Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLAR

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARCinayət törətdiyinə görə hazırda axtarışda olan şəxslər var.

Sonxeber.az xəbər verir ki, axtarışda olanlar arasında qadınlar da yer alıb.

Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barələrində axtarış elan edilən qadınlardan bir neçəsini təqdim edirik.

Nəsirli Jalə Miriş qızı

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARMəlikova Xalidə Sərvərovna

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə axtarış elan edilən Xalidə Məlikova isə dələduzluğu külli miqdarda ziyan vurmaqla törədib.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARKərimova Ellada Manned qızı

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə axtarış elan edilib. Ellada Kərimova dələduzluğu təkrar törədib.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARƏsgərova Əfsanə Qəhrəman qızı

Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarış elan edilən Əfsanə Əsgərova isə qəsdən sağlamlığa yüngül zərər vurmaqda ittiham olunur.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARVeronika Karmakova Nikolayevna

Veronika Kərimova barəsində isə Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə axtarış elan edilib. Qaçaqmalçılığı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə ittiham olunan qadın, eyni zamanda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə də axtarışdadır.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARTarusova Lyudmila Borisovna

Barəsində Cinayət Məcəlləsinin 179.3.2., 324, 312.1-ci maddələri ilə axtarış elan edilən Lyudmila Tarusova külli miqdarda mənimsəmədə, Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlərdə və vəzifəli şəxsə rüşvət verməkdə ittiham olunur.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARHacıyeva Gülnarə Zakir qızı

Onun barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) ilə axtarış elan edilib.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARƏlieyeva Nadejda Qriqoryevna

Barəsində Cinayət Məcəlləsinin 178.2.1, 320.1-ci maddələri ilə axtarış elan edilən Nadejda, dələduzluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməkdə və rəsmi sənədi saxtalaşdırmada ittiham olunur.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARAbdullayeva Hicranə Rəcəb qızı

Barəsində Cinayət Məcəlləsinin 144.1.2.2 - ci maddəsi ilə axtarış elan edilən qadın insan alverində ittiham olunur. O, bu əməli təkrar törədib.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARFərzəliyeva Xalidə Əli qızı

Barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə axtarış elan edilən Xalidə Fərzəliyeva da hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmada ittiham olunur.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARƏkbərova Lalə Vilayət qızı

Barəsində Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-cü maddələri ilə axtarış elan edilən Lalə Əkbərova insan alverində ittiham olunur.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLARDərvişova Həmidə Həmid qızı

Barəsində Cinayət Məcəlləsinin 234.1, 234.4-cü maddələri ilə axtarış elan edilən Həmidə Dərvişova isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Axtarışda olan azərbaycanlı qadınlar - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5556   Tarix: 17 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Qəhrəman İbad Hüseynov Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Azərbaycan Bayrağı ordenli İbad Hüseynov Gürcüstana səfəri zamanı Gürcüstanın gömrük əməkdaşları tərəfindən saxlanılıb və ölkəyə buraxılmayıb. Bu haqda saytımıza Milli Qəhrəman İbad Hüseynov özü məlumat verib. O, saat 10:40-da hava limanına çatıb və saat 16:00-

22 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva gecə saatlarında xəstəxanaya yerləşdirilib. Bu barədə -in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qeyd edilib ki, 23.10.2026-cı il tarixində saat 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Nərimanov Rayonu Təcili Tibbi Yardım Bölməsin

23 oktyabr
.

Təcili pul lazım olanlar bu səhvi etməsin - Ekspertdən XƏBƏRDARLIQ

Təcili maliyyə ehtiyacı yaranan zaman bəzi vətəndaşlar banklardan əlavə, bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kreditlərə də üz tuturlar. Lakin bu kreditlər üzrə faiz dərəcələri, komissiyalar, əlavə ödənişlər və gecikmə cərimələri borcalanın üzərinə düşən maliyyə yükünü əhəmiyyətl

22 oktyabr
.

Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq

"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır". APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-ni

23 oktyabr
.

Bu ərazilərə yağış yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə is

24 oktyabr
.

Antiinhisar "Aztelekom"un qiymət artımı müraciətini rədd edib

"Son bir neçə ayda hiss olunurdu ki, təbii inhisarçımız, AZCON tabeliyində olan "Aztelekom" internetin minimum qiymətini yenidən qaldırmağa hazırlaşır. Daha yüksək sürətlərin zəruriliyi barədə bəzi "ekspertlərin" yazıları və müsahibələri göstərirdi ki, provayderlər nəsə hazırlayırlar"

22 oktyabr
.

XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 24-25-də də davam edəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi

23 oktyabr
.

Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov və mühasibi Vidadi Şirinov barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. -a istinadən xəbər verir ki, oktyabrın 19-da Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin dekabrın 19-dək həbsdə saxlanılması barədə qərar qəbul edilib

23 oktyabr
.

Aygün Bəylərin ailəsindən xəbərdarlıq: "Qanun çərçivəsində cavab verəcəklər"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanəndənin xatirəsinə həsr olunan gecə təşkil edib. Axşam.az xəbər verir ki, bu addım Aygün Bəylərin digər bacılarının və qızı Cananın narazılığına səbəb olub. Xanəndənin adına olan instaqram səhifəsində məsələ ilə bağlı paylaşım edilib. Bildirili

22 oktyabr