Tağı Əhmədov faizə verdiyi 2 milyon manatın detallarından DANIŞDI

Tağı Əhmədov faizə verdiyi 2 milyon manatın detallarından DANIŞDI"Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verməsindən danışıb.

O, Qaynarinfo.az-a müsahibəsində özü haqda yayılan bu xəbərlərə münasibət bildirib.

- Tağı müəllim, hazırda məlum iş üzrə məhkəmə gedir. Saxlanılan Səadət Xəlilov iddia edir ki, siz onu YAP-ın Yasamal təşkilatının binasında döymüsünüz. Belə bir hadisə baş verib?

- Heç kəsi döyməmişəm. Döysəm də, düz etmişəm. Amma düzünü bilmək istəyirsinizsə, döyməmişəm. Özü də mənim onunla nə işim var? Heç onu tanımıram və bilmirəm də kimdir.

- Tanımırdınızsa, bəs necə oldu ki, onlara 2 milyon manat pul verdiniz?

- Vaxtilə bir culfalı dostum (indi olmasın) gəldi, dedi ki, iki milyon manat pul lazımdır. Bəs verəcəm və ayda da bu qədər... Mən də 2 milyonu bankdan çıxardım. Bu pulun müqabilində də ayda 30 min manat pul alırdım. Bu da dedi, yox e, hər ay pulunu verəcəyəm. Mən də pulu o vaxt 18 faizlə vermişdim. Bu da mənə o qədər yalvardı ki, Tağı müəllim, iki mini də mənə qalsın və 28 mini sən götür. Yazığım gəldi və faizdən gələn 30 mindən 2 mini ona verməyə razılaşdım. Bu culfalı da AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. 2 milyonu bankdan götürüb, ona verdim. Bir ay faizi gətirib verdi. İkinci ay gəlib dedi ki, pulu vermirlər.

- Niyə vermirdilər?

- Dedilər ki, pul yoxdur. Pul gedib Qazaxıstana. Orada da batıb. Həmin o, oğ...şı Soltanla birlikdə yanıma çağırdım. Dedim nədi, nə məsələdi? Cavab verdi ki, pulu qaytarmaq heç cür alınmır. Dedim, alınmırsa, qardaş, sən məni aldada bilmərsən axı! Pulu qaytar. İndi Soltanı mənim pulumla aldadanların hər üçü məhkəmədədi. Hər üçünə 8-10 il həbs verəcəklər. Nə qədər verirlər, qoy versinlər. Bu dəqiqə mən bu məsələ ilə heç məşğul da olmuram.

- Sizin bu məsələ ilə bağlı istintaqa çağırılmanızla bağlı məlumat var. Doğrudurmu?

- İstintaqa məni nəyə çağırmalıdırlar? İstintaqa Soltan gedir. Mən niyə gedirəm ki? Dələduzluqda ittiham olunan Səadət Xəlilov özü boynuna alır ki, iki milyonu bu kişi bizə verib. Biz də bu pulu ona qaytarmalıyıq. Bu, ilkin istintaqda danışılıb. Hər şey aydındır. Mən heç vaxt istintaqa çağırılmamışam və heç buna ehtiyac da yoxdur. Mən pulu professor Soltan Əliyevə vermişəm. Səadət Xəlilov da pulu almasını təsdiqləyir. O da deyir ki, pulu Qulu Muxtarov və Sahil Abuşova verib. Filan qədərini Quluya, filan qədərini də Sahilə. Mən heç vaxt istintaqa getməmişəm və bundan sonra da getmək fikrim yoxdur. Mən pulumu professor Soltan Əliyevdən tələb edirəm. Onlarla nə işim var ki?

- Döyülmə hadisəsi baş veribmi?

- Mənlik burda elə bir şey yoxdur. Mən onlara deyil, Soltan Əliyevə inanıb pulu vermişəm. İndi Soltan Əliyev pulu qaytarmalıdır mənə, mən nə deyim. Başa düşürəm ki, Soltana da bunlar atıb.

- Bəs onlar bu pulu hara xərcləyib?

- Bunun qardaşı oğlu var, biznesmendi, adı Elçindir. Aparıb pulu ona veriblər. Bunun arvadı da şirkətin təsisçisi, qardaşı oğlu da işçidir. Oğlumla da bir-iki dəfə danışıblar.

- Oğlunuzla danışıqda nə deyiblər?

- Oğluma deyiblər ki, saxlanılan şəxslər bağışlansın. Mənə olan borcun müəyyən qədərini ödəsinlər. Amma oğlum deyib, belə şey ola bilməz. Bildirib ki, gətirib pulun 1 milyonunu qaytarsınlar. 1 milyonun da müəyyən vaxta qədər qaytarılması üçün sənəd imzalayaq. Belə olduğu halda oğlum onlara güzəşt olunacağını bildirib.

- Sizin necə, bir böyük kimi onları bağışlamaq fikriniz varmı?

- Yox. Yarısını gətirib versinlər, yarısına da müqavilə bağlasınlar. Belə olan halda onları bağışlayaram. Amma hazırda məhkəmə 3 milyon 180 min borc kəsib.

- Məhkəməyə gedəcəksinizmi?

- Xeyir. Yox, yox. Mən ora gedə bilmərəm. Buna səhhətim də heç cür imkan vermir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1446   Tarix: 07 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr