Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJ

Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJ"Hazırda ən çox kitab oxuyan kimdir? Təbii ki, çoxluq gənclərdən ibarətdir. Bəs bu gənclərin kitab almağa pulu çatırmı? Əksəriyyətinin çatmır. Onları oxumağa təşviq etmək və maraq yaratmaq üçün bu gənclərə pulsuz kitab paylanmalıdıdır".

Sonxeber.az bildirir ki, bunu Lent.az-ın əməkdaşına gənc oxucu Leyla Ələkbərova deyir.

Bəs o nə qədər haqlıdır? Bu suala bir qədər sonra cavab verəcəyik. İndi isə sizə Bakı kitabxanalarından real mənzərəni, bununla bağlı hazırladığımız reportajı təqdim edirik.
Sakitliyə riayət edin; Oxucuları narahat etməyin; Bir kitab, bir elmdir…

Yəqin ki, bu sözlər çoxunuza tanış gəldi. Kitabxanalardakı məşhur yazılı tablolar...

Dünyanı cənginə alan lənətə gəlmiş "korona" bir sıra sahələri elektronlaşdırmağı bacardığı kimi kitabxanalara da təsirsiz ötüşməyib.

Onsuz da rəqəmsal dünyada yaşayan insanlar, COVID-in yayılmasından sonra bir qədər də virtuallaşıb. Artıq nəinki dərslər, hətta ən vacib siyasi görüşlər də monitor arxasından baş tutur, ən vacib qərarlar belə, uzaqdan verilir. Sevgilər belə ekran arxasından yaşanır.

Yeri gəlmişkən, virtual dünyaya inteqrasiya olan sahələrdən biri də elektron kitabxanalardır. Amma bu gün sizə təqdim edəcəyimiz yazıda elektron yox, real kitabxanalardan söz açacağıq.
"Savadlı olmaq üçün 10 dənə kitabı oxumaq kifayət edər, amma həmin kitabları tapmaq üçün minlərlə kitab oxumaq lazımdır…".

Bu deyimi oxuyanda qeyri-iradi ağlımda bir sual yarandı… Bəs, ölkəmizdəki kitabxanalardan bu əhəmiyyətli "10 kitabı" tapmaq olarmı, ümumiyyətlə onların fəaliyyəti necədir?

Elə bu sualdan yola çıxaraq fəaliyyət göstərən bir neçə kitab mağazaları, kitabxanalar barədə qısa araşdırma apardıq. Araşdırmanın maraqlı nəticələri oldu. Onları sıra ilə sizə təqdim edirik:

Məsələn, məlum olur ki, indiki dövrdə ən çox maraq bədii ədəbiyyatadır. Elmi ədəbiyyat çox vaxt tələbələrə imtahan zamanı lazım olur.

Araşdırmamızı ölkənin ən böyük kitabxanası olan Axundov adına Milli Kitabxanadan başladıq. Yuxarıda qeyd etdiyimiz kimi, girişdə "Sakitliyə riayət edin" cümləsi yazılmış tablo ilə rastlaşdıq.
Kitabxanada olan sakitlik, köhnə kitabların iyi, rəflər arasında kitab axtaran oxucuların üzündəki ifadə, sanki, insana bir hüzur verir.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJMüşahidələrimiz zamanı rastlaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Səbəb isə kitabxanada oxucuların az olması və rəflərdə bədii əsərlərdən çox elmi kitabların üstünlük təşkil etməsi idi. Bu oxucuların daha çox müəllim, tələbə və təhsil işçilərindən ibarət olmasına səbəb yaradır.
Kitabxanada araşdırma zamanı məlum oldu ki, imtahan ərəfələrində oxucu sayı daha çox olur.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJYolumuzu başqa kitabxanalardan da saldıq...

Elə müşahidəmizə Xəqani bağı yaxınlığında yerləşən "Baku Book Centre"də davam etdirməyi qərara aldıq.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJİçəri girəndə kitabxanın gözoxşayan dizaynı, retro musiqinin sədaları altında kitab oxuyan oxucuların üz ifadələri insanda müsbət enerji yaradır.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJBurada diqqətimizi çəkən ən önəmli nüans görmə qabiliyyəti zəif və məhdud olan insanlar üçün ayrı guşənin fəaliyyət göstərməsi idi. "Brayl" (görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) sistemi ilə yazılan kitablar və xüsusi avadanlıq ilə təchiz olunmuş guşədə istifadəçilər üçün rahat şərait yaradılıb.

Buranın pis tərəfi isə bir sıra kitablara əl vurmağın qadağan edilməsiydi. Eyni zamanda da, əksər kitabların köhnəlmiş, cırılmış vəziyyətdə olması…
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJKitabxananı müşahidə edərkən oxuculardan biri Leyla Ələkbərova ilə həmsöhbət olduq. Əlində Samipaşazadə Sezainin "Sərgüzəşt" kitabını oxuyan gənc elə söhbətə kitabdan gətirdiyi sitatla başladı:

"Hər kəs bir dəfə doğulur və ətrafımızdakı neqativ hər insan və hər şey bizə düşündüyümüzdən daha çox zərər verir..."

Bundan əlavə, gənc oxuyucu ölkədə çap olunan kitabların xarici kitablardan baha olmasından şikayətlənir:

"Bununla yanaşı o söyləyir ki, kitab oxumaq istəyən üçün heç nə əngəl ola bilməz... Oxuma statistikaları hər il dəyişir, amma bizdə çox azdı. Ortalama 3000 adama ayda 1 kitab düşür cəmisi. Amma qeyd edim ki, bəzi kitab mağazaları açılandan sonra maraq artdı. Yavaş-yavaş da artacaq, sadəcə kitab qiymətləri əsas da Azərbaycanın öz nəşrləri bahadı. Bilmirəm niyə özümüz çap etdiyimiz kitabı xaricdən gələndən baha satırlar?!".
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJSöhbət zamanı məlum oldu ki, Leyla hər il 50 kitab oxumağı qarşısına məqsəd qoyur:

"Mən hər il kitab siyahısı tuturam və il sonu məqsədimə çatanda çox sevinirəm. İl ərzində 50-100 arası kitab oxumağı hədəfləyirəm.

Kitabxanalar yetərli deyil. Gedib rahat kitab oxuyacağımız və ya götürəcəyimiz yerlər həddən artıq azdır.

Çox yaxşı olardı ki, açıq kitabxanalar olsun, hər dildən bədii ədəbiyyat əldə edə bilək, gedib rahat oturub oxuya bilək. Məsələn, Axundov kitabxanasında əsasən elmi ədəbiyyatdı. Bədii ədəbiyyatı çox geri salırlar. Kitab oxuyan və əsas oxumalı olan çoxluq gənclərdi deyə kitablar biraz gənclərin büdcəsinə uyğun olmalıdır. Onları oxumağa təşviq etmək və maraq yaratmaq üçün bu gənclərə pulsuz kitab paylanmalıdıdır. Bizdə bununla bağlı tədbir çox azdır.

Nəşrlərimiz son 2-3 ildə daha yaxşılaşıb, mən kitab mağazalarında gəzəndə əsas da klassiklərdən lazımlı kitabların bizim dilə gətirildiyini görürəm".

Söhbətimizi sonlandırıb, araşdırmamıza davam edirik...

Bu dəfə müşahidələrimizi Metronun "Gənclik" stansiyası ətrafında yerləşən "Libraff" kitab mağazasında aparacağıq.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJBəli, bura kitabların satış məntəqəsi olsa da, bir tərəfdə insanlara rahat kitab oxumaq üçün guşə yaradıblar. Bu gözəl mənzərədir. "Libraff" üçün ümumi fikrim qənaetbəxş idi.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJÜmumilikdə, kitabxanalarda apardığımız müşahidələr ölkədə kitab oxucusunun çox olmaması, kitablara qoyulan qiymətin əhalinin bütün təbəqələrinin büdcəsini əhatə etməməsi və insanların daha çox bədii əsərlərə üstünlük verməsi ilə nəticələndi. Amma necə deyərlər, bütün bunlar bizim kitab oxumağımıza mane olmamalıdır.
Oxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJOxucusunu itirən Bakı kitabxanaları - REPORTAJ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1096   Tarix: 11 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr