"Bu gün bizi rahatladan Şuşa bəyannaməsidir. Onun imzalanmasına kim nail olub?" - Deputatdan SƏRT SÖZLƏR
"Heç zaman deməmişəm ki, hamı rüşvətxordur, ucdantutma hamı dövləti, büdcəni talayır. Amma onu da demirəm ki, hər kəs doğru-dürüst işləyir. Xeyli problemlər mövcuddurə, işinin öhdəsindən gəlməyənlər var.
Sonxeber.az-ın məlumatına əsasən, bu sözləri deputat Razi Nurullayev deyib.
O bildirib ki, ucdantutma hər kəsi hədəfə almaq yolverilməzdir:
"lələrinin məqsədi isə birdir: Prezident İlham Əliyevi, Birinci Vitse-prezident Mehriban Əliyevanı hədəf almaq, hörmətdən, gözdən salmaq. Bu isə dünyada işlənmiş metodologiyadır. Rəhbər gözdən salınanda, xalq küçələrə axışır. İstək də budur: xalq küçələrə axışsın, yıxıb-töksün və rəngli inqilab baş versin.
Mən Milli Cəbhə Partiyasının sədriyəm, bu hökumətə, bu itidara müxalifətdə olsam da, Azərbaycan adlı dövlətimizə, azərbaycanlılara müxalifətçilik edə bilmərəm. Hazırda Prezidentə qarşı aparılan iyrənc kampaniyanı ölkəmiz və gələcəyimiz üçün ziyanlı hesab edirəm. Biz hələ Qarabağ yarasını tam həll edə bilməmişik, Xankəndində erməni birləşmələri var, Ermənistanla sərhədlərimiz müəyyən edilməyib, Zəngəzur dəhlizi ilə bağlı işlər yekunlaşmayıb, Naxçıvana quru sərhədi əldə edə bilməmişik.
Bu gün bizi rahatladan Şuşa bəyannaməsidir. Onun imzalanmasına kim nail olub? İndiki Prezident. İndiki Prezident də başlanan işləri daha rahat sona çatdırmaq imkanındadır, Qarabağa böyük qayıdış həyata keçirilmədən zəfərimiz tam deyil. İndiki halda bunu həyata keçirə bilən və dünya güclərinin qarşısında dözmlə dayana bilən odur. Haqqı niyə deməyək ki?!
Siyasi mübarizəmizi Konstitusiya çərçivəsində aparaq və seçki yolu ilə məqsədlərimizə nail olaq. Ölkəni 90-cı illərə sürükləməyək, qanlı inqilablarla ölkədə dəyişikliyə çalışmayaq. Bu, ölkəni məhv etmək, əzmək və nail olduqlarımızın üzərindən birdəfəlıik xətt çəkməkdir.
Təklif edirəm ki, bu məsələləri hər zaman ara-sıra müzakirə edək və ümumi olaraq isə bu məsələyə aid xüsusi bir iclas keçirək. Biz də danışaq, biz də müzakirə edək. Belə olmasın ki, onlar danışır, təhqir edir, biz dinləyirik. Sonra gec ola bilər.
2010-cu illərin ab-havası yaranır. Bütün narazı təbəqələri səfərbər edirlər. Şəhid anaları, ataları, bacı və qardaşları ilə işlər aparılır.
Biz konkret məsələlər üzrə işlər aparıb xalqın sosial rifahının yaxşılaşmasına nail olaq, siyasi və vətəndaş cəmiyyəti insitutlarını, demokratik təsisatları gücləndirək. Bizim güclü, Titan kimi dövləti çiyinlərində saxlayan alt-yapımız olmalıdır.
Ukraynada baş verənlərdən dərs almaq istəməyənlər, bu dövləti sevməyənlərdir. Kreslo davası aparmaq olar, amma o kresloda xalqın seçdiyi adam oturmalıdır. Vəssalam!"
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb
XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Kombilər söküləcək? Azərbaycanda istilik sistemləri ilə bağlı yeni plan - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib
"WhatsApp"a iki yeni funksiya gəlir
Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq
Ağ Evdən İrana hücumla bağlı açıqlama: ABŞ seçkilərə qədər zərbə endirməyəcək
Evlər söküləndə qiymətlər arta bilər - Ekspert XƏBƏRDARLIQ ETDİ
Çində 7 bal gücündə zəlzələ baş verib