Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTO

Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOBu gün dünya ölkələrində 14 fevral Sevgililər Günü kimi qeyd olunur. Əlbəttə, ölkəmizdə 14 fevrala münasibət birmənalı olmasa da, bu günü Sevgililər Günü kimi qeyd edənlər az deyil.

14 fevral tarixini digər xanımlardan fərqli olaraq, Vətən müharibəsində şəhid olmuş qəhramanlarımızın xanımları fərqli duyğularla xatırlayırlar. Onlar bir vaxtlar hədiyyə və sevgi dolu təbriklər gözlədikləri həyat yoldaşlarını indi xatirələrində canlandırır, o günlərin həsrətilə yaşayırlar.

Modern.az-ın əməkdaşı bir neçə şəhid xanımı ilə əlaqə saxlayaraq, onların 14 fevralla bağlı xatirələrini öyrənməyə çalışıb.

Şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva sonuncu dəfə qeyd etdikləri Sevgililər Günündən qızı ilə həyat yoldaşının şəklinin xatirə qaldığını söyləyib:

"Ən son birgə qeyd etdiyimiz 14 fevraldan mənə qalan xatirə qızımızla Ruslanın şəkli oldu. Hər zaman diqqətcil, incəliklərə önəm verərdi. Bəzən işi ilə əlaqədar nəsə almağa imkanı olmasa da, ən azından hərbi hissənin həyətindəki bağçadan kiçik bir çiçək dərib gətirərdi. O mənim üçün daha dəyərli idi, nəinki pul verib aldığı hədiyyə.

Mənim üçün nəsə etməyə çalışmağı dünyalar qədər dəyərli idi. Vaxtımız çox olanda özəl günlərimizi mütləq evdən kənarda qeyd edərdik. Sevgisini ifadə etmək üçün özəl günləri gözləmirdi. Münasibətimiz indiki sevgililər kimi olmayıb, telefon yox, yalnız məktubla bir-birimizlə əlaqə qurmuşuq. Məktublarımız, günlüyümüz hələ də durur".

Sonuncu 14 fevral...
Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOİlk dəfə 14 il əvvəl bu günü birgə qeyd ediblər...
Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOŞəhid gizir Zeynal Zülfüqarlının xanımı Firuzə deyir ki, Sevgililər Gününü bir dəfə qeyd edə biliblər:

"Bizim cəmi bir dəfə bu günü qeyd etmək şansımız oldu. Həmin gün Zeynal mənə gül və portağal almışdı. Zeynal işindən dolayı mənə zaman ayıra bilmirdi. Çox az müddət ailəli olduq, amma şanslıyam ki, Zeynal kimi sevdiyim, həyat yoldaşım var. Olub demirəm, var deyirəm, çünki bilirəm o hər zaman oğlumla mənim yanımdadır. Dərd ortaqlarımın, şəhid yoldaşlarının gözü yolda qaldı, yarlarımızı gözləyə-gözləyə qaldıq...

Özəl günlər gələndə özümü daha betər hiss edirəm. Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı. Onsuz bu həyat məni çox sıxır".
Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOQəhrəman mayor Rüfət Əsgərovun ömür-gün yoldaşı Arzu xanım söyləyir ki, şəhidimiz 14 fevralı deyil, digər özəl günləri qeyd edirmiş:

"Rüfət 14 fevralı Sevgililər Günü kimi qəbul etmirdi. Başqa özəl günlərdə - 8 Martda, ad günümdə, toy günümüzdə həmişə mənə ətir və gül hədiyyə edərdi. Bilirdi ki, gülləri çox sevirəm. Mənim üçün ən çox hədiyyəsi də gül olub. Ümumiyyətlə, ciddi xarakterli olduğu üçün heç sevgisini belə dilə gətirmirdi. Son dəfə sentyabrın 5-də doğum günümdə hədiyyə almışdı. O ətri, aldığı bütün hədiyyələri görəndə Rüfəti xatırlayıram".
Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOŞəhid çavuş İbrahim Hüseynlinin həyat yoldaşı Sürfanə xanımın sözlərinə görə, onlar Sevgililər gününü ilk və son dəfə 2020-ci ildə keçiriblər:

"Yoldaşım hərbçi olduğu üçün 14 fevral tarixində bir-birimizin yanında ola bilmirdik. Çox təəssüf hissi ilə bunu qeyd edəcəyəm. 14 fevral 2020-ci il tarixində biz ilk və son dəfə Sevgililər Gününü birgə qeyd etdik. Çünki artıq evli idik. Axşam saatları olduğu üçün işdən sonra şam yeməyinə çıxdıq. 7 il müddətində mənim yanımda olmasa belə, təbriklərini gec də olsa çatdırırdı. Yadımdadır, 3 ilimizin tamamında gümüş boyunbağı hazırlatdırmışdı. Adlarımızın baş hərflərini yazdırmışdı. Özəl olaraq həmin tarixi əbədiləşdirmək kimi bir şəraitimiz olmamışdı. Çünki ildə cəmi 30 gün bir-birimizi doğru-düzgün görə bilirdik. Bu da məzuniyyət müddətində olurdu.

Həmişə deyirdi ki, bizim Sevgililər Günümüz 26 oktyabrdadır. Çünki biz həmin gün tanış olmuşduq. Bu yolu birgə addımlamağa söz verdiyimiz üçün əsl sevgililər günü bizim üçün 26 oktyabr tarixidir. Sevginin günü olmaz. Sevildiyini hiss etdiyin hər gün sənin üçün Sevgililər Günüdür, bu mənim düşüncəmdir. İbrahimin mənim yanımda olduğu hər dəqiqə mənim üçün Sevgililər Günü kimi xoş təsir bağışlayırdı. Hədiyyə etmək üçün ətri çox sevirdi. Bütün qadınlara həmişə sevib-sevilməyi arzu edirəm. Hərbçi sevgisi bir başqa olur. Məsafəli, amma möhkəm iradə ve səbr tələb edən sevgidir bu..".

İlk və son dəfə qeyd edilən həmin gün...
Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTOŞəhidin xanımına ilk hədiyyəsi..

Şəhid xanımlarının 14 fevral XATİRƏLƏRİ: "Kaş ki, bu yaşadıqlarımız bir yuxu olardı" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1978   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

"WhatsApp"a iki yeni funksiya gəlir

Məşhur mesajlaşma tətbiqi "WhatsApp"a iki yeni funksiya gəlir. "Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, "WhatsApp" istifadəçilərə fotolardan və videolardan hazırlanan stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiya və yenilənmiş mesaj yazma sahəsini sınaqda

22 oktyabr
.

Qızını qorumaq üçün kürəkənini öldürmüşdü - Cəzası 8 il azaldıldı

Ali Məhkəmənin Cinayət kollegiyası zəruri müdafiə və zəruri müdafiə həddinin aşılması ilə bağlı məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bu qərar qızına qarşı zorakılıq edən kürəkənini öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhru

22 oktyabr
.

Salyanda ağır qəza, ölən var - Video

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun köhnə Bakı-Astara magistralının Qırxçıraq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "BMW" və "VAZ 2106" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfə

23 oktyabr
.

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanın bəzi yerlərində oktyabrın 24-də yağış yağacaq. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərd

23 oktyabr
.

Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu

Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıd

23 oktyabr
.

"Ölsən də, boşanmayacaqsan": Camaatın sözü qadının həyatından niyə üstün tutulur? - PSİXOLOQDAN AÇIQLAMA

"El nə deyər?" qorxusu qadının həyatından qiymətlidirmi? Ərinin xəyanətinə, təhqirinə, zorakılığına məruz qalan qadına boşanmaq istəyəndə belə "ayıbdır", "camaat nə deyər, "ata evinə qayıtmaq biabırçılıqdır" deyən düşüncə tərzi cəmiyyətin ən ağır problemlərindən biridir

23 oktyabr