Səfər Əbiyevin oğlu iş adamını məhkəməyə verdi - 200 minlik iddia
Keçmiş müdafiə naziri Səfər Əbiyevin oğlu Ruslan Əbiyevə məxsus "Erebus" şirkəti tikinti sektorunda fəaliyyət göstərən "Royal Holding"ə qarşı məhkəmə iddiası qaldırıb.
Sonxeber.az "Kriminalqafqaz"a istinadən xəbər verir ki, Əbiyevin şirkəti "Royal Companies Corporation"u aralarında bağlanmış müqavilənin tələblərinə riayət etməməkdə günahlandırır. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılır.
Əbiyevin şirkəti qarşı tərəflə bağlanmış icarə müqaviləsinin ləğvini tələb edir. İddiada bildirilib ki, "Royal Companies"ə icarəyə verilmiş qeyri-yaşayış sahəsi boşaldılıb təhvil verilməlidir. Bundan başqa, "Erebus" şirkəti 2019-2022-ci illər üzrə yığılmış 198 min 240 manat icarə haqqını da tələb edir.
Xatırladaq ki, 1995-2013-cü illərdə müdafiə naziri olmuş Səfər Əbiyevin böyük oğlu Ruslan Əbiyev "Erebus" MMC-ni 2004-cü ildə təsis edib. Şirkət yarananda onun 22 yaşı olub və şirkətin nizamnamə kapitalı 20 manatdır. Bundan başqa R.Əbiyev bir müddət öncə Türkiyədə də hotel və turizm sahəsində böyük biznesə sahib olması ilə gündəmə gəlib.
Əbiyevin məhkəməyə verdiyi "Royal Companies Corporation" isə Azərbaycanda bir sıra hotel, istirahət mərkəzləri və aqrar komplekslərin tikinti layihələrinin icraçısıdır. Şirkətin baş direktoru hüquq elmləri namizədi, iş adamı Ramil Kərimlidir. O, 2020-ci ildə 32 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizəd olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1477 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabr"WhatsApp"a iki yeni funksiya gəlir
Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda
22 oktyabrQızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı
Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru
22 oktyabrSalyanda ağır qəza, ölən var - Video
Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə
23 oktyabrSabah bəzi yerlərdə yağış yağacaq
Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd
23 oktyabrMusiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd
23 oktyabr