına qəbul olunub.

2020-ci ildə Prezident yanında Elmin İnkişafı Fondunun elan etdiyi Gənc alim və tədqiqatçıların 5-ci qrant müsabiqəsinə təqdim olunan ʺXərçəng kök hüceyrələrinin mədəaltı vəzi xərçəngində rolunun araşdırılması və yeni müalicə üsulunun işlənməsi" adlı qrant layihəsində icraçı kimi iştirak edib. 2021-ci ildə AMEA Molekular Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasının 5 illiyi münasibətilə 30 yaşa kimi gənc alim və mütəxəssislər arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOİnnovasiya və sahibkarlıq sahəsi üzrə mükafata layiq görülən Suad Muradov hazırda ABŞ-da Duke Universitetində magistr təhsili alır. O, Əməkdar elm xadimi, "Şöhrət" ordenli professor Şahbaz Muradovun nəvəsidir. S.Muradov "İstiqbal-1" layihəsinin həmmüəllifidir.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOGənclər siyasəti və gənclərlə iş sahəsi üzrə mükafat alan Əziz Qasımov Naxçıvan Dövlət Universitetinin müəllimidir.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOEmiliya Bayramova Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədridir. O, 1998-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin Beynəlxalq münasibətlər ixtisasından məzun olub.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOAzər Əliyev Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədridir. O, UNEC-in bakalavr və magistr məzunu olub.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOQuliyev Azər bir sıra beynəlxalq mükafatlara layiq görülmüş "Təngnəfəs" filminin rejissorudur.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOGülaliyeva Səyyarə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyində mütəxəssis vəzifəsində işləyir.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOHidayətov Coşqun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin direktorudur. O, Sumqayıt Dövlət Universitetindən məzun olub. C.Hidayətov həm də Vətən müharibəsi iştirakçısıdır.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOHüseynov Orxan "CadeNZa" orkestrinin artistidir.
Prezidentin mükafatlandırdığı gənclər kimdir? - FOTOXəlilli Əliqənbər hazırda ABŞ-ın "TopTal" şirkətində süni intellekt üzrə aparıcı mühəndis olaraq fəaliyyətini davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4715   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr