Küçədə qızları şillələyənə ətrafdan niyə reaksiya verilmir? - AÇIQLAMA

Küçədə qızları şillələyənə ətrafdan niyə reaksiya verilmir? - AÇIQLAMAOxumaq, işləmək, küçədə rahat yerimək - bunlar hər bir insanın haqqı, hüququdur. Yol gedərkən heç tanımadığın biri tərəfindən vurulmaq, döyülmək və ətrafdakıların buna etinasız münasibəti artıq adiləşir. Qızlara, qadınlara, ümumiyətlə insanlara qarşı aqressiyanın artmasına səbəb nədir? Yanından keçən qızları şillələyən birinə ətrafdan niyə reaksiya verilmir?

Məsələ ilə bağlı psixoloq Kəmalə Əliyeva Sonxeber.az-a açıqlama verib.

Onun sözlərinə görə, bu cür aqressiv səhnələr insanlar üçün o qədər adiləşib və əlçatan olub ki, belə hadisə gördükdə reaksiyasız qala bilirlər:

"Qıza kömək etmək istəyərkən, qarşı tərəfin kömək etmək istəyənə də nəsə etməsindən çəkinən insanlar ən azından qıza yaxınlaşıb, onun necə olduğunu soruşa bilərdilər, amma bu da baş vermədi. Çünki KİV-lə, kinolarla, oyunlarla bu aqressivliyə o qədər məruz qalınır ki, artıq insanlar üçün adiləşir.

Bu zaman həmin hərəkəti törədən insan araşdırılmalıdır. Onun hər hansı bir psixi pozğunluğunun olub-olmaması müəyyən edilməlidir. Əgər pozuntu varsa, bu onun məsuliyyətdən yayınmasına səbəb deyil. Elə olduqda reabltasiyaya tabe olunmalıdır.

Xəbərlərdə belə, o qədər kriminal məlumatları eşidirik, izləyirik ki, istər-istəməz bu cür hadisələr adi hərəkət kimi qəbul olunur. Halbuki həmin hadisələr bu qədər adiləşməməlidir, cinayət törədənlərin sonrakı həyatı, üzləşdikləri çətinliklər də mətbuatda yayılmalıdır ki, digərlərinə ibrət olsun".

Məsələyə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu, öz növbəsində, cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verilməli olduğunu bildirib:

"İnsanların bir-birinə kömək etməməsinə bir neçə səbəb ola bilər. Birincisi, bəzən yaxınlaşıb kömək etmək istəyənlərə də xəsarət yetirilir. Digər bir səbəb isə cəmiyyətin çox dəyişməsidir. İllər əvvəl küçədə bu cür hallara yol verilməzdi. İnsi isə sanki əhalinin problemləri çoxalıb, biganə, etinasız olublar. Əgər cəmiyyətdə mənəvi dəyərlərə üstünlük verilsə, orada insanlar özü-özlərini tənzimləyərlər, cəmiyyətdə ahəngdar münasibətlər yaranar. İnsanlar bir-birilə maşın, yaxud telefonunun nömrəsinə görə yarışma etməsinlər, toylarda qadınların üst-başı bər-bəzək mağazasına oxşamasın. Maddi dəyərlərə deyil, mənəvi dəyərlərə üstünlük verilərsə, bir çox uğurlar qazanmaq olar".

Aygün Osmanlı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1563   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr