"Gəncədəki Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək"

"Gəncədəki Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək""Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb".

Bunu Sonxeber.az-a danışan deputat Jalə Əhmədova bildirib.

O, vurğulayıb ki, yanvarın 30-da cənab Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində burada inşa olunacaq Memorial Kompleksin təməlini qoydu, 2 saylı Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışını etdi, Prezidentin səfəri çərçivəsində Gəncədə "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposu istismara verildi:

"Təxminən 4 hektar ərazidə yaradılacaq Memorial Kompleks erməni vəhşiliyinin əyani sübutu olaraq əbədiləşəcək. İkinci "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlaması vətəndaşların bu sahədə artan tələbatını yerinə yetirəcək. Gəncə lokomotiv deposunda isə 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Ümumiyyətlə, ötən on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu, Gəncəyə həmişə yüksək səviyyədə olan diqqətin bariz nümunəsidir.

Bu gün Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir. Gəncədə indiyədək bir sıra layihələr icra edilib və bir sıra layihələrin icrası davam edir. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma layihələri tam icra edilib, içməli su layihəsi isə icra edilir. Bu layihənin icrası nəticəsində Gəncə şəhərinin içməli su və kanalizasiya problemləri birdəfəlik həll olunacaq.

Şəhərdə yollar tam müasirləşdirilib, həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb, Gəncədən Göygöl, Daşkəsən şəhərlərinə gedən yollarda əsaslı təmir işləri aparılıb.

Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu xətt, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Hazırda Bakıdan Gəncəyə və Gəncədən Bakıya yüksək sürətli qatarlar işləyir. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də rahatdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub.

Gəncənin səhiyyə və təhsil infrastrukturu da yenilənib. Bu şəhərin mədəni həyatına töhfə verə biləcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Bir neçə il bundan əvvəl Gəncə Filarmoniyasının açılması Gəncə şəhərinin mədəni həyatına böyük töhfədir".

Deputat vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Gəncənin Kəlbəcər rayonunun inkişafı ilə bağlı əhəmiyyəti daha da artıb:

"Belə ki, Kəlbəcərə yeganə yol Gəncədən Göygölə, Göygöldən Kəlbəcərə gedir. Bu yol ancaq yaz-yay mövsümlərində rahat istifadə edilə bilir. Çünki qış aylarında həmin yol keçilməz və çox təhlükəli olur. Hazırda Murov dağının altından uzunluğu təqribən 12 kilometr olan tunel çəkilir. Yəni Gəncə və Gəncənin ətrafında yerləşən ərazilərin bundan sonra da ölkəmizin həyatında, xüsusilə də Kəlbəcərin, Laçının və digər azad edilmiş torpaqların həyatında xüsusi rolunun olacağı şübhəsizdir.

Gələcəkdə Daşkəsən rayonunda dağ-mədən sənayesinin uğurla inkişafı da xeyli dərəcədə Gəncədəki infrastrukturla bağlı olacaq. Oradakı qızıl, dəmir filizi yataqlarından səmərəli istifadə etmək üçün Gəncənin xüsusi əhəmiyyəti olacaq.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı iə bağlı dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerdə olub. Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Dövlət azad edilmiş torpaqlar (yəni Qarabağ və Zəngəzur) ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır. Yeni inşa olunan Gəncə İdman Sarayı da Azərbaycanın ən böyük idman kompleksi olacaq.

Bütün bunlar deməyə əsas verir ki, digər regionlarımızla yanaşı, qədim Gəncə şəhərimizin də inkişafı daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Əminik ki, yaxın gələcəkdə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ölkəmizin inkişafındakı yeri və rolu daha da artacaq".

Aysel Şamil


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1006   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah Bakıda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec

24 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Onların pensiyası sabit əlavələrlə ARTIRILACAQ

"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı

25 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini

24 oktyabr
.

DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin

24 oktyabr