Üç qurum "Peyvənd sertifikatı" ilə bağlı əhaliyə çağırış etdi
Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin "Peyvənd sertifikatı" etibarlı hesab edilməyəcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında qeyd olunub.
"Peyvənd sertifikatı" tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra "buster" doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, sabahdan etibarən aşağıdakı məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan "Peyvənd sertifikatı", "İmmunitet sertifikatı", yaxud "Əks-göstəriş sertifikatı" olanların girişinə icazə veriləcək.
1. İctimai iaşə müəssisələrinə (kafe, restoran və s.)
2. Mehmanxanalara
3. İri ticarət mərkəzlərinə
4. İdman və sağlamlıq-bərpa obyektlərinə
5. Toy və ya digər şənliklərə
6. Ali təhsil müəssisələri və kolleclərə
Dövlət qurumlarında, eləcə də bu Qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı olan "Peyvənd sertifikatı", "İmmunitet sertifikatı", yaxud "Əks-göstəriş sertifikatı"nın olması tələb ediləcək.
Əlavə məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə "Peyvənd sertifikatı" verilir. "Peyvənd sertifikatı"nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1193 Tarix: 14 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şükürbəyli sakininə toyunun ildönümündə Prezidentdən möhtəşəm hədiyyə - VİDEO
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər. xəbər verir ki, görüş zamanı maraqlı anlar yaşanıb. Belə ki, açarların təqdim edilməsi mərasimində sakin bildirib ki, onların toy günləridir:
9 mayİşlədiyi bağçanın həyətindən meyiti tapıldı
Şəki şəhərində uşaq bağçasının həyətindən meyit tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə mayın 9-u saat 02 radələrində baş verib. Şəhər sakini 1980-ci il təvəllüdlü Rövşən Əlövsət oğlu Cəlilovun meyiti işlədiyi Bağbanlar küçəsindəki bağçanın həyətində aşkar edilib. Faktla bağlı araşdırm
9 may"Xınalıq" restoranında ofisiant qəfil öldü
Quba rayonunda iaşə obyektlərinin birində ölüm hadisəsi baş verib. qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 7-si saat 08 radələrində Güləzi kəndin ərazisində yerləşən "Xınalıq" restoranında ofisiant işləyən kənd sakini 1963-cü il təvəllüdlü Zahid İmambala oğlu Seyidbalayev qəfil vəfa
8 maySürücülərə ŞAD XƏBƏR - Cərimə balları ilə bağlı dəyişiklik təklifi
Qanunvericiliyə görə, yol hərəkəti qaydalarını pozan sürücü cərimə olunur və ona bəzi hallarda cərimə balı yazılır. Cərimə balı 20-ni keçdikdən sonra sürücünün sürücülük hüququ müvəqqəti olaraq məhdudlaşdırılır. Amma burada bir məsələ var ki, məsələn, dayanma-durma qaydalarının pozulmasına görə 60 mana
9 mayBMT-dən XƏBƏRDARLIQ: Dünyada ərzaq böhranı yaranır
ABŞ-İsrail və İran müharibəsinin doğurduğu gərginlik qlobal ərzaq qiymətlərinin son üç ildə maksimum həddə çatmasına səbəb olub. xəbər verir ki, bu məlumatı "Tasnim" agentliyi yayıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təqdim etdiyi hesabatda bildirilir ki, apreldə qlobal ərzaq qiymətlər
9 mayYeni tədris ilindən məktəbli formaları dəyişir? - AÇIQLAMA
Azərbaycanda məktəblərdə dərslərin başa çatmasına sayılı günlər qalır. Bir neçə aydan sonra isə yeni tədris ili başlayacaq. Bu ərəfədə valideynləri maraqlandıran məsələlərdən biri də növbəti tədris ilindən etibarən məktəbli formalarında hər hansı dəyişiklik olub-olmayacağıdır. Məsələ ilə bağlı "Bak
9 mayBu şəxslərə 2750 manat VERİLDİ - RƏSMİ
1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına və Prezident İlham Əliyevin 24 aprel 2026-ci il tarixli sərəncamında nəzərdə tutulan digər şəxslərə birdəfəlik maddi yardımlar ödənilib. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərəncama uyğu
9 mayBu dərmanları uşaqlarınıza qətiyyən VERMƏYİN
Uşaqlarda qızdırma, öskürək və ya digər narahatlıqlar zamanı valideynlər çox vaxt evdə olan dərmanlardan istifadə edir. Ani xəstəlik yarananda valideynlərin tez müdaxilə etməsi təbiidi. Burada hər yüngül xəstəlik üçün həkimə müraciət ehtiyacının olmaması da rol oynayır. Bəs, yanlış hallarda verilən dərmanla
8 mayAparıcılar arasında xaos niyə bitmir? - ŞƏRH
Azərbaycan televiziiyalarında son illər müşahidə olunan vəziyyət cəmiyyətdə ciddi narazılıq yaratmağa davam edir. Bir zamanlar maarifləndirici və mədəniyyət platforması hesab olunan efirlər indi qalmaqal, şəxsi həyat müzakirələri və etik çərçivələri aşan davranışlarla gündəmə gəlir. Xüsusilə bəzi aparıcıları
8 may