Deputat evsiz qalan şəhidin xanımının müdafiəsinə qalxdı: Ona ev verilməlidir - FOTO
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid mayor Ruslan Cəfərovun xanımı Nəzakət Əliyevaya verilən ev geri alınıb.
BAKU.WS xəbər verir ki, ev şəhidin birinci evliliyindən olan oğluna verilib.
Qeydiyyata alınmasına baxmayaraq, şəhidin evsiz qalan ikinci həyat yoldaşı Nəzakət Əliyeva isə baxımsız vəziyyətdə olan zirzəmidə yaşayır.
Yaranmış problemlə bağlı İTV süjet hazırlayıb və Sosial Xidmətlər Agentliyinə müraciət edib. Agentliyin müdir müavini Yunis İsmayılov şəhid mayor Ruslan Cəfərovun xanımı ilə bağlı yaranan problemə maraqlı həll yolu tapıb. Onun kanala son sözü bu olub ki, iki ailə bir yerdə yaşasın.
Mövcud problemlə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik və şəhid xanımının evsiz qalmasının nə qədər doğru olub-olmaması ilə bağlı sual ünvanladıq. Deputat BAKU.WS-ə bildirdi ki, bu məsələyə insanlıq prinsipi ilə baxmaq lazımdır:
"Bu xanım şəhid ailəsidir, təsdiq olunub. Burada hər hansı yalan və yanlış yoxdur. Burada real vəziyyət müzakirə olunmalıdır ki, həmin xanım şəhidin keçmiş həyat yoldaşı ilə bir evdə yaşaya bilər, yoxsa yox. Əgər onlar bir evdə yaşa bilməzsə, deməli bu, problemdir və bunu həll etmək lazımdır.
Fikrimcə, bu xanıma ev verilməlidir. Şəhidin ailəsinə bir ev verilib və bu məsələ formal olaraq öz həllini tapıb. Amma formaldan kənar ortada sıxıntı və həll olmayan problem var. Nazirlik bu məsələni bir daha araşdırmalıdır. Kiminsə haqqına girmədən xanıma ev verilməlidir. Çünki bu evləri gözləyən qazi və digər şəhid ailələri var. Onların da haqqıdır ki, mənzil alsınlar.
Əgər başqasına ziyan vurmayacaqsa, bu məsələni hansısa şəkildə həll etmək mümkündürsə, problem yoluna qoyulmalıdır. Yarananmış vəziyyəti ayrıca qiymətləndirib, qanunvericiliyə uyğun şəkildə mövcud probelmi həll etməyin yollarını tapmaq lazımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1220 Tarix: 16 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"
24 oktyabrMetropoliten rəisinə yeni müavin təyin olundu
"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə
22 oktyabrFuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu
İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk
22 oktyabrAzərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi
Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib
23 oktyabrBu ərazilərə yağış yağıb
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is
24 oktyabrMəktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK
Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq
24 oktyabr