Milli Məclisdə qalmaqal: İbrahimli və İbrahimqızı nəyi bölüşdürə bilmədi?
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dini etiqad haqqında" qanuna dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı və parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli arasında mübahisə yaranıb.
"Report"un xəbərinə görə, deputat M.İbrahimqızı çıxışında bütövlükdə mollaları qara geyimdə görmək istəmədiyini deyib.
Qeyd edək ki, parlamentin fevralın 1-də keçirilən iclasında "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deputat Məlahət İbrahimıqızı qadın mollaların savadsızlığı və cəhalətlə bağlı məsələlərin qanunla tənzimlənməsini təklif etmişdi. Milli Məclisin bugünkü iclasında isə qanuna dəyişiklikləri II oxunuşda müzakirəyə təqdim edən vitse-spiker Fəzail İbrahimli deputatın ötən iclasda qaldırdığı məsələyə münasibət bildirərəkən deyib ki, yer üzündə cəhalətə qarşı qanunun qəbul olunduğu və ya orada cəhalətin kökünün kəsildiyi ölkə yoxdur. Daha sonra F.İbrahimli Cəlil Məmmədquluzadənin "Ölülər" pyesindən bir neçə sitat səsləndirib.
M.İbrahimqızı isə bu gün F.İbrahimliyə cavabında bildirib ki, bütün sahələrdə belə hallar var:
"Biz bu gün cəmiyyətdə gördüyümüz neqativləri deməliyik. Heç kəs də sizə səlahiyyət verməyib ki, yetənə daş atasınız, yetməyənə də güllə atasınız. Mən parlamentə dünən gəlməmişəm. Mənə 5 dəfə etimad göstərilib. İnsanlar nə etsin?! Mollanı dəvət edir. Fəzail müəllim, bu, sizə yaraşmaz. Siz məni nümunə çəkməməlisiniz. Sonuncu dəfə sizə bildirirəm".
Fəzail İbrahimli öz növbəsində qeyd edib ki, Məlahət İbrahimqızının heysiyyatına toxunan nəsə deyibsə, üzr istəyir:
"Mən burada sizin sualınızı gündəmə gətirdim. Mən burada cəhalətlə bağlı fikirlərimi bölüşdüm. Mən çox mat qaldım. Onu deyim ki, siz bu ideyanı Hacı Salmandan alırsınız".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1379 Tarix: 15 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabr