Öldürülən gəlin görün kim imiş - ŞOK DETALLAR

Öldürülən gəlin görün kim imiş - ŞOK DETALLARŞəmkir rayonunda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Sonxeber.az-ın məlumatına görə, bu gün səhər saatlarında rayonun Çinarlı qəsəbəsində 34 yaşlı Həsənov Elməddin Elimdar oğlu həyat yoldaşı, 27 yaşlı Həsənova Lalə Elman qızını və övladı, 8 yaşlı Qumru Elməddin qızı Həsənovanı bir neçə bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisə zamanı evdə onlarla birgə yaşayan və digər otaqda olan Elməddinin nənəsi, 1937-ci il təvəllüdlü Həsənova Qumru Həmid qızı da olub.
O, ailənin olduğu otağa keçmək istəyən zaman nəvəsinin əlində bıçaq görüb. Yaşlı qadın əsəbi nəvəsinin bıçaqla ona da xəsarət yetirməyə cəhd edəcəyindən qorxaraq evdən bayıra qaçıb, qonşuları köməyə çağırıb. Hadisəni törətməkdə şübhəli bilinən E.Həsənov daha sonra evdən qaçıb.

Əraziyə polis əməkdaşları cəlb olunub və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən E. Həsənov saxlanılıb.

Qətlə yetirilən qadın 2 aylıq hamilə olub. Belə ki, cütlüyün ilk övladlarından sonra 8 il övladları olmayıb. Müalicələrdən sonra onların yeni övladları olub və qadın artıq hamiləliyinin 2-ci ayında imiş.

Onların öncələr heç bir ciddi problemlərinin olmadığı, sakit ailə olduğu bildirilir. Lakin E.Həsənov bir müddətdir ki, Gəncə şəhərində yerləşən poliklinikaların birində çalışan həkimin yanına gedib, əsəb xəstəliyindən müalicə alırmış.

Özü kənd ərazisində işçi kimi müxtəlif yerlərdə çalışıb, yoldaşı isə evdar qadın olub. Qızın valideyinləri kənd təsərrüfatı ilə məşğul olur, oğlanın atası isə qəsəbədə taksi sürücüsüdür. Öncələr ümumi ailələr arasında da hər hansısa bir münaqişə yaşanmadığı bildirilir.

Qeyd edək ki, faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./oxu24.com


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7211   Tarix: 13 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əhaliyə ŞAD XƏBƏR: 5 gün ardıcıl iş OLMAYACAQ - RƏSMİ

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ardıcıl 5 gün qeyri-iş günü olacaq. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub. Belə ki, mayın 27-28-i Qurban bayramına təsadüf edir. 28 may - Müstəqillik Günü də qeyri-iş günüdür. Bayram günlərinin üst-üstə düşməsi səbəbindən 29 ma

9 may
.

Cəbrayıl rayonunun Soltanlı kəndində "Şəfəq" yarımstansiyasının açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Soltanlı kəndində "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında iştirak edib. AZƏRTAC-a istinadən xəbər verir ki, "AzərEnerji" ASC-nin İdarə Heyətinin sədri Balabab

9 may
.

Dövlət qurumlarının əməkdaşları Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Fəxri xiyabanda ulu öndərin məzarın

9 may
.

İlham Əliyev: "Bu torpaqları biz qan tökərək qaytarmışıq" - VİDEO

"Cəbrayılın gələcəkdə həm kənd təsərrüfatı, həm də nəqliyyat nöqteyi-nəzərindən ölkəmiz üçün böyük töhfəsi olacaq. Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm

9 may
.

Vətən Müharibəsi Qəhrəmanın xanımına rütbə verildi (FOTO)

Şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyevaya leytenantı rütbəsi verilib. -ın məlumatına görə, polkovnik-leytenant, şəhid Anar Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva bu gün Gömrük orqanlarında xidmətə yeni qəbul edilən əməkdaşların andiçməsində iştirak edənlər arasında olub. Ona bu gün leytenan

8 may
.

"Xarı Bülbül"ün zirzəmisində iş yoldaşını döyənə - Bu cəza verildi

Bakı şəhər Nizami rayonunda yerləşən "Xarı Bülbül" restoranında iş yoldaşını döyən ofisiantın məhkəməsi keçirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə 2006-cı il təvəllüdlü Kamran Həsənovu Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi il

9 may
.

Əmisi tərəfindən cinsi istismar olunduğunu iddia edən qızla bağlı SON XƏBƏR

Cinsi istismara və yaxınları tərəfindən təhdidlərə məruz qaldığını iddia edən Nizami rayon sakini - 2004-cü il təvəllüdlü Nərmin Daşqın qızı Şirəliyeva ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən aidiyyəti qurumlara (Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, həmçinin müvafi

8 may
.

Mərmər sexində bədbəxt hadisə - Ölən var

Paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, mayın 8-i saat 10 radələrində Lökbatanda yerləşən mərmər sexində mərmər daşı qırılaraq orada usta kimi çalışan şəxsin başına dəyib. Ağır xəsarət alan Biləsuvar rayon sakini 1969-cu il təvəllüdl

9 may
.

"14 ildir işlədiyim vəzifədə qalmağım üçün 2500 manat istədi" - Açıqlama

"14 ildir Neftçalanın Şorkənd kəndində kitabxanaçı işləyirəm. Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəhbəri Araz Əlizadə məndən rüşvət tələb edib, vermədikdə isə hədə-qorxu gələrək ərizə yazdırıb və işdən çıxarıb". Bu iddia ilə "Qafqazinfo"ya Neftçala rayon sakini Gülmira Zeynalov

8 may