"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDAS

"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDASLitvadan olan hərbi jurnalist Riçardas Lapaytis 30 il əvvəl Azərbaycan xalqının tarixinin ən faciəli səhifələrindən birinin şahidi olub.

Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, Xocalıda ermənilərin törətdiyi vəhşiliklər barədə vesti.az-a danışıb.

Qarabağda baş verənləri öz gözləri ilə görmək istəyən Riçardas 1992-ci il fevralın 25-də Ağdama gəlir. Özünün dediyi kimi, səhərisi gün kabus dolu səhərin açılacağından xəbərsiz idi...
Riçardas həlak olan Xocalı sakinlərinin parçalanmış cəsədlərinin Ağdama şəhərinə gətirilməsini, yaralıların xəstəxanaya necə yerləşdirilməsini müşahidə edən ilk əcnəbi repartyor idi. Hər şeyi gündəliyə yazır, sağ qalanlardan müsahibə alırdı.
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDASUzun illər sonra onun lent yazıları əsasında beynəlxalq kinorejissorlar qrupu ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərini Qərb ictimaiyyətinə çatdıraraq Xocalı soyqırımından bəhs edən yeganə xarici film - "Sonsuz dəhliz" sənədli filmini çəkəcəkdilər.

Ermənilərin Xocalıda insanlığa sığmayan əməllərini Riçardasın öz dilindən eşidək:

"Uzun illər keçməsinə baxmayaraq, bu mövzu mənim üçün hələ də çox çətindir. Xocalı faciəsi ilə bağlı məlumatı olan hər kəs üçün çətindir, daha çox bu kabusdan sağ çıxanlar, onun şahidi olanlar, eləcə də bu hadisəni işıqlandıranlar üçün…
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDAS"Sonsuz dəhliz" filmindən danışan əcnəbi jurnalist deyib ki, film üzərində 10-dan çox ölkənin nümayəndələri - beynəlxalq qrup çalışıb. Baş rejissor litvalı Aleksandras Brokasdır. Film mənim gündəliklərim əsasında çəkildi, mən baş qəhrəman oldum. Xarici tamaşaçılar üçün Xocalı haqqında belə bir film yox idi. Film daha çox Avropa tamaşaçısına yönəlmişdi. Çətinlik onda idi ki, heç də bütün insanlar, hətta ekipajın özündən belə, başlanğıcda bu layihənin əhəmiyyətini başa düşmədilər. Bəli, siyasətçilər, müxtəlif qurumlar bu barədə danışıblar. Amma siyasətçilər danışanda heç də hamı onlara inanmır. Onların bu filmdə təkcə azərbaycanlı deyil, həm də erməni tərəfdən danışması vacib idi. Bu asan deyildi. Gələcəkdə kiminsə analoji film çəkə biləcəyini düşünmürəm".
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDASFilmdən sonra bütün çəkiliş qrupuna psixoloqlar lazım olub. Filmin baş rejissor deyib ki, bu qəddarlıq, qətllər, kəsilmiş, parçalanmış meyitlər sanki həmin gecəni ona yaşadıb. Hətta rejissor belə bir ifadə də işlədib: "Bu filmdən sonra hətta morqda da işləyə bilərəm".

Bundan əvvəl Riçardas Ermənistanda turist kimi olub. İrəvanı görmək istəyirmiş:

"O zaman Ermənistan bizə daha yaxın idi. Bir çox litvalılar hələ də inanırdılar ki, Ermənistan onlara inanc baxımından daha yaxındır və s. Ona görə də qorxmadan Ermənistana getdim. Azərbaycana Qarabağdan keçmək fikrim var idi. İki xalqı müqayisə etmək istəyirdim. Ermənilər mənə dedilər ki, mən Stepanakertə gedə bilərəm - Xankəndi şəhərini belə adlandırırdılar. Amma eyni zamanda dedilər ki, daha uzağa getsəm, azərbaycanlılar məni öldürəcəklər. Necə ki, siz katoliksiniz və onlar xristianları öldürən vəhşilərdi. Ermənilər bildiriblər ki, azərbaycanlıların toyda adəti var - xristianı öldürüb başını nimçəyə hədiyyə etmək. Müxtəlif dəhşətli şeylər danışılırdı. Təsəvvür edin, mənim vəziyyətimi - bu rayonu tanımayan 23 yaşlı bir gənc".
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDASO, Azərbaycanda 1992-ci ildə olub. Fevralın 20-də Bakıya Moskvadan qatarla gəlib. Fevralın 25-də dəmiryolu vağzalına gedib Ağdama bilet alıb:

"Fevralın 25-i axşam idi. Artıq qaranlıqdır. Bu gecə çox soyuq idi. Şəhərlə tanış deyildim. Təsadüfi olaraq mərkəzə doğru getməyə başladım. Şəhər böyük idi. Təsadüfən bir otel tapdım, bir otaq istədim. Orada məni qarşılayan adam dedi ki, yuxarı mərtəbələr raketlə vurulub. Üstəlik su və işıq yox idi. O, mənə zalda düz yerdə yatmağı təklif etdi, seçimim yox idi. Beləliklə, döşəmədə yuxuya getdim.

Bilirsiniz, Ağdamda ilk dəqiqələrdən anladım ki, bu şəhər müharibənin girovudur. Onu bombaladılar, atəşə tutdular, insanlar həmin an işığı yandırmırdılar ki, hədəfə çevrilməsinlər".

Riçardas Lapaytis bildirib ki, 1992-ci il fevralın 26-nın səhəri həyatımdakı ən qorxulu yuxu idi:

"Adamların otelə qaçmağa başlamasından oyandım, qışqırırdılar. Çox səs-küylü idi. Vəziyyəti çox ağır olan şəxslər otelə gətirilib. Sonra öyrəndim ki, bunlar soyqırımdan xilas ola bilən insanlardır. Xocalıdan ölən və yaralı, taqətdən düşmüş insanların cəsədləri şəhərə gətirildi.

Orada daha bir neçə əsgərin küçədə dayanıb ağladığını gördüm. İlk dəfə əsgərlərin ağladığını gördüm...

Bu otaqların birindən su axırdı, qırmızı idi. Mən hələ də nə baş verdiyini tam başa düşmədim.

Məni içəri aparanda gördüm ki, on nəfərə yaxın adam səssiz-səmirsiz dayanıb. Onlar canlı ölü kimi görünürdülər. İnsanlar kabus kimi dayandılar, ölüm sükutu hökm sürdü.

Birdən stolun üstündə bir şey gördüm. Yaxınlaşana qədər bunun fərqində deyildim. Məlum oldu ki, bu, ölü qadındır. Paltarı kəsilmiş, bütün bədəni qan içində idi, üzündə bir neçə güllə yarası vardı. Demək olar ki, onun üzü yox idi.

Başqa bir masada başqa bir cəsəd uzadılmışdı. Bu kişi idi, bədəninin bir neçə yeri yanıb. Başın yuxarı hissəsi yox idi...".
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDASSonra Riçardası başqa otağa aparıblar. Deyir ki, orada təxminən 5-6 yaşlı qız meyitləri var idi:

"Birində kəllənin arxası kəsilmişdi. Boyun və çiyinlər də kəsilmişdi. Cəsədlərdə həm güllə yaraları, həm də bıçaq xəsarətləri var idi. Çanaq nahiyəsi yanmışdı.

İkinci stolda uzadılmış bir qızın böyrəkləri bədənindən çölə çıxmışdı... Güllə yaraları da var idi.

Bir şey daha diqqətimi çəkdim. Bütün ölülərin gözləri açıq idi. Yəni son gördükləri cəlladları olub. Bu dəhşət sözlə ifadə edilə bilməz...".
"26 fevral səhəri həyatımdakı ən qorxulu yuxu idi" – FACİƏNİ QEYDƏ ALAN RİÇARDAS


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1137   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gülüstan Əliyeva 8 illik fasilədən sonra "Leyli" olacaq

Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonra yenidən "Leyli və Məcnun"

24 oktyabr
.

Kərə yağında qiymət artımı: Səbəb nədir, növbəti bahalaşma gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Ölkədə kərə yağının qiymətində artım müşahidə olunur. Alıcılar bəzi məhsulların əvvəlki qiymətlərlə müqayisədə bir neçə manat bahalaşdığını bildirirlər. Satıcıların sözlərinə görə, son günlər həm yerli, həm də idxal olunan yağların qiymətində artım qeydə alınıb. Rəsmi məlumatlara görə, 2026-cı ilin yanvar-sentyab

22 oktyabr
.

Metropoliten rəisinə yeni müavin təyin olundu

"Bakı Metropoliteni" QSC İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müavin təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev 12 oktyabrda Sərəncam imzalayıb. Sərəncama əsasən, bu vəzifəyə Zaur Nağıyev gətirilib. O bu təyinata qədər "Azərbaycan Xəzə

22 oktyabr
.

Fuad Allahverdiyev arvadını həbs etdirmişdi - Qərar ləğv olundu

İş adamı Fuad Allahverdiyevi şantaj etməkdə təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilən keçmiş həyat yoldaşı Gülşən Allahverdiyevanın işi üzrə qərar ləğv edilib. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmə məhkumun şikayəti əsasında belə qərar verib. İşlə tanış olan hakimlər əvvəlk

22 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video

Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı bəzi təfərrüat məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd təşkil edibmiş. Onun məqsədi bir-biri arasında münaqişə olan tərəfləri barışdırmaq olub. hadisənin iştirakçısı olan v

24 oktyabr
.

"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!

"Nar" mobil operatorunun abonentlərə təqdim etdiyi xidmətin vəziyyəti biabırçı həddə çatıb. 4G şəbəkəsində internetin sürəti bərbaddır, müştəri xidmətlərinə zəng edənlər 40-50 dəqiqə xəttdə gözləyir, müraciətlərə isə lazımi münasibət göstərilmir. Abonent nə normal internet əldə edə bilir, n

23 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Məktəblərdə gözlənilən qadağa - MÜHÜM DƏYİŞİKLİK

Azərbaycanda məktəblərdə Tiktoka giriş məhdudlaşdırılıb. Bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib. Onun sözlərinə görə, həmçinin məktəblərdə 200-dən çox zərərli kontentləri özündə əks etdirən görüntülərə də məhdudiyyət tətbiq olunub. Yaxın zamanlarda məktəblərdə başq

24 oktyabr