Universitetlərdə "Buster" doza tələb olunur? - RƏSMİ CAVAB
Bildiyimiz kimi, verilən qərara əsasən, "Buster" doza peyvənd vurdurmayan yaşı 18-dən yuxarı olan şəxslərin fevral ayının 15-dən şənlik və toy mərasimlərinə, mehmanxanalara, iri ticarət mərkəzlərinə, ictimai iaşə müəssisələrinə girişi qadağan olunacaq.
Maraqlıdır bəs, universitetlərdə qış tətilindən qayıdan tələbələrdən "Buster" doza tələb olunacaqmı?
Sonxeber.az xəbər verir ki, lent.az-ın əməkdaşı məsələ ilə bağlı bir neçə universitetlə əlaqə saxlayıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, fevralın 15-ə qədər tələbələrə 3-cü doza peyvəndlə bağlı məlumat veriləcək:
"Hələ ki imtahan vaxtı olduğu üçün bu barədə bir tələb qoymamışıq. Nazirlər Kabineti fevralın 15-ə qədər vaxt verib. İkinci semestr başlayana qədər "Buster" doza ilə bağlı tələbələrə məlumat verəcəyik".
Lənkəran Dövlət Universitetinin mətbuat katibi Esmira İsmayılovanın sözlərinə görə, Nazirlər Kabineti tərəfindən belə bir tələb qoyulmayıb:
"Biz Nazirlər Kabinetinin verdiyi qərarlar əsasında addım atırıq. Hələ ki universitetimizə belə bir tələb qoyulmayıb".
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Cavid Zeynallı imtahanlar bitmədiyi üçün belə bir tələb olmadığını qeyd edib:
"İmtahanlar bitməyib, bu səbəbdən də peyvəndlə bağlı bir qərar yoxdur. Yeni sessiya başlayana qədər peyvənd barədə məlumat verilə bilər".
Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova qeyd edib ki, artıq 3-cü doza ilə bağlı tələbələrə və müəllim heyətinə məlumat verilib:
"Bildiyiniz kimi Nazirlər Kabinetinin bu barədə müvafiq qərarı var. Qərar ali təhsil müəssisələrinə də şamil olunub. Bu qərar Azərbaycan Texniki Universitetində də icra olunacaq. Fevralın 15-dən etibarən ikinci doza peyvəndin üzərindən 6 aydan çox keçən şəxslərin (tələbə, müəllim, əməkdaş) "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək və onlar universitetə buraxılmayacaq. Artıq tələbələrə, müəllimlərə və əməkdaşlara bu barədə məlumat verilib".
Azərbaycan Pedaqoji Universitetinin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Cavid Hüseynov bu qanun bütün universitetlərə şamil olunduğunu vurğulayıb:
"Nazirlər Kabinetinin qərarına əsasən, fevral ayının 15-dən 3-cü doza peyvənd olunmayan tələbələr və müəllimlər universitetə buraxılmayacaq".
Bakı Dövlət Universitetinin mətbuat katibi Günel Orucəliyeva vaksin tələbinin BDU-da da tətbiq olunduğunu söyləyib:
"Fevralın 15-dək ikinci doza peyvənddən 6 ay keçmiş tələbələr üçüncü dozanı vurdurmalıdırlar. Əks halda universitetə girişləri qadağan olunacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 803 Tarix: 03 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni
23 oktyabrTəcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Azərbaycanda təcili və ya kiçikhəcmli maliyyə ehtiyaclarını qarşılamaq üçün banklarla yanaşı Bank Olmayan Kredit Təşkilatları (BOKT) da müxtəlif minimum limitlərdə kredit imkanları təqdim edir. yenisabah-a istinadən xəbər verir ki, bu təşkilatlar təklif etdikləri minimum məbləğlərə, rəsmiləşdirmə üsulların
25 oktyabrXəzər sahilində yüzlərlə balıq öldü - Səbəb bilinmir
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24 oktyabrAzərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Bakıda şadlıq saraylarından birində keyfiyyətsiz ətdən hazırlanmış yemək qonaqların şikayətindən sonra yığışdırılıb. Bu haqda Ailə və Uşaqlara Sosial Dəstək İB-nin rəhbəri Elnurə Abuşova məlumat yayıb. Zaman-zaman bir çox restoran və şadlıq evlərində qidaların keyfiyyətsiz olması ilə bağlı faktlar ortay
25 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrReza Deqati Parisdəki aksiyaları işıqlandırarkən xəsarət alıb
Tanınmış fotojurnalist Reza Deqati Parisdə etiraz aksiyalarını işıqlandıran zaman qolundan xəsarət alıb. xəbər verir ki, bu barədə fotojurnalist AZƏRTAC-a müsahibəsində özü məlumat verib. "Ağrılar səbəbindən qolumu hələ də rahat hərəkət etdirə bilmirəm", - deyə o bildirib. İndiyədək belə miqyasd
23 oktyabrEvlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd
23 oktyabrGecə restorana girib oğurluq etdi - ANBAAN VİDEO
Sabunçu rayonu ərazisində yerləşən 4 mağaza və 1 restorandan müxtəlif vaxtlarda ümumilikdə 10 min manata yaxın pul vəsaiti və digər əşyalar oğurlanıb. xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş A.Hacıye
23 oktyabr