Ukrayna azərbaycanlıları Prezident İlham Əliyevə müraciət edib
Ukraynadakı 40-dan çox diaspor təşkilatını özündə birləşdirən Ukrayna Azərbaycanlıları Radasının üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, 200 nəfərə yaxın diaspor rəhbəri və fəalının imzaladığı müracətdə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının, o cümlədən diasporumuzun göstərdiyi əzm, iradə, sarsılmaz birlik və həmrəylik alqışlanıb.
Qeyd olunub ki, 44 günlük müqəddəs savaşda xaricdə, o cümlədən Ukraynada yaşayan soydaşlarımız, həmçinin Azərbaycandan köçmüş digər xalqların nümayəndələri Ali Baş Komandanın yanında oldu. Ukrayna dövlətinin də Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini sonadək dəstəklədiyini vurğulayan müracət müəllifləri bildirib ki, yüksələn xətlə inkişaf edən dövlətlərarası münasibətlər diasporumuzun səmərəli fəaliyyəti üçün zəmin yaradır. Ukrayna dövləti və yerli ictimaiyyət Azərbaycan icmasının fəaliyyətini, soydaşlarımızın Ukrayna cəmiyyətinə töhfələrini hər zaman yüksək qiymətləndirir, ölkəmizin təbliği işində yaxından iştirak edirlər.
Müraciətdə Qarabağ zəfəri ilə xaricdəki soydaşlarımıza yaşatdığı qürur hissinə görə Ali Baş Komandana minnətdarlığını bildirən Ukrayna Azərbaycanlıları Radası dünya azərbaycanlılarını Azərbaycan dövlətinin və onun liderinin ətrafında birləşməyə, ölkənin çiçəklənməsi naminə yürütdüyü siyasəti dəstəkləməyə çağırıb.
Müraciət Ukrayna Azərbaycanlıları Radasının II Qurultayında qəbul olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1667 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşŞamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc
17 sentyabrTürk dünyası və İslam aləmi birlikdə daha güclüdür
Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr