"İt hürər, Kamran keçər"- Ekspertdən SƏRT CAVAB
Bir neçə gün öncə təhsil eksperti Kamran Əsədova məxsus olduğu iddia edilən görüntülər yayılmışdı.
Məsələni dəqiqləşdirmək üçün Sonxeber.az saytı ekspertlə əlaqə saxlayıb.
Kamran Əsədovun sözlərinə görə, araşdırma mərkəzi təyin edib ki, o görüntülər onun adı altında iki mindən çox yerlərdə paylaşılıb:
"Hamısının da altında "nazir müavini", "Təhsil Nazirliyinin eksperti" kimi sözlər yazılıb.
Əslində nələrin baş verdiyini mən çox yaxşı bilirəm (gülür). Son dövrdə məktəblərlə bağlı iki hadisə baş verdi. Bir məşhur atalar sözündə deyildiyi kimi, "hansısa itin ayağını tapdalamışam". Belə deyim: "it hürər, Kamran keçər". Bu sözü hər zaman deyirəm (gülür).
Məktəblərdən yayılan videolarla bağlı paylaşıb problemləri göstərdik.
İki qurum var: məktəblər və Təhsil Nazirliyi yanında İctimai Şura. Mən onların fəaliyyətsizliyi ilə bağlı fikir bildirdikdən sonra başladılar boş-boş şeylər yazmağa.
2019-cu ildə də belə bir hadisə olub. Təhsil Nazirliyində uzun müddət işləyən biri 14 məktəbin direktorlarını çağıraraq mənə qarşı yazılar yazmağı tapşırıb. Bir neçəsi razılaşıb, digərləri etiraz ediblər. Mən də təhlil etdim və kimin necə oldduğu məlum oldu.
Təbii ki, sifariş bəzi məktəb direktorları və ya İctimai Şuradan gəlib. Mən bu barədə yazmışam. Əgər belə olmasa idi, tərəflərdən biri bunun onların işi olmadığını deyərdi.
Əslində dünən onu paylaşanlardan birini müvafiq hüquq mühafizə orqanları vasitəsi ilə dəvət etdim. Həmin adam bunu sifarişlə etdiyini dedi: "Mənə videonu göndəriblər ki, bu tip videoları Kamranın adı ilə maksimum dərəcədə paylaşım, onsuz da çox adam xəbərin başlığını oxuyur".
Mübarizə aparmaq istəyirsinizsə, gəlin ortaya bilik, savad və bacarıqlarımızı qoyaq. Mənə belə vasitə ilə təyziq göstərmək mümkün deyil.
2014-cu ildə də buna cəhd ediblər. Amma bilsinlər ki, mən hər zaman doğruları deyəcəyəm. Siz hələ "sağ ol" deyin ki, mən sizin səhvlərinizi, problemlərinizi göstərirəm.
Mən ailəli adamam. Yoldaşım bu görüntüləri özü də paylaşır və gülür. Sosial şəbəkələrdə kifayət qədər aktivəm. Sabah haqqımda çox söz yaza bilərlər. Necə ki, illər öncə şər atmaq istədilər və bacarmadılar. İndi yenə qabartmaq istəyirlər.
Mən buradayam! Kim nə etmək istəyir etsin. Dünəndən çoxlu gülürəm".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3552 Tarix: 02 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq əsəcək. Havanın temperaturu gec
24 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrOnların pensiyası sabit əlavələrlə ARTIRILACAQ
"Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq. Qaydalara əsasən, bəzi vətəndaşlarımızı
25 oktyabrHamamda elektrik cərəyanı vurub öldürdü
Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır
24 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrAzərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 221,264 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % çoxdur. Hesabat dövründə Azərbaycan həmçini
24 oktyabrDYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşan sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb. Bu barədə -a qurumdan məlumat verilib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, dumanlı hava şəraiti müşahidə olunur və bu amillər yol hərəkəti təhlükəsizliyin
24 oktyabr