Azərbaycanda pandemiya sona çatır?Həkim açıqladı
Son günlər ölkədə virusa yoluxma halları sürətlə artmaqdadır və bu günə qədər olan say yoluxmanın ən pik həddidir.
Mövcud vəziyyətlə bağlı həkim-infeksionist Nəzrin Mustafayevanın Publika.az-a müsahibəsini təqdim edirik:
- Ölkədə virusa yoluxma halları 7 mini ötüb. Səhiyyə ocaqlarının bu xəstələri yerləşdirmək gücü varmı?
- Pandemiyanın ən çətin və həyəcanlı 2 ilini geridə qoymuşuq. Nə dərəcədə uğurlu olduğumuzu Avropa və digər ölkələrlə müqayisə etdiyimizdə görə bilərik. Halbuki, qəfil dünyanı cənginə alan xəstəlik hamı kimi bizi də hazırlıqsız yaxaladı. Amma bu 2 il səhiyyəmiz üçün indiyə qədər heç vaxt olmadığı qədər əhəmiyyətli bir il oldu. Bəlkə də onilliklərlə əldə oluna bilməyən inkişaf belə qısa müddətə sığışdırıldı. Bu, ölkə rəhbərliyinin məsələyə operativ və qayğı ilə yanaşmasının nəticəsidir. Bizdə hazırda 10 min çarpayı var, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var.
- Xəstələrin ağırlaşma halları müşahidə edilirmi, reanimasiyalarda vəziyyət necədir?
- Bugünkü tarixdə reanimasiyalarda vəziyyəti qənaətbəxş hesab etmək olar. Bildirim ki, reanimasiya çarpayılarının dolma tezliyi gündəlik yoluxma sayının artma tezliyindən bir az geridə qalır. Çünki xəstələrin ağırlaşmaları, hospitalizasiya olunmaları və reanimasiyaya qədər gəlmələri zaman alan prosesdir. Ağırlaşmalar var, hazırda reanimasiyalarda müalicə alan xəstələrimiz çoxdur, təəssüf ki, böyük əksəriyyəti vaksin olunmamış və risk qrupunda olan vətəndaşlardır. Lakin burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni, bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik.
- Yaşanan bu halı koronavirusun son çırpınışları hesab etmək olar?
- Bu suallar hər yeni ştam, peyvənd, dərman və s. kimi önəmli hadisələr baş verdikcə jurnalistlər, vətəndaşlar tərəfindən verilir. Hələ 2020-ci ilin mart ayından "pandemiya nə zaman bitəcək" sualının cavabı qarşısında aciz qaldığımı çox yaxşı xatırlayıram. Təəssüf ki, bu gün də bu sualın cavabı yoxdur, söylənilənlər ehtimallardır. Ştamlar zəifləsə də, peyvəndlər inkişaf etsə də, yeni müalicə üsulları kəşf olunsa da, nəticədə ağır fəsadlara və ölümə yol açan xəstəlikdən danışırıq sizinlə. Xəstələnmə halları müşahidə olunduqca bu vəziyyəti ciddiyə almalıyıq. Nəzərə almaq lazımdır ki, rəsmi rəqəmlərə əsasən, dünyada indiyə qədər 390 minə yaxın insan xəstəliyi keçirib, qeydiyyata düşməyən şəxsləri də nəzərə alsaq, heç 1 milyarda çatmaz deyə düşünürəm.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 5488 Tarix: 06 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gündə minimum addım sayı təyin edildi
Gündə minimum 100 addım mifi təkzib edilib. xəbər verir ki, bu barədə kardioloq Denis Prokofyev bildirib. "Addım sayı burada əsas deyil. 100 addımlıq məqsəd sırf marketinqdir. Bu Yaponiyada addımölçənləri satmaq üçün ortaya çıxan marketinqdir. Bu, ciddi tibbi tövsiyə deyil", - deyə o vurğulayıb
8 oktyabrDərinizdə bu əlamətlər varsa, diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi
17 oktyabrTəbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Günortadan sonra yaranan halsızlıq çoxlarına tanışdır. Belə məqamlarda insanın əli adətən peçenyeyə və ya növbəti fincan qəhvəyə uzanır. Lakin dietoloqlar adi meyvələrə diqqət yetirməyi məsləhət görür. Onlardan bəziləri dərhal enerji verir və bu təsiri daha bir neçə saat qoruyur. Qaynarinfo xəbər veri
7 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrDünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?
Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas
11 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrİnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
5 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabr