Sabiq nazir Elmar Məmmədyarovdan XƏBƏR VAR

Sabiq nazir Elmar Məmmədyarovdan XƏBƏR VARSonxeber.az Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarovun "Qafqazinfo"ya müsahibəsini təqdim edir:

- İki ilə yaxındır ki, nazir deyilsiniz, bu müddət ərzində həyatınızda nə dəyişib?

- Həyatımda yəqin ki, çox şey dəyişib. Nazir olanda 24 saat, 7 gün işləyirdim. İndi isə mən istirahət edirəm. Evdə dünyada baş verənlərə tamaşa edirəm. Məsləhətlər verməyə davam edirəm. Siyasətlə vidalaşmamışam. Baş verənlər barədə zəng edib, fikrimi soruşurlar. Mən də fikirlərimi bölüşürəm. Bir ildən çoxdur ki, evdə oturub dünyaya tamaşa edirəm.

- Hazırda nə işlə məşğul olursunuz?

- İdmanla məşğul oluram. Əməlli başlı idmanla məşğul oluram. İdmanı sevirəm. Arıqlamışam, özümü yaxşı hiss edirəm. Əvvəllər qrafikim çox gərgin idi, gecə-gündüz xaricdə, ya da təyyarədə səyahət edirdim. Lakin indi belə bir iş qrafikim yoxdur. Hərdən bir siyasi yazılar yazıram, pozuram. Bunu necə davam etdirəcəyimi fikirləşirəm. Uşaqlıqdan futbola böyük sevgim var, bir futbol oyununu belə buraxmıram. Həm milli komandanın, həm də "Qarabağ" və ya "Neftçi" klubları beynəlxalq turnirlərdə iştirak edəndə o oyunlara həmişə gedirəm.

- Uzun illər siz Azərbaycanın xarici siyasətinə cavabdeh şəxs olmusuz. Elə bil son illər baş verən hadisələrə, özəlliklə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı şərhlər vermirsiz. Sizdən soruşan yoxdur, yoxsa özünüz danışmırsız?

- Birincisi, soruşan yoxdur. İkincisi də nəyi soruşmaq? Tam şəkildə vəziyyət dəyişib. Azərbaycanın işğal altında olan torpaqları var idi. Ona görə də həmsədrlərlə tez-tez görüşürdük, müzakirə olunan bəzi təklifləri qəbul edirdik. Lakin 44 günlük müharibədən sonra vəziyyət tam şəkildə dəyişilib. Münaqişəni ilk illərindən bəri, hələ 1993-cü ildə Nyu-Yorkda işlədiyim, BMT-nin 4 qətnaməsi qəbul olunan vaxtdan bəri, danışıqlar Azərbaycanın ərazi bütövlüyünün bərpası və Qarabağın Azərbaycanın hissəsi olması mövqeyi ilə aparılıb. Artıq biz öz ərazi bütövlüyümüzü həll etmişik. Bütün məsələlər faktiki olaraq həll olunub. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onlardan kim istəyirsə, orada qalsın, kim istəmirsə, Marsel, Los-Ancelesə, Moskvaya gedə bilər. Onlar hara getmək istəklərində azaddırlar. Qoy getsinlər.

- Bir müddətdir Azərbaycan - Ermənistan arasında sülh sazişi barədə müzakirələr aparılır, siz nə düşünürsüz?

- Bu gec-tez baş verəcək. Ayrı yolumuz yoxdur, Ermənistanın da ayrı yolu yoxdur. Normal şəkildə münasibətləri davam etdirmək üçün sülh sazişi bağlamalıyıq. Mən nazir olanda da həmişə deyirdim ki, torpağı götürüb, harasa qaçmaq olmaz. İlk növbədə qonşularla dil tapmaq lazımdır. Nə qədər tez olsa bir o qədər sərf eləyər. İkincisi isə ermənilər özləri də Qarabağ klanının onlara nə qədər ziyan vurduğunu başa düşməyə başlayıb. Təsəvvür edin ki, vaxtilə Bakı-Tbilisi-Ceyhan kəməri müzakirə ediləndə belə bir təklif var idi ki, kəmər Ermənistan ərazisindən də keçsin, amma onu qəbul etmədilər. Nə var, nə var Qarabağ klanı qoymadı. Əgər Bakı-Tbilisi Ceyhan Ermənistan torpağından keçsə idi, nə qədər pul qazana bilərdilər. İndi onu da itirdilər. Ermənistan haradadır indi? Onların ən böyük problemi elə Qarabağ klanıdır. Biz müzakirə edəndə belə bir söhbət var idi ki, bilinmir Ermənistan Azərbaycanı işğal edib, ya Qarabağ klanı Ermənistanı? Ümumiyyətlə belə bir həqiqət var ki, Qarabağ klanı Ermənistanı işğal edib. Ona görə də bütün problemlər ortaya çıxıb.

- Sizcə, həmsədrlərin tərəflər arasında sülh məsələsində hansısa rolu ola bilər?

- Yenə deyirəm kontekst dəyişib, məsələ tam həll olunub. Həmsədrlər özləri nə ilə məşğul olduqlarını fikirləşib təklif etməlidirlər. Çünki statusdan da belə söhbət gedə bilməz. Ermənistanın revanşist siyasətçiləri deyirlər ki, status məsələsi həll olunmayıb. Necə yəni həll olunmayıb? Status BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilib - Dağlıq Qarabağ regionu Azərbaycanın ərazisi kimi göstərilib. Onlar nə ilə məşğul ola bilərlər? Onlar Azərbaycan-Ermənistan arasında sülh sazişi layihəsi üzərində işləmək istəyirlərsə, qoy təklif versinlər. Hələ ki, bir xəbər yoxdur. Bəyanatlarını oxusanız görərsiniz ki, yalnız humanitar məsələlərlə məşğul olurlar.

- Maraqlıdır niyə sosial şəbəkələrdə yoxsuz. Ümumiyyətlə, fikirlərinizi, müşahidələrinizi sosial şəbəkədə paylaşmağı düşünürsünüz?

- İnanmıram ki, bu yaxşı fikirdir. Mənim üçün ora böyük maraq kəsb eləmir. Sosial şəbəkə belə bir şeydir ki, cümə axşamı söhbətlərinə dönür. Mən fikirlərimi qərar qəbul edən adamlarla bölüşmək istəyirəm. Mən öz fikirlərimi onlara çatdıra bilərəm. Sosial şəbəkələr mənim üçün maraqlı deyil.

- Bir ara səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər çıxmışdı?

Yox, naoborot. Hər şey qaydasındadır. Gündə ən azı bir saatdan, üç saata qədər idmanla məşğul oluram. Təsəvvür elə səhhətim pisdir...


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3344   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR

Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların

25 oktyabr
.

Xəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində

24 oktyabr
.

Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…

Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay

25 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Reza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb

Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd

23 oktyabr
.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr
.

Gecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO

Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye

23 oktyabr