Milli Qoşulmama Hərəkatı Modeli Simulyasiya Konfransı başa çatıb
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Hərəkatın Gənclər Şəbəkəsinin fəaliyyətinin daha geniş təbliğ edilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Gənclər Şəbəkəsinin ölkə üzrə yerli bölməsi olan Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) tərəfdaşlığı ilə ADA Universitetində 10-12 fevral tarixlərində "Milli Qoşulmama Hərəkatı Modeli" simulyasiya konfransı keçirilib.
"Report" xəbər verir ki, üç gün davam edən konfrans zamanı fövqəladə nazirlər iclasının simulyasiyası həyata keçirilib. İştirakçılar Qoşulmama Hərəkatına üzv dövlətlərin xarici işlər naziri rollarını icra edərək iqlim dəyişikliyi və onun yaratdığı problemlərə həll yollarının tapılması istiqamətində müzakirələr aparıblar. Sonda ölkə təmsilçiləri tərəfindən problemə təklif olunan həll yollarını özündə əks etdirən yekun nəticə sənədi qəbul olunub. Sonra konfrans boyunca media nümayəndələri rolunu canlandıran iştirakçılar tərəfindən baş tutan müzakirələr əsasında hazırlanan video reportajlar və məqalələr iştirakçıların diqqətinə çatdırılıb.
Konfrans bağlanış mərasimi ilə davam edib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, ADA Univeristetinin icraçı prorektoru Fariz İsmayılzadə və NAYORA-nın baş katibi Ramin Həbibzadənin iştirakı ilə baş tutan bağlanış mərasimində iştirakçılar sertifikatla təltif olunub. Sonda isə öz bacarıqları və töhfələri ilə seçilən üç iştirakçı "Ən yaxşı nümayəndə", "Ən yaxşı natiq", və "Ən yaxşı jurnalist" nominasiyaları üzrə mükafatlandırılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bayrama görə bütün sosial ödənişlər bu tarixədək VERİLƏCƏK - RƏSMİ
"Kartdan-karta" ödəniş edənlərin NƏZƏRİNƏ
Naxçıvana uçuşlar ləğv olunub - SƏBƏB
Ayın 17-də yağış intensivləşəcək, qara keçəcək - PROQNOZ
Yasəmən qoxusu hansı xəstəliklərə yol aça bilər? - Mütəxəssisdən açıqlama
Əhaliyə maaşlarla bağlı ŞAD XƏBƏR GƏLDİ - RƏSMİ
Yağışla bağlı XƏBƏRDARLIQ: Nə zamana kimi davam edəcək?
"Sandıqdakı qardaşım" - Aysel İbrahimli
Bu balıqları heç vaxt YEMƏYİN
Bakı-Sumqayıt yolunda ağır qəza - Ölən var - Video
Bakının bu ərazisində tikilən evlər söküləcək - VİDEO
Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
14 yaşlı şagird futbol oynayarkən həyatını itirdi
Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı MƏSƏLƏ DƏYİŞİR
Dilimlənmiş və emal olunmuş qidaları almaq olarmı? - Qəti CAVAB