"Bir körpəni məhv edənlərin Allah bəlalarını versin!" - Kəmalə Ağazədə
Xəbər verdiyimiz kimi, fevralın 4-də, Bakının Xəzər rayonu, Binə qəsəbəsi sakini 06 may 2006-cı il təvəllüdlü Nigar Rüstəmova (ad və soyad şərtidir) və bətnindəki döl ölüb. 15 yaşlı qız saat 14 radələrində yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halının pisləşərək komatoz vəziyyətə düşməsi səbəbindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və saat 18 radələrində xəstəxananın reanimasiya şöbəsində ölüb. Mərhumun 10 ay əvvəl 1993-cü il təvəllüdlü Elvin Məmmədov (ad və soyad şərtidir) ilə ailə həyatı qurduğu deyilir.
21-ci əsrdə yaşasaq da, bəzi "valideyn"lər sanki hələ də bu əsrə öyrəşməyiblər. Bəs bu gün erkən nigahın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı Sonxeber.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə açıqlama verib.
O, hesab edir ki, 15 yaşında qızın dünyaya uşaq gətirməsinin özü bir, ölümü ikinci faciədir.
"Nə deyim? Burada artıq cahillik məsələsi deyil. Bu, ədəbsizlik, tərbiyəsizlik, əxlaqsızlıqdır. Bununla pedofil nəsil böyüdürük. Pedofil ailələr formalaşır.
Mütləq qaydada qanunvericilikdə sərt qərarlar qoyulmalı, cəza mexanizmləri formalaşmalıdır. Əgər bir neçə ailə nümunə olaraq cəzalandırılarsa, həbsə göndərilsə, inanın ki, "göbək kəsti", "söz aldı" nişanlılıq olmayacaq.
Yəni burada yalnız qanunların sərtləşdirilməsi və bu sərtləşdirilmə mexanizminə də ciddi nəzarət lazımdır. Bəlkə, o zaman bu "dəyər"lərdən uzaqlaşarlar. Bir körpəni məhv edənlərin Allah bəlalarını versin".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1765 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göygöldə iki maşın toqquşdu - Qardaşlar yaralandı
Göygöldə qəza olub. "Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonunun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "VAZ" və "Chevrolet" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"da ola
9 mayBakı metrosunda qəribə qadağa gündəmdə - "Ayaqlarınız uzundursa…"
Metro və avtobuslarda yayxanaraq, ayaqlarını geniş açaraq oturan sərnişinlərin cəzalandırılması məsələsi müzakirələrə səbəb olub. Məlumata görə, paytaxtda ictimai nəqliyyatda qaydaları pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə əsasən "xırda xuliqanlıq" maddəsi ilə cərimə oluna və ya 15 günədə
9 mayİş yerində özünəinamın gətirdiyi qələbə - 3 sirr
İş yerində özünəinam yalnız insanın özünü yaxşı hiss etməsi demək deyil. Mütəxəssislər bildirirlər ki, bu, ilk növbədə insanın özünü ön plana çıxarmağı və başqalarının rahatlığı naminə daim geri çəkilməməsini öyrənməsi ilə bağlıdır. Özünəinamlı insanlar hər kəsi razı salmağa çalışmaq əvəzinə, gördüklər
8 mayBu gün faşizm üzərində qələbənin ildönümüdür
Bu gün Azərbaycanda 9 May - faşizm üzərində qələbənin ildönümüdür. xatırladır ki, Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbənin əldə olunmasına mühüm töhfələr verib. Müharibə illərində Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarıdan çoxu döyüşlərdə həlak olub. Yüzlərlə azərbaycanl
9 mayQobustandakı güclü yanğından - Video - Yenilənib
Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib. "Qafqazinfo" -a istinadən xəbər verir ki, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb. Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar
9 mayBu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayGəlişi hiss edilməsə də, yazın son ayında - 14 gün evdə olacağıq
Gəlişi hiss edilməsə də, yazın sonuncu ayını-mayı yaşayırıq. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, mayda şənbə və bazar günləri daxil olmaqla 14 gün iş olmayacaq. Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı
10 mayMərmər sexində bədbəxt hadisə - Ölən var
Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib. Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdl
9 may