"Mühafizə ondan ötrüdür ki..." - "Beerlin Pub"dakı qətlin TƏFƏRRÜATI

"Mühafizə ondan ötrüdür ki..." - "Beerlin Pub"dakı qətlin TƏFƏRRÜATIBakıda məşhur "Beerlin Pub"da müştərini döyərək öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Kriminalqafqaz" xəbər verir ki, prosesdə ölən müştəri Vüqar Mustafayevin qardaşı Fərid Mustafazadə ifadə verib.

O bildirib ki, hadisə günü ona gələn zəng vasitəsilə qardaşının koma vəziyyətində olduğunu öyrənib:

"Vüqarı əvvəlcə özəl klinikaya apardıq, amma qəbul etmədilər. Oradan 3 saylı xəstəxanaya getdik. 2-3 dəqiqə yanında oldum, bədəni göyərmişdi. Həkim dedi ki, Vüqar beyin ölümü keçirib, ürək döyüntüsü müvəqqətidir. Sadəcə yaxınlarının vidalaşması üçün süni nəfəs aparatına qoşmuşuq. Mən vəziyyətlə barışmadım və bir neçə klinika ilə əlaqə saxladım. Gəlib baxdılar, dedilər ki, 1 faiz də ümid yoxdur.

Əvvəlcə mənə dedilər yıxılıb, sonra dedilər hündürlükdən yıxılıb. Hadisə vaxtı onun yanında olan dostu Valehlə görüşdüm. Onun da üzündə görünəcək zədələr var idi. Dedi ilk dəfə getdiyimiz yer deyil. Orxanın ailə üzvləri 40 mərasiminə gəldilər, üzrxahlıq etdilər. Dedik yasdan sonra gələrsiz, oturub danışarıq. Amma gələn olmadı. Qarşı tərəflə barışıq haqda düşünmürük".

Daha sonra hadisə vaxtı mərhumun yanında olmuş dostu Valeh Mustafayev ifadə verib. O, "Beerlin Pub"a gəlməzdən öncə hərəyə 100 qram konyak içdiklərini deyib:

"Yanımızdakı dostumuz corab geyinməmişdi. "Bosonojka"da idi deyə ayağı görünürdü. Buna görə bizi paba buraxmadılar. Qayıdıb maşında corabımı ona verdim. Mən ayaqqabımı corabsız geyindim. Məndə qapalı ayaqqabı idi deyə ayağım görünmürdü. Bu dəfə də dedilər, "xanımsız gəlmisiz, olmaz". Mən Orxana dedim ki, "normal səbəb deyin". O yenə də bizi buraxmadı. "Riyad" mühafizə şirkətinin rəhbərini tanıyırdım. Ona zəng etdim ki, tapşırsın, bizi buraxsınlar. Amma xeyri olmadı. Sonra Orxana dedim ki, "səni bura qoymayıblar, kimisə vurasan". Bu sözdən sonra mənə yumruqlar dəydi. Çıxdım, tez 102-yə zəng etdim. O biri dostum dedi ki, Vüqar yıxılıb. Təcili yardıma nə qədər zəng etsəm də, düşə bilmədim. Onda artıq mühafizəçilər ortalıqda yox idi. Restoran rəhbərliyindən heç kim yaxınlaşmadı. Vüqarı xəstəxanaya apardıq".

"Beerlin Pub"ın administratoru Ramin Hidayətov mühafizəçiyə Vüqarla Valehi içəri buraxmamaq barədə şəxsən göstəriş verdiyini deyib:

"Mən restorana gələndə qapıda mübahisə gedirdi. Mühafizəçilərə dedim ki, sərxoş olduqlarına görə içəri buraxmayın. Amma bəhanə kimi ortaya atdıq ki, qızsız gəldikləri üçün içəri buraxmırıq. Hadisə ani baş verdi. Vüqar orada dedi ki, gedək başqa bir məkana, amma Valeh mübahisəni davam etdirdi. Dedi ki, burda oturacağıq, pulumuz var. Orxana "sən bıksan, səni vurarıq" kimi qıcıqlandırıcı sözlər dedilər. Mühafizə də ondan ötrüdür ki, qeyri-adekvat adamları içəri buraxmasın".

Mərhumun qardaşı müdaxilə edərək, administratoru yalan danışmaqda ittiham edib. O deyib ki, Vüqargilin rezerv etdiyi masanı başqa müştəriyə verdikləri üçün onları bəhanə tapıb pabdan uzaqlaşdırmaq istəyiblər.

Proses fevralın 9-da davam edəcək.

Qeyd edək ki, Orxan Şahbazov ötən il avqustun 29-da "pub"a gələn müştəri Vüqar Mustafayevi başından vuraraq ölümünə səbəb olmaqda təqsirli bilinir. Hazırda onun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O.Şahbazov uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. Bundan başqa, Şahbazov bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib. Qətlə yetirilən Vüqar Mustafayev isə uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 933   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür - FOTO

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlə

10 may
.

İş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr

İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər

8 may
.

"Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur" - Rəsmi AÇIQLAMA

"Ölüm haqqında şəhadətnamənin alınmasında insanlar çox əziyyət çəkir, get-gələ salınır, məhkəmələrə üz tuturlar. Ən böyük əngəl TƏBİB-ə məxsus klinikalardan ölüm haqqında arayışın alınmasıdır. Əgər mərhum sağlığında sahə həkiminin qəbulunda olmayıbsa, dünyasını dəyişəndə yaxınları arayış ala bilmirlər

9 may
.

İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar sosial şəbəkə hesablarında ümummilli liderin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb. paylaşımı təqdim edir:

10 may
.

Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:

9 may
.

Bakı metrosunda qəribə qadağa gündəmdə - "Ayaqlarınız uzundursa…"

Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən "xırda xuliqanlıq" maddəsi ilə cərimə oluna və ya 15 günədə

9 may
.

Azərbaycan kəndlərində doludur: qramı 100 manata satılır

Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar dah

10 may
.

TƏCİLİ: Bu vətəndaşlar pensiyaya daha tez çıxacaq? - Təqaüd yaşı ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya yaşı ilə bağlı mövzu vətəndaşlar arasında daim aktual olaraq qalır. Xüsusilə, uzun illər işləyən və müəyyən kapital toplayan şəxslər üçün "erkən pensiya" məsələsi tez-tez gündəmə gəlir. Bəs 25 il iş stajı olan və kifayət qədər vəsait yığan vətəndaşlar daha tez pensiyay

10 may
.

Şükürbəyli sakini: "Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir" - VİDEO

"Möhtərəm Prezident, bu kənddə boya-başa çatan bir adam, burada çalışan bir müəllim kimi bu gün Sizinlə bu görüşümüz bizim üçün tarixi bir hadisədir". xəbər verir ki, bunu mayın 9-da Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Şükürbəyli sakinləri ilə söhbəti zamanı sakin deyib. "Sizi

9 may