İlk sevgisini yuxularında görən, dövlət çevrilişində ittiham olunan kimyaçı - UNUDULAN MƏMURLAR

İlk sevgisini yuxularında görən, dövlət çevrilişində ittiham olunan kimyaçı - UNUDULAN MƏMURLARVaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Sonxeber.az bildirir ki, Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə "Azərkimya" Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan bəhs edəcəyik.

Fikrət Məmməd oğlu Sadıqov 28 aprel 1940-cı ildə Ordubad şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini və Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirib. Fikrət Sadıqov 1965-2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə: növbə rəisi, sex və istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışıb. O, daha sonra "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992-2005-ci llərdə isə "Azərkimya" Dövlət Şirkətinin prezidenti vəzifələrini icra edib.

Bundan başqa o, Sumqayıt şəhər sovetinin, Azərbaycan Ali sovetinin, 1995–2000-ci ildə isə Milli Məclisin deputatı seçilib.

F.Sadıqov Heydər Əliyevin prezidentliyindən əvvəl "Azərkimya" Dövlət Şirkətinin prezidenti postunu tutmuş, onun dövründə həm də Milli Məclisin deputatı seçilib, orden və medallarla təltif olunub.

Qeyd edək ki, mətbuatda gedən yazılara görə, o Milli Məclisin ən imkanlı deputatlarından olub.

2005-ci ildə o, dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı, bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.

F.Sadıqov müsahibələrinin birində belə deyir:

"Birinci il ali məktəbə girə bilmədim. Barama toxuma ipək fabrikində işə düzəldim. Sonra tikintidə işlədim. Bir müddətdən sonra gedib Siyəzəndə fəhlə işlədim. İkinci il sənədlərimi yenidən verdim və oxudum".

İlk sevgisindən danışan Fikrət Sadıqov:

"Sevgi elə bir şeydir ki, heç zaman yaddan çıxmaz. Birinci dəfə 9-cu sinifdə oxuyanda sevmişəm. Sinif yoldaşım idi. O qız bilmirdi bunu, heç kəs də. İndinin indisində də yuxumda onu görürəm. Ailəsi, uşağı, nəvələri var".

Fikrət Sadıqov Respublika Dövlət mükafatı laureatı, Qırmızı Əmək Bayrağı ordeni, Əmək Veteranı və Yusif Məmmədəliyev adına medal ilə təltif olunub.

SSRİ-nin Fəxri Kimyaçısı və EP-300 qurğusunun bərpasına görə Respublikanın Əməkdar mühəndisi adlarını alıb. Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanıb. 170-dən çox elmi əsərin, o cümlədən 41 müəlliflik şəhadətnaməsinin, 35 patentin müəllifidir. 100-dən çox səmərələşdirici təklifi var. Dəfələrlə simpozium və konfranslarda çıxış edib.

Fikrət Sadıqov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda çalışır. O, həmin elmi-tədqiqat müəssisəsində laboratoriya müdiri vəzifəsini tutur. Ailəlidir, iki övladı var.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1969   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr