Bu MÖCÜZƏ Azərbaycandadır: Qayanın çölündə qış, içində yay - VİDEO
Bir çoxarı gəzməyə xarici ölkələrə üz tuturlar, halbuki doğma Azərbaycanımızda gəzib-görməli yerlər çoxdur.
Onlardan biri Qaxdadır. El arasında "İlısu hamamı" kimi tanınan məkanda bayırda qış soyuğu olduğu halda, qayanın içərisində 30-40 dərəcəlik isti su olur.
Turistlərin dediyinə görə, həmin məkandakı müalicəvi suda istrahət etməyin yeri bir başqadır.
BiG.AZ oxuculara Qaxdakı bu möcüzəvi yerin videosunu təqdim edir:
Qeyd edək ki, təbiətin bəxş etdiyi unikal imkanlar və tarixi abidələr Qax rayonunu ekoturizm üçün əlverişli məkana çevirib. Rayonda müalicə, istirahət turizmi daha geniş yayılıb.
Termal və müalicəvi bulaqların yerləşdiyi "İlisu hamamı" Böyük Qafqazın tam ətəyində, iki tərəfi sıldırım qayalıqların arasında yerləşir. Ağçaydan başlayan yol "Hamam" çayın vadisi ilə davam edir. Ziqzaqlı çığıra bənzər yollar, bəzən də qaya daşlarının kənarı ilə keçidlər təhlükəlidir.
Dəniz səviyyəsindən 2400 metr yüksəklikdə yerləşən "Hamam" dərə vadisinə getmək üçün maşınla 5 km, piyada isə 2 km yol qət etmək lazımdır.
İlisu termal suları ilk dəfə 1866-cı ildə tədqiq olunub. Məlum olub ki, hamam daxilində yerdən çıxan termal, kükürdlü isti su çox böyük müalicəvi əhəmiyyətə malikdir. Suyun çıxdığı oyuq ön tərəfdən hörülərək hovuz halına salınıb və vanna qəbul etmək üçün istifadə olunur.
Qayaların içində ovularaq hazırlanan hamamlarda suyun temperaturu 38 dərəcədir. Bələdçilərin sözlərinə görə hər gün 3 dəfə, 15 dəqiqə kükürdlü suda yatmaqla revmatizm və digər xəstəlikləri müalicə etmək mümkündür.
İlisu Dövlət Təbiət Qoruğu bazasında yeni layihələrin icrası, termal bulaqlarla bağlı xüsusi işlərin görülməsi nəzərdə tutulur.
Bol mineral su ehtiyatlarının varlığı rayonda iqlim-balneoloji kurort zonalarının yaradılmasını zəruri edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3167 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr