"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edildi – FOTO

"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edildi – FOTO2 fevral şərəfli zabit yolu keçən, Vətənə, dövlətə nümunəvi xidmətləri ilə seçilən Azərbaycan ordusunun hərbi qulluqçularından biri, istefada olan polkovnik Xəzər Həmid oğlu Abbasovun doğum günüdür.

Yaşasaydı ailəsi və dostları bu gün onun anadan olmasının 54-cü ilini birlikdə qeyd edəcək, xeyirxah insan, səmimi dost, mehriban ailə başçısı, Vətənin sədaqətli zabiti kimi onun gözəl əxlaqi, mənəvi və iradi keyfiyyətləri barədə bir daha ürək sözlərini söyləyəcəkdilər.

Lakin bu olmadı, amansız qəfil ölüm bir gün öncə Xəzər kimi vətənpərvər zabiti bizlərdən ayırdı. Onu fevralın 11-də hərbi və dini ənənələrə uyğun olaraq son mənzilə yola saldıq.

Bu barədə danışan mərhumun yaxın dostu, polkovnik Abdulla Qurbani bildirib ki, Xəzər Abbasov 12 fevral 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə orta məktəbi bitirdikdən sonra Belarus Respublikasına gedərək Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə daxil olub və burada təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra doğma Vətənə can atsa da, mümkün olmayıb. Bir müddət Leninqrad şəhərində motoatıcı alayda xidmət edib. Böyük çətinliklərdən sonra nəhayət Azərbaycana qayıdan gənc zabit böyük həvəslə yeni yaranmaqda olan Milli Orduda xidmətini davam etdirib.

Əvvəl hərbi hissələrdə, sonra isə Müdafiə Nazirliyində xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Hərbi Diplomatiya kursunu bitirib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qazaxıstan və Gürcüstan respublikalarındakı hərbi attaşesi vəzifələrində xidmət edib. 2017-ci ilin fevral ayında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən xəstəliyə görə Azərbaycan Ordusundan istefaya buraxılıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı idi. Xidmət müddətində bir neçə medal, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Polkovnik A.Qurbani onu da nəzərə çatdırıb ki, Xəzər Abbasovun 17 noyabr 1991-ci ildə Bakı şəhərində anadan olan qardaşı oğlu Həmid Abbasbəyli də əmisinin arzusu ilə ixtisas seçimində hərbi peşəyə üstünlük verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nu bitirib.

Xüsusi əməliyyat taborunda xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifəsində xidmət edib, "baş leytenant" hərbi rütbəsinədək yüksəlib.

Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi, qələbə əzmi ilə hərbi əməliyyatlara qatılıb. Əmisini və ailəsini əmin edib ki, onları tezliklə qələbə müjdəsi ilə sevindirəcək. Gənc zabit H.Abbasbəyli sözünü tutaraq, Cəbrayıl və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə əsl qəhrəmanlıq və şücaət nümunələri göstərib. Lakin Vətən müharibəsinin 24-cü günündə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb.

Əmisinin yolunu seçən və ümidlərini doğruldan baş leytenant Həmid Abbasbəyli Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Qarabağ" ordeni və bir neçə döyüş medalı ilə təltif olunub.

Fevralın 11-də Müdafiə Nazirliyinin təşkilatçılığı, hərbi qulluqçuların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə istefada olan polkovnik X.Abbasovla vida mərasimi keçirilib və o, hərbi və dini ənənələrə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında yaylım atəşi altında son mənzilə yola salınıb. Mərhumun cənazəsi üzərinə sərilən bayraq xatirə saxlanılması üçün ailəsinə təqdim edilib. Oğlu Sənan və qardaşı Rüstəm Abbasovlar göstərilən ehtirama və diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, təşkilatçılara, o cümlədən dəfn mərasimində iştirak edənlərə minnətdarlıqlarını bildiriblər.

İstefada olan polkovnik Xəzər Abbasov və onun qardaşı oğlu baş leytenant Həmid Abbasbəyli də bu gün müqəddəs Vətən torpağında rahat uyuyurlar. Bütün xalqımız kimi onların da ən böyük arzuları işğal altındakı torpaqlarımızı azad görmək idi və bu arzu artıq xalqımızın birliyi, həmrəyliyi, rəşadətli ordumuzun əsgər və zabitlərinin igidliyi, Müzəffər Ali Baş Komandanın dəmir yumruğu sayəsində reallaşıb./Oxu.az
"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edildi – FOTO"Qarabağ" ordenli şəhidin zabit əmisi dəfn edildi – FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1517   Tarix: 12 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ

Xırdalanda evlərin sökülməsi və sakinlərin köçürülməsi ilə bağlı mümkün qərar həmin ərazidə daşınmaz əmlak bazarına, mənzil qiymətlərinə və vətəndaşların mülkiyyət hüquqlarına təsir göstərə bilər. Belə hallarda söküntünün miqyası, ərazinin yerləşməsi və alternativ yaşayış sahələrinə tələbat qiymət dinamikasınd

23 oktyabr
.

Hamamda elektrik cərəyanı vurub öldürdü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, oktyabrın 23-ü Pirəkəşkül qəsəbə sakini 1996-cı il təvəllüdlü Nahid Nazim oğlu Səfərəliyev yaşadığı evin hamam otağında elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır

24 oktyabr
.

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın başlayıb - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Cəlilabad rayonunun ərazisində, Ələt-Astara magistral avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, çəlumatla əlaqəda

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr
.

Polkovnikin nazirlikdəki yeni vəzifəsi bu imiş

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova yeni köməkçi təyin edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə nazir Əmr imzalayıb. Əmrə əsasən, polkovnik Nofəl Əsədov Kəmaləddin Heydərovun köməkçisi təyin edilib. Qeyd edək ki, N.Əsədov bu təyinata qədər Ədliyy

22 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Yasamalda səkiyə qanunsuz müdaxilə aradan qaldırıldı - Fotolar

Sosial şəbəkələrdə Bakının Yasamal rayonu, Balababa Məcidov küçəsində piyada səkisində metal konstruksiyadan istifadə edilməklə özbaşına artırma işlərinin aparılmasına dair məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən operativ tədbirlər görüb. Belə ki

23 oktyabr