Bu şəxslər "omikron" ştammını ağır keçirə bilərlər - XƏBƏRDARLIQ

Bu şəxslər "omikron" ştammını ağır keçirə bilərlər - XƏBƏRDARLIQYüksəliş dövrünü keçirən yeni növ koronavirusun (COVID-19) mutasiyaya uğramış "omikron" ştammına yoluxma statistikasında müxtəlif antirekordlar müşahidə edilir.

İndi, demək olar ki, hər kəsin ailə üzvləri arasında və yaxın ətrafında ona yoluxanlar var. Say çoxluğu nə qədər təlaş yaratsa da, həkimlərin tövsiyəsi peyvənd olunmaqdır.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, həkim-infeksionist Səxavət Xəlilli deyib: "Peyvənd olunmuşlarla olunmamışlar arasında xəstəliyin gedişatı fərqlidir. Ötən dalğalarla müqayisədə "omikron"un gedişi nə qədər mülayim olsa da, peyvənd olunmayanların xəstəliyi ağır keçirmə ehtimalı yüksəkdir".

Mütəxəssislərin fikrincə, bu gün xəstəliyi ağır keçirənlər və reanimasiya palatalarına düşənlərin əksəriyyəti vaksinasiya olunmayanlardır.

Xüsusilə risk qrupunda olanların xəstəliyi ağır keçirmək ehtimalı var. Nəzərə almaq lazımdır ki, "omikron" variantında təkrar yoluxma nisbəti əvvəlki mutasiyalarla müqayisədə çox yüksəkdir.

Bəzən elə düşünürlər ki, vaksinasiya olunanlar xəstəliyə yoluxmamalıdır. Peyvənd olunanlar arasında yoluxma olanda da onu sərt mövqe ilə qarşılayırlar.

Mütəxəssislər isə peyvənd olunanların da xəstəliyə yoluxa biləcəyini etiraf edirlər, lakin peyvənd sayəsində xəstəliyi yüngül keçirirlər.

Həkim-infeksionist infeksiyanı yüngül keçirənlərə öz məsləhətini də ünvanlayıb:

"Ev şəraitində müalicə zamanı çoxlu maye qəbul etmək, qidalanma və yuxu rejimini gözləmək, hərarət yüksəldiyi zaman müəyyən temperaturu aşağı salan vasitələrdən istifadə etmək tövsiyə olunur. COVID-19-un əlamətləri müşahidə olunanda mütləq şəkildə həkimə üz tutmaq lazımdır".

Virusa qalib gəlmək, yoluxma sayında artımların qarşısını almaq üçün vaksinasiya ilə yanaşı xüsusi karantin rejiminin qaydalarına da ciddi şəkildə riayət olunmalıdır.

Sosial məsafənin gözlənilməsi, maskalardan istifadə və əl təmizliyi virusun variantlarından asılı olmayaraq qoruyucu qaydalar olaraq qalır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2804   Tarix: 08 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək

Milli Məclis (MM) magistratura (rezidentura), habelə doktorantura (adyunktura) təhsilini bitirərək elmi dərəcə almış hərbçilərin "leytenant" rütbəsində olma müddətinin azaldılmasını ilk oxunuşda qəbul edib. xəbər verir ki, sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarıla

23 oktyabr
.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb. -a istinadən xəbər verir ki, bu barədə onun yaxınları sosial mediada məlumat yayıb. Bildirilir ki, ötən gün Gürcüstana səfər edən İbad Hüseynov hava limanında Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb. Ona ölkəyə buraxılmayacağ

23 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Milyonlarla insana ŞAD XƏBƏR - Pensiya və müavinətlər...

Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır. APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumd

24 oktyabr
.

Pensiya məbləğləri necə dəyişəcək? - Yeni mexanizmin DETALLARI

Pensiyaların hesablanması və indeksləşdirilməsi qaydalarında mümkün dəyişikliklər vətəndaşların aylıq ödənişlərinə, xüsusilə müxtəlif məbləğdə pensiya alan şəxslərin gəlirlərinə təsir göstərə bilər. Yeni mexanizmin tətbiqi zamanı indeksləşdirmənin hansı prinsiplə aparılması, pensiya məbləğlərinin nec

22 oktyabr