Bayılda əcəl zəngi, güllələnən qardaşlar, xilas olan nazirlər

Bayılda əcəl zəngi, güllələnən qardaşlar, xilas olan nazirlərMəmmədov Akif Hidayət oğlu, Məmmədov İslam Aslan oğlu, Madiyev Nizami Madi oğlu, Şetinov Andrey Nikolayeviç, Fətullayev Elşad Rəşid oğlu, qardaşlar - İsmayılov Qardaşxan Feyruz oğlu, Kazımov Bəylər Feyruz oğlu, Boqdanov Roman Yeqoroviç və Salman Aslanoviç Fərmanov...
Bu adlar sizlərə heç nə deməyəcək. Amma bu adamlar Azərbaycanda güllələnən son adamlardı. Xeyr, qətlə yetirilən yox. İldə güllə yarasıyla və qəsdən onlarla adam qətlə yetirilir. Bu adamlar onlardan deyil. Onlar, haqlarında güllələnmə hökmünün icra olunduğu sonuncu şəxslərdir...

***

Azərbaycanda cinayətə görə ölüm hökmü 1918-ci ildən tətbiq olunsa da, iki il sonra ləğv edilib. Amma iki il sonra yenidən bərpa edilib. Bir neçə il sonra ən ağır cinayətlərə görə ölüm cəzası 25 illik həbslə əvəzlənsə də, 1950-ci ildə yenidən bərpa olundu. Və beləliklə, düz 48 il ölüm hökmü Azərbaycan Cinayət Məcəlləsində özünə yer tutub.
***
Azərbaycanda ölüm korpusu Bayıl həbsxanasında yerləşib. Ölümə məhkum olunmuş şəxslər məhz burada öz əcəl saatlarını gözləyiblər. Tanımış hüquq müdafiəçisi Eldar Zeynalov ölümə məhkum olanların saxlanıldığı 5-ci korpus haqqında danışarkən deyir ki, həmin ərazi həbsxana altı metr hündürlüyü olan hasara alınıb, buranın qülləsi, xarici və daxili mühafizəsi olub:
"Adi dəmir giriş qapısından əlavə, korpusun kiçik həyətə açılan çıxışı vardı. Buradan edam olunanların meyiti gizlicə xüsusi avtomobilə yüklənirdi".

Eldar müəllim deyir ki, 5-ci korpus sıra nömrələri 118-dən 132-yə qədər olan doqquz tək və altı ikinəfərlik kameradan ibarət olub. Binanın daxilində, 20 metrlik dəhlizin hər iki tərəfində "starşina" otağı, anbar və kameralar yerləşib:

"Dəhlizin sonunda, sağda, 125 saylı kameranın və hamamın yanında, güllələmə zirzəmisinə aparan, çox da gözə çarpmayan qapı vardı, Dəhşət orasındadır ki, ölümə məhkum olanlara gəzinti qadağan idi. 1998-ci ilin fevralında 36 yer limiti olan 16 kamerada 128 məhbus saxlanılıb".

Ədliyyə Nazirliyi Penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov mətbuata verdiyi açıqlamada mövzuyla bağlı maraqlı məqama toxunur. Onun dediyinə görə, sovet dövründə güllənmə hökmü Bayıl həbsxanasının zirzəmisində icra olunurdu. Hökmün icrası zamanı adətən ali məhkəmənin nümayəndəsi, prokurorluğun nəzarət idarəsinin işçisi, həkim və ən əsası da Bayıl həbsxanasının rəisi iştirak edirdi. Güllələnmə prosesi zamanı məhkumun əlləri arxadan bağlanırmış, ağzına qışqırmasın deyə, rezindən hazırlanmış tıxac tıxayırmışlar. Hökm zamanı ölümə məhkum edilmiş dustağın qulağının dibindən iki güllə vurulurmuş.

Zeynalovun dediklərindən: "Atəş açıldıqdan sonra həkim məhkumun nəbzini yoxlayırdı, əgər ölmürdüsə, daha bir güllə vurulurdu. Öldükdən sonra ölüm faktı qeydə alınırdı".
Bir maraqlı məqam: hökmün icrasından nə əvvəl, nə də sonra məhkumların ailələrinə xəbər verilirdi.

***

1998-ci il fevralın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin müvafiq fərmanı ilə Azərbaycanda ölüm hökmü ləğv olundu. Həmin vaxt 100-dən artıq ölümə məhkum edilmiş şəxsin cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəzləndi.

Bu gün Azərbaycanda ölüm hökmünün ləğvindən 24 il keçir. O vaxta qədər ölüm hökmünə məhkum edilmiş, amma cəzaları icra olunmamış 128 nəfərin həyatı bağışlanıb. Sabiq müdafiə naziri Rəhim Qazıyev, baş nazir Surət Hüseynov, sabiq kənd təsərrüfatı naziri Müzamil Abdullayev, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin Qazax bölməsinin komandiri Elçin Əmiraslanov, özünü qondarma "Talış-Muğan Respublikası"nın rəhbəri elan etmiş Əlikram Hümbətov barəsində məhkəmənin qərarı ilə ölüm hökmü çıxarılsa da, sonradan onların cəzaları dəyişdirilib.

Bir məsələni də qeyd edək, Azərbaycanda ölüm hökmü yalnız bir üsulla, güllələnmə ilə icra olunub. Məlumatlı mənbələrdən Lent.az-a bəlli olub ki, ötən əsrin 30–50-ci illərində Bayıl həbsxanasında başqa bir edam növü, suda boğma da tətbiq edilib.
***
Heç kimə sirr deyil ki, bəzən istər sosial şəbəkələrdə, istərsə də yüksək tribunalardan Azərbaycanda baş vermiş dəhşətli cinayətlərə görə, ölüm hökmünün bərpa olunması barədə fikirlər səslənir. Amma hələ ki bərpadan söhbət gedə bilməz. Həm də ona görə ki, Azərbaycanda ömürlük azadlıqdan məhrum etmə cəzası var./lent.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2225   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr